NUHÇIXAN xəbər verir ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq diqqətdə saxlanılır, müşavirə keçirilir, aid qurumlara müvafiq tapşırıqlar verilir. Yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət artırılır. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz və içməli su təchizatı, eləcə də istilik təminatı ilə yanaşı, həm də digər sahələrdə müvafiq işlər görülür, soyuducu anbarlarda yerli məhsullardan ibarət ehtiyat yaradılır. Ona görə də 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq da mühüm əhəmiyyət daşıyır.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Fazil Ələkbərov, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri Niyaməddin Tağıyev, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli və Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini - maliyyə naziri Səbuhi Məmmədov aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində muxtar respublikada hərtərəfli inkişafa nail olunmuşdur. Sosial-iqtisadi islahatların əhatə dairəsi genişləndirilmiş, əhalinin rifahı yaxşılaşdırılmış, ərzaq və enerji təhlükəsizliyi tam təmin edilmişdir. Yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması da sakinlərin rahat yaşayışının təmin olunması sahəsində görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Muxtar respublikada həyata keçirilən bu tədbirlər artıq neçə illərdir ki, payız-qış mövsümünü problemsiz başa vurmağa imkan verir. Lakin buna baxmayaraq, hər il qış aylarında qarşıya çıxan problemlərin aradan qaldırılması üçün hazırlıq işlərinin görülməsi, lazımi mal-material ehtiyatının yaradılması diqqətdə saxlanılır. Bu il də payız-qış mövsümünə hazırlıq məsələlərinə diqqət artırılmalı, aid qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir.

Ali Məclisin Sədri deyib: Dövlət Energetika Xidməti elektrik enerjisinin verilməsində fasiləsizliyi təmin etmək üçün mövcud infrastrukturun yenilənməsini davam etdirməli, istismar üçün yararsız olan avadanlıq və xətlər vaxtında müəyyən edilərək dəyişdirilməlidir. Qış mövsümünə hazırlıqla bağlı transformator və yarımstansiyaların oktyabrın 20-dək texniki baxışdan keçirilməsi başa çatdırılmalı, tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsi və onların zəruri ehtiyatının yaradılması diqqətdə saxlanmalı, qəza-bərpa briqadalarının komplektləşdirilməsi noyabr ayınadək yekunlaşdırılmalıdır. İşçilər qış mövsümünə uyğun xüsusi geyimlə təmin olunmalı, elektrik enerjisinin ötürülməsi zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər davam etdirilməli, enerji israfçılığının və elektrik enerjisindən qanunsuz istifadə hallarının qarşısının alınması üçün aid orqanlarla birlikdə nəzarət tədbirləri gücləndirilməlidir. Smart-kart tipli sayğacların quraşdırılması digər rayon mərkəzlərində də həyata keçirilməlidir.

Qeyd olunub ki, “Naxçıvanqaz” İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmalı, mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görməli, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, istismar üçün yararsız qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsini diqqətdə saxlamalı, qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması işlərini yekunlaşdırmalıdır. Qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanması təmin edilməlidir. Həmçinin qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi Naxçıvan-Sədərək yüksək təzyiqli magistral qaz kəmərində qış mövsümündə təzyiqin artırılması məqsədilə Naxçıvan Şəhər Qaz Paylayıcı Stansiyasında yeni qaz kompressor stansiyasının qurulması üçün təklifləri hazırlayıb təqdim etməlidir.

