Xalqımız zəngin və çoxşaxəli mədəniyyətə, milli dəyərlər sisteminə malik bir xalqdır.

Bir neçə sözdən qurulmuş və bir neçə saniyəyə tələffüz olunan bu cümlə minillərin zəhmətinin, əziyyətinin, göz nurunun dolğunlaşmış məhsuludur. Xalqın yaşayış tərzindən, mənəvi və mədəni ehtiyacından, damarlarında axan coşqun qanından, dünyanı və özünü dərketməsindən və başqa milli xüsusiyyətlərindən ərsəyə gəlmiş mədəniyyətimiz daim inkişaf edib, dünya mədəniyyətinə misilsiz töhfələr verib.

Xalqımızın yaratdığı, orada öz məişətini, düşüncələrini, adət-ənənə­lərini, mənəvi və maddi dünya haqqındakı təsəvvürlərini əks etdirdiyi xalçalar milli mədəniyyətimizin ən dəyərli qollarından biridir. El sənəti olan xalçaçılıq çox qədim zamanlardan yaranıb. Naxçıvan şəhərinin yaxınlığında yerləşən Kültəpə qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılan Neolit və Eneolit dövrlərinə aid cəhrə, Tunc dövrünə aid sadə toxuculuq dəzgahı bu sənətin qədimliyindən xəbər verir.

Tarixi mənbələrdən də göründüyü kimi, Naxçıvanın Şərur, Şahbuz və Ordubad rayonları kimi Culfa rayonunda da bu sənətlə məşğul olan qadınlarımız çox olub. Boyəhməd, Teyvaz, Xanəgah, Qazançı, Yaycı və başqa kəndlərdə hanalar qurulub, xalçalar toxunub, evlərin yaraşığı, qız-gəlinlərin cehizlikləri olub. Rayonumuzun kəndlərində toxunan xalçalarda insanların məişəti, adətləri, həyat ağacı, heyvanlar və təbiət təsvirləri öz canlı əksini tapıb. Xüsusən də yaradılış və dəvə karvanları ilə ifadə olunan əbədi həyat və həyat ağacı məfhumları o dövrdəki mifoloji dünyagörüşün nə qədər inkişaf etdiyini göstərir.

Hər ilməsində ayrı bir sənət gizlənən xalçaçılıq sənətinin yaşadılması, onun xüsusiyyətlərinin gənclərə aşılanması məqsədilə Qazançı kənd mədəniyyət evində “Xalçaçılıq” dərnəyi açılıb. Hal-hazırda orada mədəniyyət evinin işçiləri tərəfindən xalça toxunur. Qazançı kənd Mədəniyyət Evində yaradılan dərnək gələcəkdə rayonun digər kəndlərindəki klub və mədəniyyət evlərində yaradılacaq dərnəklər üçün stimul rolunu oynayır. Xüsusən də Yaycı, Boyəhməd və Teyvaz kənd­lərində bu dərnəklərin açılması nəzərdə tutulub.

Qızıl əllərin zəhmətilə sehrlənib dilə gələn ilmələr tariximiz və mədəniyyətimiz haqqında sehrli nağıllar deyir. Elə buna görə də  xalça sənəti bizim milli sərvətimizdir.  “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”- deyən ulu öndər Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda milli dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasi xətti uğurla davam etdirən ölkə rəhbərliyi tərəfindən görülən işlərin məntiqi nəticəsi kimi Azərbaycan xalçaları UNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab       İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrast­ruk­turunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı və Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu el sənətinə göstərilən qayğının bariz nümunəsidir.

 

                                                     Nuriyə MUSAYEVA,

                                         Qazançı kənd Mədəniyyət Evinin direktoru

                                                                            “Arazın səsi” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada təbiətə qayğı göstərilir

11-07-2020-16-57 Rəsmi

Muxtar respublikada təbiətə qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin hə...

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

11-07-2020-16-52 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə maddi yardım göstərilib - FOTOLAR

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 11-də Naxçıvan Muxtar Resp...

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

11-07-2020-16-25 Xəbərlər

Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderdir - VİDEO

Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının  istifadə...

