Ay işığının soyuqluğunda üşünə-üşünə çölün-düzün canına düşmüsən...

Gedirsən, hara getdiyini bilmirsən... Qurumuş otlar ayağının altında xışıldayır. Daşlara ilişib büdrəyirsən, uzaq kölgəlikdə bir sıra quanq ağacı... Kölgəsində bir səs:

- Əyil, aşağı bax - deyir...

Başını torpağa əyirsən, düz ayaqlarının ucunda ay işığı ləpələnir, dayanmır, axıb gedir...

- Doldur, iç...

Hansısa bir əl sənə bir qab uzadır. Götürürsən...

- Ayı işığınımı? – deyə  soruşmaq keçir könlündən, amma bu su imiş...

- Necədir?

- Buz kimi...

- Bu kəhriz suyudur...

***

Ay işığının  dəyib ləpələndiyi sular yeraltı yolunu tutub gedir... Gedir, gedir, gedir... Bu torpaqların sehri bu suların içində gizli-gizli axır. Kəhriz yolları bu torpaqları qan damarları kimi sarıb-sarmalayıb onu cana gətirir. Həyat bitirir, ruh bitirir, bitirdiyi hər nə varsa canına su təmizliyi, su duası qatır...

Günlərin bir günü, bir gecəsi, yuxudamı, gerçəkdəmi, sənə bir qab ay işığı doldurub uzadırlar:

- İçməsən də günah olar, içirməsəm də - deyirlər...

***

Yolunuz gəzib dolanıb bu yerlərə gəlibsə Naxçıvanın adı dillər əzbəri sularını da tanıyacaqsınız. Təmizliyi, şəffaflığı, əbədiliyi dillər əzbəri sular. Bu yerlərin ruhu göylərdə dolanan insanı ayaqlarını basdığı torpağın ona həyat verəcəyinə inanıb. Kənardan qup-quru görünən bu dağların, qayaların kökündə qaynayan çeşmələr səssiz-səmirsiz  axışını davam etdirə-etdirə insan əli, insan əməli gözləyib. O əllərin zəhmətinə, sığalına yatıb. Suyun təmizliyinə bir xal düşməsini istəməyən insan düşüncəsi onu bu torpaqların daha dərinlərinə işləməyini istədiyi köklərinin birinci qoruyucusu hesab edib, onun əbədi hamiliyinə can atıb. Bu yerlərin insanı suları gözdən qoruyub, çirklənməkdən qoruyub, suların küskünlüyündən, gün altında əziyyətindən  ehtiyatlanıb torpaq altı çay yolları çəkməyə başlayıb...

*** 

Kəhrizlər...

Kəhrizlər Naxçıvan torpağının yeraltı həyat yollarıdır...

Bu yerlərin insanı nəyə güvəndiyini bilib, hər əziyyətə, hər zəhmətə qatlaşıb, onun yolunu açıb, başına dolanıb, keşiyində dayanıb... Səxavəti kəhrizlərin qarşısında  qəbul gözləyib, ehsanını bu sulara bağışlayıb.  El-obanın tükü-tükdən seçən gözləri sularını da adsız qoymayıb, nişan verib, bu suların gözünü açmış, yenidən həyata qaytarmış adamların adını sulara qarışdırıb əbədiləşdirib. Mirzəbədəl kəhrizi deyib, Qələndər kəhrizi deyib,  Kalba Musa, Ağaməli, Şahbazağa, Cananbəy kəhrizi deyib.  Haqqını itirməyib çeşməsinin, seçib-sonalayıb dibindən çıxdığı qayanın, köksündən qaynadığı dərənin, yerin-yurdun adını adı edib. Kərəmini əsirgəməyən bu zənginliyin Qırx pilləli məqamına yüksəlməyə çalışıb, müqəddəsliyi qarşısında baş əyib, and yeri edib...

***

Yerin dərinliyindən, torpağın bağrında qaynayıb  səssiz-səmirsiz ömrünü sürən suların ram olduğu bir qüvvə, bir güc, bir dəstək - Kankan əlləri... Yeraltı cığırların bilicisi, suların bələdçisi...

Kankan əlləri torpağın altındakı hər daşı, hər qayanı, toxunduğu torpağı tanıyır. Kankan əllərinin duyumu yeraltı çayların sultanıdır... Həm müridi, həm mürşididir bu sirli-sehrli inancın...  Əbədi ehtiyacın içindən yorulmadan yer-yer, ünvan-ünvan Güman quyuları qazan ustalar... Yaşam ehtiyacına üz tutan  gümanlar sulara yetişdimi,  ümid doğulur, sonra yol  açılır... Torpağın altı ilə axıb gedən yol...

Kankan işıqlı dünya ilə qaranlıq dünyanı birləşdirib... Adına qaranlıq dünya dediyimiz o yerdə isə işıqlı dünyanın canı gizlənib... Kankan iki dünya arasında yol çəkə-çəkə öz dünyasını – Sular dünyasını yaradıb...

