Sahil Tahirli yazır

Dünəndən başlanan yeni tədris ili özü ilə bərabər həm də insanlarımıza yeni sevinclər, arzular, inamlar gətirdi...

Həqiqətən də ölkəmizdə uğurla gerçəkləşdirilən təhsil quruculuğunun müasir Azərbaycanın reallığına çevrilməsi hər birimizdə doğma Vətənimizin işıqlı gələcəyinə böyük inam yaradır. Necə ki, bu tədris ilində də istər Bakı şəhərində, istərsə də rayon və kəndlərdə, eləcə də Naxçıvanda ən müasir məktəb binaları istifadəyə verildi. Yeni  təhsil  ocaqlarında ən müasir texnoloji yeniliklərə əsaslanan inforamsiya-kommunikasiya texnologiyaları, elektron tədris vəsaitləri tətbiq edilir ki, səmimi etiraf etsək, dünya ölkələrinin çoxunda bu vəsaitləri hələ də yalnız televizorlarda görürlər...

Etirafdan söz düşmüşkən, fikrimcə, etirafın özü böyük bir mədəniyyət nümunəsidi. Daha doğrusu,  etiraf etməyi bacarmaq... O zaman, gəlin təsdiq edək ki, müasir cəmiyyətdə bir çoxumuzun düşüncə tərzi və yaxud, dünya görüşü kəndimizin, şəhərimizin, elə lap məktəbimizin, hətta məhəlləmizin  sürətli inkişafı ilə ayaqlaşa bilmir və ya ondan çox geridə qalır. Ona görə ki, 21-ci əsrdə yaşayan bizlər hələ də qurmaqdan çox qırmağa, əkməkdən çox biçməyə, tikməkdən çox sökməyə meyilliyik. Bəzən hər şeyi dövlətdən gözləyirik. Ver yeyim, ört yatım, gözlə canım çıxmasın...

Ən ikrah doğuran cəhətlərimizin başında isə heç şübhəsiz, qonşudan dala qalmamaq “uclığımız” dayanır. Başımızın doluluğuna görə yox, cibimizin dikliyinə görə lovğalanmaq, beynimizin tutumuna görə yox, maşınımızın markasına  görə qürrələnmək, ona-buna rişxənd etmək, kəm görmək bizim köhnə xasiyyətimizdi... Mirzə Cəlilin belə düzəldə bilmədiyi başıbatmış xasiyyətimiz... Əsrlər, illər dəyişir, amma nədənsə biz dəyişə bilmirik. Ya da dəyişmək istəmirik.

Dəyişə bilməməyimizin “nümunələrindən” birini də bu gün səhər müşahidə etdim. Daha doğrusu, 2-3 gündü gözlərimə batır. Uzun sözün qısası, yeni dərs ili ilə əlaqadar kitab, geyim mağazalarında olduğu kimi, gül dükanlarında da xeyli canlanma vardı: Heç kim qonşudan dala qalmırdı... Valideynlər indidən uşaqlarına “alıb-vermək” vərdişlərini əyani göstərirdilər. Hamı alırdı, qazanan isə ancaq gül satanlar idi. Bir nəfər tanışım dedi ki, buketin ən ucuzu 50 manatdan başlayır,  150-200 manata belə buketlər satılır. Normal vaxtda 10-15 manat olan gül buketləri birdənbirə “marsa” qalxmışdı. Əksər valideynlər uşaqlarına, onlar da öz növbəsində müəllimlərinə gül daşıyırdı... Hətta ailə büdcəsinin gəlirləri aylıq 300-350 manat olanlar da... Sanki ikinci bir 8 Mart “faciəsi” yaşanırdı.

Bu gün səhər işə gələndə bilirsiniz hansı mənzərəni gördüm?! Gördüm ki, dünən od qiymətinə, böyük həvəslə, sevinclə alınan güllər buket-buket tulantı qutularının içindədi; öz də hələ yarpağı, çiçəyi solmamış (əyani təsəvvür üçün fotosunu da təqdim edirəm). Naxçıvan şəhərinin təmizlik işçiləri səhərin gözü açılmamış maşın-maşın gül gülləyirdilər... “Ey hörmətli güllərin” çoxu və ona verilən pullar bir anın içindəcə beləcə göyə sovrulmuşdu... Lələsi köçmüş, yurdu mələr qalmışdı...

