Muxtar respublikamızda  yetişən  çoxsaylı üzüm növləri öz adlarını  malik olduğu bu və ya digər xüsusiyyətə görə almışlar.

Məsələn, rənginə, dadına, keyfiyyətinə, rayihəsinə, giləsinin ölçüsünə, toxumlarının böyüklüyü və salxımlarının  formasına görə seçilən üzüm növləri vardır. Bununla yanaşı, üzüm növlərinə yetişdirildikləri yerlərə uyğun adlar verilib. “Arazbarı”, “Ordubadi”, “Şabranı”, “Şahtaxtı”, “ Xəlili” və sair. Babək rayonunun Nehrəm kəndində yerləşən üzüm plantasiyasında da yerli və xarici üzüm sortlarından istifadə etməklə bol məhsul yetişdirilib.

Bir faktı qeyd edək ki, ötən əsrin 60-70-ci illərində üzümçülüyün geniş vüsət aldığı dövrlərdə Nehrəmin təcrübəli üzümçüləri  yerli üzüm növləri ilə yanaşı, digər ölkələrdən gətirilmiş  üzümləri də ustalıqla becərib, hektarlarla sahədə üzümlüklərin salınmasına nail olublar. Xarici ölkələrdən gətirilmiş üzüm növlərinin də yerli şəraitə uyğunlaşdırılaraq yetişdirilməsi  öz bəhrəsini verib. Lakin ötən əsrin sonlarında baş verən məlum hadisələr üzümçülük sahəsindən də yan keçməyib, mövcud üzümlüklərdə  yaranan tənəzzül kənddəki qədim üzümçülük ənənələrinin də  məhv olmasına gətirib çıxarıb.

Bu gün ölkəmizdə, eləcə də  muxtar respublikamızda aqrar sahəyə göstərilən dövlət dəstəyi üzümçülüyü də əhatə edib, qəbul olunan dövlət proqramlarının uğurla icra olunması nəticəsində yeni üzümlüklər salınıb, bu sahəyə olan maraq artəb, bir sözlə, üzümçülüyün əvvəlki şöhrəti özünə qaytarılıb. Qeyd edək ki, Nehrəm kəndi ərazisindəki üzümlük 2015-ci ildən 80 hektar sahədə salınıb. Sonradan isə bağın ərazisi 150  hektara çatdırılıb. Münbit torpaq, bol günəş, bir də zəhmətkeş insanların əməyi nəticəsində   bu üzümlüklər artıq üçüncü  ildir ki, bar verir. Yetişdirilən üzümlər ölkəmizlə yanaşı, Rusiya bazarlarına da ixrac olunur. Bu isə o deməkdir ki, həm bazara çıxan məhsul ucuz olacaq, həm də xaricə ixrac olunan məhsul daha çox gəlir gətirəcək, ölkəyə valyuta axını olacaq. Qeyd edək ki, burada yetişdirilən üzümlərin dadlı və ləzzətli olmasının əsas səbəbi  torpağın məhsuldarlığı və günəş şüalarının  digər rayon və    kəndlərimizə  nisbətən daha uzun müddət  düz bucaq altında torpağa və  məhsula düşməsidir. Nehrəmdə “Ağ xəlili”, “Qara xəlili”, “ Kişmişi”, “Keçiməməsi”, “Gəlinbarmağı” kimi xüsusi yerli üzüm növləri becərilir.

Builki hava şəraitinin üzüm istehsalı üçün əlverişli olması da  məhsuldarlığa müsbət təsir göstərib. Artıq məhsul yetişib və yığım vaxtıdır. Hər gün bu bağlardan tonlarla meyvə yığılır. Bağlara aqrotexniki qulluq işləri mövsümə uyğun aparılır, gübrələr zamanında verilir. Suvarma sistemi avtomatik qaydada aparılır. Alınan nəticə isə göz önündədir. 150 hektar sahəni əhatə edən üzümlükdə yerli süfrə üzüm sortları ilə yanaşı, Türkiyənin məşhur “Sultaniyyə”, İtaliyanın “Viktoriya”, “Kordinal”, “Mişel Paliyeri” və digərləri olmaqla 20-yə yaxın üzüm sortu əkilib. Qeyd edək ki, xaricdən gətirilən bu üzüm sortları yüksək məhsuldarlığa malikdir və muxtar respublikanın kontinental iqlim şəraitinə uyğundur.

Toplanan məhsuldan kişmiş və mövüz də hazırlanır.  Ərazidən yığılan məhsulun saxlanılması üçün 250 ton tutumu olan soyuducu anbar fəaliyyət göstərir, plastik  tara  istehsalı  həyata keçirilir. Hazırda burada 200 nəfərə yaxın rayon sakini işlə təmin olunub. Digər sahələr də fəaliyyətə başladıqdan sonra təsərrüfatda 500-ə yaxın vətəndaş işlə təmin olunacaq. 