Ali Məclisin Sədri deyib: Şəhər və rayon icra hakimiyyətləri cari il noyabr ayının 1-dək bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərini başa çatdırmalı, qazanxanalardan çıxan istilik xətlərinin üzərinin örtülməsini, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsini təmin etməlidir. Elektrik enerjisi, təbii qaz təchizatı sahəsində mövcud nöqsanlar aradan qaldırılmalı, ictimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərdən keçən istilik xətlərinin istismar üçün yararlılığı yoxlanılmalı, qış mövsümündə yolların təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə saxlanmasına diqqət artırılmalıdır. Naxçıvan şəhərində şəhər icra hakimiyyəti, rayonlarda isə Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyəti ilə bağlı müşahidə olunan nöqsanları aradan qaldırmalı, əhali keyfiyyətli içməli su ilə təmin edilməlidir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi suvarma mövsümü başa çatdıqdan sonra su ehtiyatlarının yaradılmasını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq tədbirlərinin nəticəsi olaraq əksər təhsil, səhiyyə və mədəniyyət müəssisələri, idman obyektlərinin isə hamısı istilik sistemi ilə təchiz edilib. Lakin hələ də bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi həmin müəssisələrin qış mövsümündə fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməli, tələbata uyğun yanacaq ehtiyatının yaradılması üçün tədbirlər görməlidir. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyətinin təmin olunması üçün aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən tədbirlər görülməlidir. Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün tibb müəssisələrinin dərman preparatları ilə təminatına nəzarəti gücləndirməli, elektrik generatorlarının işlək vəziyyətdə olması yoxlanılmalıdır. Maliyyə Nazirliyi istilik sistemi olmayan müəssisələrə qış mövsümündə tələb olunan mal-materialın alınması üçün maliyyə vəsaitinin ayrılmasını təmin etməli, dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət etməlidir. Büdcədən maliyyələşən bütün dövlət müəssisə və təşkilatları elektrik enerjisi və təbii qazdan qənaətlə istifadə etməli, israfçılığa yol verilməməlidir.

Müşavirdə tapşırılıb ki, Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına və qrafik üzrə hərəkətinə nəzarəti gücləndirməlidir. Avtomobil Yolları Dövlət Agentliyi yolların qardan təmizlənməsi üçün texnikaların işlək vəziyyətdə olmasını və qum ehtiyatı yaradılmasını təmin etməlidir. Naxçıvan Beynəlxalq Hava Limanı bütün maşın-mexanizmlərin, elektrik və işıqlandırma sistemlərinin, rabitə qurğularının texniki baxışını vaxtında yekunlaşdırmalı, tələbata uyğun yanacaq və mal-material ehtiyatı yaratmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması ilə bağlı hazırlıq tədbirlərinə başlamalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalıdırlar. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almaq üçün tədbirlər görməli, bununla əlaqədar istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdırlar.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyi mövsüm ərzində tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünü davam etdirməli, qəbul olunmuş meyvə-tərəvəzin saxlanılması üçün müvafiq texnoloji şəraitin yaradılmasına nəzarəti artırmalıdır. Həmçinin İqtisadiyyat Nazirliyi Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə quru odun tədarükü və odun kömürü istehsalı və satışı sahəsinin yaradılmasını təmin etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi fasiləsiz poçt və rabitə xidmətlərinin göstərilməsi üçün mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrinin istiliklə fasiləsiz təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır. Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq işlər görməli, qida ehtiyatı yaratmalı, Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvanlar yaylaqdan qayıtdıqdan sonra obalarda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmasını diqqətdə saxlamalıdırlar.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, istilik sistemi olmayan müəssisələrdə payız-qış mövsümü üçün tələb olunan yanacağın, digər mal-materialın bölgüsünü təsdiq etsin, eləcə də payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

Ali Məclisin Sədri qarşıya qoyulmuş vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

01-06-2020-12-20 Xəbərlər

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

Rezidentura imtahanları yəqin ki avqustun əvvəlində olacaq. İmtahan iki mərhələd...

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

01-06-2020-12-19 Xəbərlər

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ö...

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

01-06-2020-12-16 Xəbərlər

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

İyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil...

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

01-06-2020-12-13 Xəbərlər

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçı...

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

01-06-2020-12-11 Xəbərlər

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

Qəbul imtahanlarının vaxtını iyun ayının 5-dən elən edə bilərik. Çünki ali məktə...

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

01-06-2020-12-09 Xəbərlər

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər gün ən azı 4 növ imtahan k...

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

01-06-2020-12-06 Xəbərlər

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur.

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01-06-2020-12-03 Xəbərlər

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır. 

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

01-06-2020-11-59 Xəbərlər

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

Bu gün səhər saat 10-a olan məlumata görə, orta ixtisas və ali məktəblərə sənəd ...

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

01-06-2020-10-47 Xəbərlər

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər h...

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

01-06-2020-10-25 Xəbərlər

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mü...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

01-06-2020-09-42 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin may ayı ərzində b...

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

01-06-2020-00-00 Xəbərlər

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...