Kiməsə gül almağı, onu sevindirməyi həqiqətən də çox sevən biri olaran mən indi sual vermək istəyirəm:

1. Gülü-çiçəyi, onun mənəvi dəyərini bu qədər ucuzlaşdırmaq nəyə lazımdı?

2. Müəllimə 50-100 manatlıq buket almaq yaxşıdı, yoxsa 10-15 manatlıq dəyərli bir kitab?

3. Bir əsr əvvəl cəmiyyətimizə maarif, təhsil işığı saçan, hətta qızları belə məktəblərə cəlb edib öz pulu hesabına oxudan, Naxçıvanda ilk qız məktəbi açan görkəmli maarifpərvər şəxsiyyət və pedeqoq Məhəmməd Tağı Sidqiyə buket-buket gül daşınırdı?

4. Yoxsa, onun məktəbində yetişib formalaşan görkəmli ziyalılarımız məktəbə “Mercedes-Benz G-klasda gedirdilər?

Və bir də unutmayaq ki, müəllimə heç bir fəxri adın verilmədiyi bir dönəmdə Sidqi öz əzmi və xalqa nümunəvi xidməti ilə “Xalqın müəllimi” kimi onu əbədi yaşadacaq bir ad da qazanmışdı. O heç bir şagirdindən heç nə ummurdu; nə gül, nə çiçək, nə də 1 kilo cəviz... Heç mobil telefonunda vaxtını öldürə-öldürə dərsi boşa verib dərsdən sonra pul müqabilində hazırlıq da keçmirdi...

Nəsə ki, bu mövzu başladısa bitən deyil. Sözümün canı odur ki, gəlin, səhəri gün  küllüyə atılan güllərə verdiyimiz pullara öz övladlarımıza 1 nağıl kitabı, onun müəlliminə isə Linkolnun oğlunun müəlliminə yazdığı məktubu hədiyyə edək...

Və bir də heç nəyi israf etməyək. Müqəddəs Qurani-Kərimdə də deyildiyi kimi: “Çox gözəl geyinin, yeyin, için, ancaq israf etməyin”...

P.S. Sadəlik insanın ən ali keyfiyyətidi. Sadə və düşünən olaq!

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Professor Yusif Seyidovun elmi irsinə həsr olunmuş monoqrafiyanın təqdimatı olub

28-02-2020-19-01 Xəbərlər

Professor Yusif Seyidovun elmi irsinə həsr olunmuş monoqrafiyanın təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,...

Naxçıvan Qarnizonu Qoşunlarında qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədilə kompleks məşq keçirilib - VİDEO

28-02-2020-18-09 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədilə kompleks məşq keçirilib - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qo...

“Gənclərdə Büdcə Savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib

28-02-2020-16-43 Xəbərlər

“Gənclərdə Büdcə Savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin...

“1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş elmi-nəzəri konfrans

28-02-2020-15-39 Xəbərlər

“1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş elmi-nəzəri konfrans

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Muxtar respublikada tikintidə təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir

28-02-2020-14-37 Xəbərlər

Muxtar respublikada tikintidə təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhl...

Sığorta və onun mahiyyəti müzakirə olunub

28-02-2020-12-49 Xəbərlər

Sığorta və onun mahiyyəti müzakirə olunub

Naxçıvan Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsin...

Siyasi sadiqlik əzmi

28-02-2020-12-28 Xəbərlər

Siyasi sadiqlik əzmi

Yolumuz inkişaf, sabitlik və rifah yoludur.

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

28-02-2020-12-18 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28-02-2020-11-59 Xəbərlər

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, ərizə qəbulu internet...

Ötən günün mənzərəsi - VİDEO

28-02-2020-11-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

28-02-2020-10-38 Xəbərlər

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

Fevralın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri b...

9-cu siniflərin buraxılış imtahanına 3 mindən çox müəllim nəzarət edəcək

28-02-2020-09-17 Xəbərlər

9-cu siniflərin buraxılış imtahanına 3 mindən çox müəllim nəzarət edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...