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

11-07-2020-14-23 Xəbərlər

Bu gün Abbas Səhhətin vəfatından 102 il ötür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərc...

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

11-07-2020-13-27 Xəbərlər

Gələn ay bərpaolunan enerji sahəsində xarici investorlarla sənədlər imzalanacaq

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə Azərbaycan Respublik...

Ötən günün mənzərəsi - VİDEO

11-07-2020-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

11-07-2020-10-53 Xəbərlər

Naxçıvanın 24 aborigen üzüm sortu ABŞ-ın Kaliforniya ştatında əkilib

Torpağı və xalqı təkcə silahla müdafiə etmirlər.

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

10-07-2020-17-27 Xəbərlər

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması davam edir - VİDEO

Son illər Muxtar respublikada avtomobil yollarının yenidən qurulması Naxçıvanın ...

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

10-07-2020-15-59 Xəbərlər

Naxçıvan məktəblilərinin adı “Qızıl kitab”a yazıldı - VİDEO

Müxtəlif sahələrdə fərqlənən istedadlı gənclərin qabiliyyətlərinin qiymətləndiri...

145-in KADRARXASI – Ziya Məmmədov

10-07-2020-15-39 Xəbərlər

145-in KADRARXASI – Ziya Məmmədov

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

10-07-2020-14-57 Xəbərlər

Məktəblilərin yay tətili səmərəli təşkil olunur

Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə, məktəblilərin yay tətilində asud...

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

10-07-2020-14-37 Xəbərlər

“Qanlıgöl” yaylağında oba sakinlərinə tibbi xidmət göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz rayonunun aidiyyatı idarə ...

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

10-07-2020-14-18 Xəbərlər

Torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyun...

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

10-07-2020-14-00 Xəbərlər

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən namizədlərin nəzərinə

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyy...

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

10-07-2020-12-38 Xəbərlər

Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər...

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

10-07-2020-12-15 Xəbərlər

Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsalına başlanıldı - VİDEO

Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni ailə təsərrüfatı məhsullarının istehsa...

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

10-07-2020-11-56 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda keçirilən tabor, divizion döyüş atışlı və atışsız taktiki təlimləri davam edir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçiril...

Ötən günün mənzərəsi - VİDEO

10-07-2020-11-16 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

10-07-2020-10-37 Xəbərlər

“İki sahil” - reallıqları ictimaiyyətə çatdıran qəzet

Bu gün ölkənin ən tirajlı gündəlik qəzetlərindən biri olan "İki sahil”in ilk nöm...

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

10-07-2020-09-19 Xəbərlər

Bu gün 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən əvvəlki illərin məzunları üçün sə...

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

09-07-2020-17-54 Xəbərlər

Nərgiz İsmayılovanın yeni monoqrafiyası işıq üzü görüb

Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinin xüsusi bandrolu ilə “Akademisyen Ki...

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu hesabat verdi

09-07-2020-17-12 Xəbərlər

İncəsənət, Dil və Ədəbiyyat İnstitutu  hesabat verdi

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən ...

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

09-07-2020-16-50 Xəbərlər

Milli Mətbuatımızın dünəni mediamızın bu günü və gələcəyi üçün örnəkdir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redak...

Naxçıvanda sabaha olan hava proqnozu

09-07-2020-16-28 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 10-na gözlənilən hava proqnozu açıqlanıb....

Ali Məclisin Sədri Sərəncam imzaladı

09-07-2020-14-53 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 9-da Gənc...

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

09-07-2020-14-00 Xəbərlər

Şahbuz yaylaqlarında epizootik vəziyyət yoxlanılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Şərur Rayon Baytarlıq İ...

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

09-07-2020-12-48 Xəbərlər

Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayında ...

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09-07-2020-12-04 Xəbərlər

Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

09-07-2020-10-02 Xəbərlər

Naxçıvanda mətbuat: ənənədən müasirliyə uğurlu inkişaf yolu

Mətbuat hər bir xalqın mədəni intibahında, milli təfəkkür tərzinin və siyasi şüu...

Ötən günün mənzərəsi - VİDEO

09-07-2020-09-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...