Qeyd edək ki, üzümçülüyün inkişafına dair dövlət proqramı üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına imkan verməklə yanaşı, kənd təsərrüfatının geniş miqyasda inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına şərait yaradıb. Bundan başqa, əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatı da dolğun ödənilir. Bu sahənin inkişafı isə gələcəkdə muxtar respublikada şərabçılıqla məşğul olan yeni emal müəssisələrinin yaradılmasına  stimul verir.


Türkanə Əmoyeva,
 “Şərqin səhəri” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

19-10-2019-17-44 Rəsmi

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

19-10-2019-16-56 Xəbərlər

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sils...

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

19-10-2019-16-00 Xəbərlər

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra...

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

19-10-2019-14-28 Xəbərlər

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin...

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

19-10-2019-12-47 Xəbərlər

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Heydərabad qəsəbəsində mədəniyyət və istirahət parkında təşkil edilən tədbirdə r...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

19-10-2019-11-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə...

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

19-10-2019-10-24 Xəbərlər

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

18-10-2019-15-19 Xəbərlər

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəs...

101 yaşlı ananın 28 yaşlı igid oğlu

18-10-2019-11-39 Xəbərlər

101 yaşlı ananın 28 yaşlı igid oğlu

Ey qəhrəman övladın şanlı vətəni- Azərbaycan! 101 yaşlı ananın  28 yaşlı, igid o...

Ötən günün mənzərəsi - VİDEO

18-10-2019-10-58 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

17-10-2019-18-06 Xəbərlər

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında ...

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

17-10-2019-17-44 Xəbərlər

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

17-10-2019-17-36 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub

17-10-2019-16-57 Xəbərlər

Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində 18 oktyabr Azərbaycan Respubli...

Fransada Naxçıvanla bağlı təqdimat olub

17-10-2019-15-45 Xəbərlər

Fransada Naxçıvanla bağlı təqdimat olub

NUHÇIXAN xəbər verir ki, Parisdə Azərbaycan-Fransa regionlar arası əməkdaşlığın ...

Melioratorlar payız suvarma mövsümünə hazırdır

17-10-2019-15-05 Xəbərlər

Melioratorlar payız suvarma mövsümünə hazırdır

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mə...

Ötən ay 462 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

17-10-2019-14-00 Xəbərlər

Ötən ay 462 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

NUHÇIXAN xəbər verir ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəs...

“Müstəqillik işığında” adlı yubiley sərgisi

17-10-2019-12-42 Xəbərlər

“Müstəqillik işığında” adlı yubiley sərgisi

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...

Muxtar respublika ərazisində qanunsuz yaşayan 19 əcnəbi aşkarlanıb

17-10-2019-12-20 Xəbərlər

Muxtar respublika ərazisində qanunsuz yaşayan 19 əcnəbi aşkarlanıb

NUHÇIXAN xəbər verir ki, Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ə...

Ötən günün mənzərəsi - VİDEO

17-10-2019-11-21 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı kitab çap edilib

16-10-2019-17-23 Xəbərlər

Naxçıvan müqaviləsinin 10 illiyi ilə bağlı kitab çap edilib

Türk Şurası Katibliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə Türk Ş...

Tələbələr fövqəladə hallarla bağlı maarifləndiliblər

16-10-2019-16-42 Xəbərlər

Tələbələr fövqəladə hallarla bağlı maarifləndiliblər

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Ötən günün mənzərəsi - VİDEO

16-10-2019-15-45 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muxtariyyətin 95 illiyinə həsr olunmuş mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

16-10-2019-15-10 Xəbərlər

Muxtariyyətin 95 illiyinə həsr olunmuş mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Bəstəkarlar Təşkilatının bi...

Humanitar və ictimai elmlərin bələdçisi

16-10-2019-14-20 Xəbərlər

Humanitar və ictimai elmlərin bələdçisi

16 oktyabr 2019-cu ildə müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin...

CNN kanalı yenə Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

16-10-2019-11-14 Xəbərlər

CNN kanalı yenə Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, CNN kanalı ərəbdilli saytında muxtar respublika ilə bağ...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

16-10-2019-09-37 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində oktyabr ayının ilk 15 günü ərz...

Akademik İsa Həbibbəylinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq təlimi dayanır

16-10-2019-09-18 Xəbərlər

Akademik İsa Həbibbəylinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq təlimi dayanır

XX əsrin əvvəllərində Azərbaycan romantik lirikası, Cəlil Məmmədquluzadə, “Molla...

Gənclər hərbi xidmətə yola salınıb

16-10-2019-09-00 Xəbərlər

Gənclər hərbi xidmətə yola salınıb

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddə...

Çox mütaliə etməli

15-10-2019-18-11 Xəbərlər

Çox mütaliə etməli

“Beşikdən məzaracan oxu!”...