Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

    Naxçıvanda Naftalan nefti və Şorsu palçığı ilə müalicə xəstələrə şəfa verir

 Əsaslı yenidənqurma işlərindən sonra ötən il ölkə prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən  300 çarpayılıq Naxçıvan Muxtar Respublika Xəstəxanasında Naftalan nefti ilə müalicə bölməsi də yenidən qurulub.

Müasir tibbi avadanlıqların  quraşdırıldığı şöbədə hər ay onlarla xəstə müalicə olunuraq sağlamlığına qovuşur. Naxçıvan Muxtar Respublika Xəstəxanası Reabilitasiya şöbəsinin müdiri, həkim-fizioterapevt Fazil Fərzəliyev naxcivantv.az-a bildirib ki, Naftalan vannası 70-dən çox xəstəliyin müalicəsində tətbiq olunur. Xəstələr neft vannası qəbul edərək  müalicə olunurlar. Naftalan nefti insanları oynaq və əzələ ağrılarından xilas edir, dəri xəstəliklərini sağaldır, əsəbləri sakitləşdirir və dərini yumşaldır.  Şöbəyə Naftalan nefti Naftalan şəhərindən gətirilərək müalicədə tətbiq olunur. Bu da Naxçıvan əhalisinin kənara getmədən müalicəsinə şərait yaradır, artıq xərclərin qarşısını alır.

Həmçinin xəstəxanada Şor su palçığı ilə müalicə də aparılır. Bu növ palçıq qrupu son dərəcə balneoloji hidromineral ehtiyatdır.

 Həkim onu da bildirdi ki, insan orqanizminə müalicəvi təsir edən Şorsu palçığından əvvəllər kortəbii şəkildə müalicə məqsədilə istifadə edilib. İndi isə fizioterapiyanın bir metodu kimi periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində istifadə olunur. Şorsu palçığı Naxçıvan şəhərinin yaxınlığındakı Şorsu dərəsindən götürülür.

 Xəstəxanada Naftalan nefti və Şorsu palçığı ilə müalicə bölmələrindən başqa digər terapiya üsulları ilə də müalicələr aparılır.

Turab Hacızadə

NTV xəbər

www.naxcivantv.az