Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan məhsulları Naxçıvan brendi ilə xarici bazarlara çıxarılacaq

Bu həftə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəliyyətə başlaması muxtar respublikanın ixrac imkanlarını daha da artıracaq bu barədə naxcivantv.az-a cəmiyyətin direktoru Namiq Əhmədov məlumat verib.

O deyib ki, “cəmiyyət yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılması, məhsulların reklam və təşviqi, onların rəqabət qabiliyyətini artırmaq, xarici bazarlara ixrac imkanlarının genişləndirilməsi və yerli brendlərin yaradılması məqsədi ilə fəaliyyətə başlayıb. 2015-ci ildə  təhsis edilən müəssisəyə  Sahibkarlığa Kömək Fondu tərəfindən 511 min manat güzəştli kredit ayrılıb. Cəmiyyətdə Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb ki, bu da yüksək keyfiyyətli məhsul istehsalına zəmin yaradır”. 

Müəssisədə istifadəyə verilən makaron istehsalı, bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması sahələri muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və arıçılıq təsərrüfatlarının fəal istehsal prosesinə cəlb edilməsinə, kənd əhalisinin səmərəli məşğulluğuna stimul verəcək.

Müəssisənin qarşısında duran əsas vəzifə daxili bazarın və dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların ərzaq məhsullarına olan  tələbatını yerli istehsal hesabına ödəməklə yanaşı, muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılmasını və tanıdılmasını da təmin etməkdir”,-deyə Namiq Əhmədov vurğulayıb.

 Müəssisənin ərazisində tikinti-quraşdırma işləri aparılıb, yeni avadanlıqlar, avtoyükləyici və yük avtomobilləri alınıb. Burada müxtəlif temperatur rejimində və rütubətsiz şəraitdə fəaliyyət göstərən 4 soyuducu anbar yaradılıb. Soyuducu anbarlara tələbata uyğun kənd təsərrüfatı məhsulları tədarük olunub. Bu müəssisənin fəaliyyət göstərməsi ilə 50 yeni iş yeri açılıb. Beləliklə də uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər qapalı müəssisələrin yüksək keyfiyyət standartlarına malik  yerli məhsullarla təmin edilməsinə hərtərəfli şərait yaradılıb.

Qeyd edək ki, muxtar respublikada sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması məqsədilə 2000-ci ildən ötən müddət ərzində Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına 1215 layihənin maliyyələşdirilməsinə 124 milyon manatdan çox kredit verilib, ötən  dövr ərzində rəqabətədavamlı məhsul istehsal edən 442 sənaye müəssisəsi yaradılıb. Bu tədbirlər 2016-cı ildə də davam etdirilib, 23 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.

 

Əbülfəz Dünyamalıyev

NTV xəbər

www.naxcivantv.az