Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Futbol Federasiyası (NFF) tərəfindən 13 və 14 yaşlı futbolçuların beynəlxalq turnirlər və elit məşq layihəsi üçün seleksiya xarakterli keçirilən turnirə yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, reqlamentə əsasən turnir iki zonada keçirilib. Mərkəzi zona üzrə pley-off mərhələsində “Araz-Naxçıvan”, “Naxçıvan”, “Culfa” və “Şahbuz”, qərb zonası üzrə isə “Arpaçay”, “Şərur”, “Kəngərli” və “Sədərək” komandaları mübarizə aparıblar.

Turnirin oyunlarını NFF-nin Hakimlər və Hakim-İnspektorlar Komitəsi tərəfindən təyin edilmiş hakimlər briqadaları idarə edib və hakimlik FIFA qaydaları əsasında həyata keçirilib. İlk olaraq mərkəzi zonanın oyunları oynanılıb. Bu mərhələnin final görüşündə “Araz-Naxçıvan” və “Culfa” komandaları üz-üzə gəlib. Görüşü qələbə ilə başa vuran Naxçıvan komandası (4:3) final oyununda iştirak etmək hüququ qazanıb.

Qərb zonasında isə keçirilən pley-off mərhələsinin finalına “Arpaçay” və “Kəngərli” komandaları yüksəlib. Görüş Şərur təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Altı gün davam edən turnirin final görüşü Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Həlledici oyunda “Araz-Naxçıvan” və “Arpaçay” komandaları qarşılaşıb. Gərgin keçən görüş “Araz-Naxçıvan”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Sonda qalib komandaya kubok təqdim edilib.

www.naxcivantv.az