Özbəkistan Respublikasının Mənzil Kommunal Təsərrüfatı və Səhiyyə nazirliklərindən və Dövlət Ekologiya Komitəsindən olan nümayəndələr muxtar respublikanın içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsi ilə tanış olmaq, bu sahədə qazanılan təcrübəni öyrənmək məqsədilə Naxçıvana səfərə gəliblər.

NUHÇIXAN xəbər verir ki, səfər çərçivəsində əvvəlcə qonaqlar Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində olub, burada görüş keçirilib.

Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi ilə tanış olan nümayəndə heyətinə məlumat verilib ki, kanalizasiya sularının təmizlənməsi üçün Araz çayının kənarında tikilən bu kompleks 2018-ci il may ayının 16-da istismara verilib. Təmizləyici qurğu 3 mərhələli təmizləmə sistemindən ibarətdir. Kompleksdə təmizləmə prosesi fiziki, bioloji və membran təmizləmə üsulları ilə aparılır. Qurğu gün ərzində 32 min kubmetr və ya saniyədə 370 litr çirkab su təmizləmə gücünə malikdir. Membrandan çıxan təmiz su ilə suvarma mövsümündə öz axını ilə 170, nasoslar vasitəsilə 330 hektar sahəni suvarma suyu ilə təmin etmək olur.

Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksində qonaqlara bildirilib ki, bu kompleks 2014-cü il aprel ayının 7-də istifadəyə verilib. Nanofiltrli membran tipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur. Suya xüsusi qurğu vasitəsilə ozon vurulur. Qurğunun gücü gün ərzində 40 min 800 kubmetr və ya saniyədə 472 litrdir. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına inzibati binada quraşdırılmış kompüterlə nəzarət olunur.

Nümayəndə heyəti Naxçıvançay yatağında tikilən kaptaja da baxıb. Məlumat verilib ki, kaptajın məhsuldarlığı orta hesabla saniyədə 472 litr, uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metrdir. Kaptajın üzərində 52 ədəd baxış quyusu və bir ədəd suqəbuledici kamera quraşdırılıb. Kaptajdan təmizləyici qurğuya qədər 6,4 kilometr özüaxınlı şüşəlifli magistral boru xətti çəkilib, ətraf 3,3 kilometr uzunluğunda dəmir məhəccərlə hasarlanıb. Həmçinin kaptajın sel sularından qorunması üçün 1,5 kilometr uzunluğunda qoruyucu bənd tikilib.

Daha sonra qonaqlar Şahbuz Şəhər Təmizləyici Qurğular Kompleksində olublar. Qeyd edilib ki, burada tikinti işlərini “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Almaniyanın “Bioworks” şirkəti həyata keçirib. Təmizləyici qurğular sistemi gün ərzində 2800 kubmetr çirkab su təmizləmək gücünə malikdir. Sistemin hovuzlarının tutumu 7200 kubmetrdir. Təmizləyici qurğuya daxil olan su əvvəlcə fiziki təmizlənir və 1 millimetrdən böyük olan tullantılar kənarlaşdırılır. Sonra su bioloji təmizləmədən keçirilir. Bu zaman hovuzlara oksigen vurulur və lil çökdürülür. Həmin su mexaniki filtrlərdə 10 mikrona qədər təmizlənir və təsərrüfat suyu kimi Naxçıvançaya axıdılır.

Şahbuz Şəhər Su Təmizləyici Qurğular Kompleksinin iş prinsipi ilə yaxından maraqlanan nümayəndə heyətinə bildirilib ki, 2017-ci il yanvarın 11-də istismara verilən sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edə biləcək. Qurğu gün ərzində 6 min 600 kubmetr və ya saniyədə 76 litr sutəmizləmə gücünə malikdir. Burada hər birinin tutumu 2500 kubmetr olan iki təmiz su anbarı inşa olunub. Bu anbarlardan təmizlənmiş su öz axını ilə əhaliyə fasiləsiz olaraq verilir. Layihənin həyata keçirilməsi nəticəsində Şahbuz şəhəri, Kiçikoba və Daylaqlı kəndlərində 15 min 300 nəfər 24 saat daimi su ilə təmin edilir. Əhaliyə verilən su Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Culfa rayonunda 119 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib

15-10-2019-17-05 Xəbərlər

Culfa rayonunda 119 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi t...

