Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.

Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb. “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.

Nəriman Nəcəfov

www.naxcivantv.az