Torpağın canına yayıla-yayıla səpələnmiş ümidləri bir yol üstə yığıb, kürə-kürə ünvanlayan Usta kankanların nə özləri unudulur, nə hekayələri... 

Hələ bir də bu yerlərin adı kəhriz sularının həzinliyinə, əzminə, saflığına qovuşan bir Yunus dayısı olubmuş...

***

Qədim Naxçıvanı kəhrizlərsiz təsəvvür etmək olarmı? Olmaz. Naxçıvanı kəhrizlərdən ayrı təsəvvür etməklə bu torpağın nə bərəkətinin haqqını vermək olar, nə dərinlərə kök atan köklərinin, nə insanlarının...

Naxçıvan ellərini torpağa bağlayan, yurda bağlayan bağlardır kəhriz yolları. İnsan susuz yaşaya bilərmi, bağ sala, bəhər yetirə, paklana, təmizlənə, gözlərində bir udum parıltı gəzdirə bilərmi?..

Bilməz.

Naxçıvanın həyat damarlarında axan qan misalı kəhriz suları... Bu torpağın ürəyinə yetişib ondan keçir,  döyüntü-döyüntü güc verib, güc alır... Yüz illər əvvəl də belə idi, yüz illər sonra da belə olacaq...

***

Gizlilik, var olan hər şeyin duyum məbədgahındakı qapıdır. Hər gizlənmişliyin mənasında bir qapı var. Bir gün ona yaxınlaşacaq addım səslərini, uzanıb döyəcək əllərin hənirtisini gözləyə-gözləyə  səbirlə susur, susur, susur...

Susan hər gizliliyin Tanrıda bir bilinmişliyi var...

Nə torpağın, nə səmanın, nə torpaqla səmanın körpüsünün – suların Tanrıdan gizli sirri yoxdur...

Sonra bir işarə... sonra bir nişan... Kimsə titrək barmaqlarıyla bir nöqtəni nişan verib:

- Ordadır - deyir...

Nişan verilən yerdə baxarsan bir xəzinə gizlənər, baxarsan bir məzar... Baxarsan bir  işıq qopar o yerdən, baxarsan...  yüzillik hekayəsini damla-damla əridib  əbədiyyətə aparan sular öz yolu ilə axıb getməyindədir...

Amma gizliliyin üstündəki örtük çəkildimi, qapı açıldımı, Tanrı:

- Götür, apar, artıq sənindir - demişdir...

Su işığı yayılar torpağın köksü üstə...

***

Suyun qəlbinə hopdurub gətirdiyi yaddaş, suyun pıçıltısıyla gələcəyə yollanan həyat... Sular keçib getdikləri yerlərin cövhərini, dadını, havasını, şəfasını  gələcəyə yollayır... Sular bir keçdiyi yerdən bir də keçmir deyirlər... Hər udumda yenilənir, hər udumda yenidən doğulur sular...

 Suları yolunun hər göz qırpımında bir Güman qapısı gözləyir... Bəlkə də sular özləri yollarına davam edərkən, günlərin bir günü minillik bətnindən dünyaya göz açmaq üçün Güman qapılarını oradan, yeraltı dünyanın içindən döyüb:

- Mən burdayam - deyirlər...

Bu üzdən bir əl uzanır qaranlığa, güzgü ilə güzgü arasındakı sonuncu torpaq qatı ovulub tökülür, sirr üzə çıxır...

Deyirlər, kəhrizlərin yolları boyunca həmişə təmiz bir nəfəs dolanır, o suların köhnəlməsinə, qoxusuna qoxu qarışmasına, şəffaflığına bulanıqlıq enməsinə imkan verməyən bir nəfəs...

O nəfəs günlərin bir günü  göylərin – yerlərin hakiminin, yaradıcısının, bilicisinin, əllərindən yapışıb dərin quyusundan gün üzünə çıxır... Amma onun gedişi dönüklük deyil... O nəfəs gəzib-dolaşıb geri qayıdır... Heç zaman sularını tərk etməyir, onda qalır...

***

Bir gün bir yolçu  gəlir, bir qab su doldurub içir o nəfəsdən...

Heyrətlə baxır, heyrətlə gözləyir, torpağın ürək döyüntülər köksünə daşınıb orda qərar tutur. Ovuclarını qoşalaşdırıb minillik suların  canına uzadır, üzünə-gözünə su vurur... Ovuclarında minillik canın sirrinin izləri qalır... gözlərində həm başı üstündə, həm yerin təkində işıq saçan ay...