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

15-10-2019-16-21 Rəsmi

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev İsa Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ord...

Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib

15-10-2019-16-04 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Gözümü açandan teatr görmüşəm…

15-10-2019-14-39 Xəbərlər

Gözümü açandan teatr görmüşəm…

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ələkb...

Naxçıvanlı atletdən növbəti uğur

15-10-2019-12-03 Xəbərlər

Naxçıvanlı atletdən növbəti uğur

Cəlilabadda kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub.

Ötən günün mənzərəsi - VİDEO

15-10-2019-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

14-10-2019-19-18 Rəsmi

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxti...

Operativ vergi tədbirləri görülür

14-10-2019-19-09 Xəbərlər

Operativ vergi tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Aşağı Qışlaq kəndində yeni mərasim evi istifadəyə verilib - VİDEO

14-10-2019-18-00 Xəbərlər

Aşağı Qışlaq kəndində yeni mərasim evi istifadəyə verilib - VİDEO

Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yeni mərasim evinin istifadəyə verilməsi ...

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

14-10-2019-17-40 Xəbərlər

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxti...

Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

14-10-2019-17-21 Xəbərlər

Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb

14-10-2019-16-41 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Malayziyalı turist Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

14-10-2019-16-22 Xəbərlər

Malayziyalı turist Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

Naxçıvanın heyranı olan daha bir asiyalı turist sosial şəbəkədə muxtar respublik...

Naxçıvanın iş adamları Daşkənddə keçirilən forumda iştirak ediblər

14-10-2019-15-23 Xəbərlər

Naxçıvanın iş adamları Daşkənddə keçirilən forumda iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlə...

Naxçıvan aeroportu doqquz ayda 501 min sərnişinə xidmət göstərib

14-10-2019-15-02 Xəbərlər

Naxçıvan aeroportu doqquz ayda 501 min sərnişinə xidmət göstərib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın beynəlxalq hava limanlarından i...

Saç ağartdın, ömür tükətdin söz yolunda, Məmməd Araz

14-10-2019-13-01 Xəbərlər

Saç ağartdın, ömür tükətdin söz yolunda, Məmməd Araz

Şairlər xalqın səsidir, deyirlər.

Qədim yurd yerimiz - Məzrə

14-10-2019-09-17 Xəbərlər

Qədim yurd yerimiz - Məzrə

Naxçıvan ərazisi qədim və zəngin tarixə malikdir.

Türkeş kəndində son tamamlama işləri aparılır

13-10-2019-16-32 Xəbərlər

Türkeş kəndində son tamamlama işləri aparılır

NUHÇIXAN xəbər verir ki, Türkeş kəndində  hal-hazırda kənd, xidmət mərkəzləri və...

Dünya boyda sədası var Nursumun

13-10-2019-15-03 Xəbərlər

Dünya boyda sədası var Nursumun

Müasir və rahat yol hər bir yerin  inkişafının ilk göstəricisidir.

Naxçıvanda sabaha olan hava proqnozu

13-10-2019-14-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlan...

Yurdumun şairi

13-10-2019-12-58 Xəbərlər

Yurdumun şairi

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsin...

Sədərək bağlarında payız calağına başlanılıb

13-10-2019-12-29 Xəbərlər

Sədərək bağlarında payız calağına başlanılıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonu ərazisindəki təsərrüfatlarda tinglərin p...

Xanəgahın bugünkü büsatı

13-10-2019-11-59 Xəbərlər

Xanəgahın bugünkü büsatı

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sürətli in...

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

13-10-2019-11-28 Xəbərlər

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2005-ci il ...

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

12-10-2019-17-22 Xəbərlər

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

NUHÇIXAN xəbər verir ki, gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyaları da...

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

12-10-2019-15-13 Xəbərlər

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğ...

Naxçıvanda sabaha olan hava proqnozu

12-10-2019-14-09 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlan...

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

12-10-2019-12-38 Xəbərlər

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, beynəlxalq aləmdə çox yaxşı tanınan CNN kanalının ərəbd...

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

12-10-2019-11-49 Xəbərlər

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris il...

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

12-10-2019-11-28 Xəbərlər

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında t...