Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Sədərək rayonunda bir aydan çoxdur ki, sahələrin  şumlanması işləri aparılır.

Gələcək məhsuldarlığın yüksək olması üçün indidən lazımi tədbirlər görülür. Sahələrə səpilən gübrələr şumlanma vasitəsilə qarışdırılır. Beləliklə ata-babalarımızın əsrlərin sınağından uğurla çıxardığı belə  təcrübələrə əsaslanan torpaq mülkiyyətçiləri və fermerlər əkin üçün ilkin tədbir hesab olunan torpaq şumunu sürətlə davam etdirirlər. 

Erkən şum edilmiş torpaqdakı müxtəlif zərərvericilər, bitki qalıqları və alaq toxumları günəş şualarının təsirindən məhv olur. Torpaq şumunun vaxtında aparılması, həmçinin, torpağı müəyyən qədər zənginləşdirir. Bunun vacibliyini sınaqdan keçirən fermerlər şumun gecikdirilmədən başa çatdırılmasına çalışırlar. Hər gün zəmilərdə 4 şum traktoru işləyir.

İndiyədək 174 hektarda şum qaldırılıb.     Şumlanmış sahələrin tapanlanması, çizellənməsi üçün də kifayət qədər texnika və aqreqat vardır. Taxıl əkini üçün yaradılmış toxum ehtiyatının səpindən qabaq dərmanlanması üçün lazım olan preparatlar da tədarük edilib.Sahələrin əkin üçün hazırlanmasına da son hazırlıq işləri görülür.

“Oğuz yurdu”

www.naxcivantv.az