Yolçu bilsə də, bilməsə də bundan sonrakı minillər boyunca da nə o  sirrin təmizliyi pozulacaq, nə kəhriz sularının ümid qapıları bağlanacaq...  Bu yerlərdə - nə yuxarıda - səmada, nə aşağıda – torpağın qəlbində - kəhriz sularında ayın üzünü heç zaman kölgə almayacaq...

 

                                                                                                            Hədiyyə Şəfaqət

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Türkeş kəndində son tamamlama işləri aparılır

13-10-2019-16-32 Xəbərlər

Türkeş kəndində son tamamlama işləri aparılır

NUHÇIXAN xəbər verir ki, Türkeş kəndində  hal-hazırda kənd, xidmət mərkəzləri və...

Dünya boyda sədası var Nursumun

13-10-2019-15-03 Xəbərlər

Dünya boyda sədası var Nursumun

Müasir və rahat yol hər bir yerin  inkişafının ilk göstəricisidir.

Naxçıvanda sabaha olan hava proqnozu

13-10-2019-14-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlan...

Yurdumun şairi

13-10-2019-12-58 Xəbərlər

Yurdumun şairi

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsin...

Sədərək bağlarında payız calağına başlanılıb

13-10-2019-12-29 Xəbərlər

Sədərək bağlarında payız calağına başlanılıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonu ərazisindəki təsərrüfatlarda tinglərin p...

Xanəgahın bugünkü büsatı

13-10-2019-11-59 Xəbərlər

Xanəgahın bugünkü büsatı

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sürətli in...

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

13-10-2019-11-28 Xəbərlər

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2005-ci il ...

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

12-10-2019-17-22 Xəbərlər

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

NUHÇIXAN xəbər verir ki, gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyaları da...

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

12-10-2019-15-13 Xəbərlər

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğ...

Naxçıvanda sabaha olan hava proqnozu

12-10-2019-14-09 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlan...

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

12-10-2019-12-38 Xəbərlər

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, beynəlxalq aləmdə çox yaxşı tanınan CNN kanalının ərəbd...

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

12-10-2019-11-49 Xəbərlər

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris il...

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

12-10-2019-11-28 Xəbərlər

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında t...

Ötən günün mənzərəsi - VİDEO

12-10-2019-11-06 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Növbəti təlimə yekun vurulub

12-10-2019-10-23 Xəbərlər

Növbəti təlimə yekun vurulub

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində...

Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib

12-10-2019-09-21 Xəbərlər

Yeni əmək fəaliyyətinə başlayanlara sosial sığorta şəhadətnaməsi verilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fond...

Sərgi-satış başa çatdı

11-10-2019-18-22 Xəbərlər

Sərgi-satış başa çatdı

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Naxçıvanda sabaha olan hava proqnozu

11-10-2019-17-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 12-nə gözlənilən hava proqnozu açıqlan...

Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir

11-10-2019-15-03 Xəbərlər

Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir

Naxçıvan şəhərinin 49-cu məhəlləsində Gənclər Yaşayış 7 və 5 mərtəbəli yaşayış b...

Pensiyalar artımlarla birlikdə ödənilib

11-10-2019-14-21 Xəbərlər

Pensiyalar artımlarla birlikdə ödənilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən ...

"Araz" futzal klubu "Benfika"ya məğlub olub

11-10-2019-13-32 Xəbərlər

"Araz" futzal klubu "Benfika"ya məğlub olub

"Araz" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu ...

“Qədim Türk Yurdu Naxçıvan” kitabı işıq üzü görüb

11-10-2019-12-29 Xəbərlər

“Qədim Türk Yurdu Naxçıvan” kitabı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının dairəvi zalında Nizami...

Ötən günün mənzərəsi - VİDEO

11-10-2019-11-30 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi olub

11-10-2019-09-17 Xəbərlər

Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Qurb...

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

10-10-2019-19-04 Rəsmi

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nət...

“Gələcəyə doğru” layihəsi adı altında tələbələrlə görüş keçirildi

10-10-2019-17-44 Xəbərlər

“Gələcəyə doğru” layihəsi adı altında tələbələrlə görüş keçirildi

NUHÇIXAN xəbər verir ki, Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəal...

Naxçıvanın turizm nümayəndələri Tehranda keçirilən konqresdə iştirak ediblər

10-10-2019-17-23 Xəbərlər

Naxçıvanın turizm nümayəndələri Tehranda keçirilən konqresdə iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəl...

Oyuncaqlar düşündüyümüz qədər məsum deyillər...

10-10-2019-16-46 Xəbərlər

Oyuncaqlar düşündüyümüz qədər məsum deyillər...

Uşaq oyuncaqlarını reklam edən bir sayta baxarkən, satışdan çıxarılan və çıxarıl...

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb

10-10-2019-16-04 Xəbərlər

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafik göstəricisi çap olunub.

Naxçıvanda sabaha olan hava proqnozu

10-10-2019-15-43 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 11-nə gözlənilən hava proqnozu açıqlan...