Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri ilə Azərbaycan üzrə layihə portfelinin auditini həyata keçirmək məqsədilə görüş olub.

Tədbirdə missiyanın rəhbəri xanım Nadejda Moçinova, baş audit xanım Vei Sen Çanq, baş audit xanım Amuerfina Sabtosç və digərləri iştirak ediblər.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində müasir içməli su və kanalizasiya sistemlərinin qurulması barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri davamlı inkişaf üçün şərait yaradıb. Əldə olunan uğurlar, ilk növbədə, insanların sosial rifah halının yaxşılaşdırılmasına, onların yaşayış səviyyəsinin yüksəldilməsinə səbəb olub, insan həyatı və sağlamlığı üçün ən əhəmiyyətli məsələlərdən biri olan içməli su və onun istifadəsi ilə bağlı problemlər həll edilib, muxtar respublikanın su ilə təminatına və əhalinin suya tələbatının ödənilməsinə nail olunub. Bu isə sakinlərin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

“Naxçıvançay yatağında məhsuldarlığı orta hesabla saniyədə 472 litr, uzunluğu 2,9 kilometr, dərinliyi isə 6 metr olan kaptaj tikilib, kaptajın üzərində 52 baxış quyusu və bir ədəd suqəbuledici kamera quraşdırılıb. Kaptajdan təmizləyici qurğuya qədər 6,4 kilometr özüaxımlı şüşəlifli magistral boru xətti çəkilib. Kaptajın ətrafı 3,3 kilometr uzunluğunda dəmir məhəccərlə hasarlanıb, onun sel sularından qorunması üçün 1,5 kilometr qoruyucu bənd tikilib”, – deyən Əsgər Əsgərov bildirib ki, 2014-cü il aprelin 7-də Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Nanofiltrli membrantipli sutəmizləyici qurğu əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsində böyük rol oynayır. Kompleksdə suyun təmizlənməsi üçün ən müasir qurğu və avadanlıqlardan istifadə olunur.

Əsgər Əsgərov diqqətə çatdırıb ki, təmizlənmiş su ümumi tutumu 25 min kubmetr olan 3 su anbarına yığılır və şəbəkəyə ötürülür. Su anbarlarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verir. Sutəmizləyici qurğudan şəhər şəbəkəsinə hər birinin uzunluğu 3,75 kilometr olmaqla, cəmi 7,5 kilometr şüşəlifli borularla özüaxımlı qoşa magistral xətt çəkilib.

Layihə çərçivəsində Naxçıvan şəhəri və onun inzibati ərazisinə daxil olan 5 kənd (Qaraçuq, Bulqan, Qaraxanbəyli, Hacıniyyət və Tumbul), Babək rayonunun Şıxmahmud, Xəlilli və Şəkərabad kəndləri daxil olmaqla, 350,1 kilometr daxili su şəbəkəsi, 332,5 kilometr kanalizasiya şəbəkəsi çəkilib və 25 min 874 ev birləşməsi aparılaraq sayğac quraşdırılıb.

Layihə ərazisində 135 min sakin fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su və yeni kanalizasiya şəbəkəsi ilə təmin olunub. Yerin relyefindən asılı olaraq mənzillərə 2 barla 5 bar arasında təzyiqlə su verilir. Təmizləyici qurğunun tikilməsində məqsəd çirkab sularının təmizlənmədən çaylara axıdılmasının, ətraf mühitin çirklənməsinin qarşısını almaqdır. Layihənin icrasını təmin etmək üçün yeni texnologiya və avadanlıqlardan istifadə olunub.

Vurğulanıb ki, muxtar respublikanın iqlim şəraitinin və relyefinin nəzərə alınması, keyfiyyətə xüsusi diqqət yetirilməsi qurulan yeni içməli su və kanalizasiya sistemlərinin uzun müddət istismarına imkan verib.

Asiya İnkişaf Bankının Baş Auditor Ofisinin nümayəndələri qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlıqlarını bildirib, layihənin həyata keçirilməsi prosesi ilə bağlı suallar cavablandırılıb.

Sonra Naxçıvan şəhərindəki su təchizatı və kanalizasiya sistemləri ilə bağlı slayd nümayiş olunub.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Professor Yusif Seyidovun elmi irsinə həsr olunmuş monoqrafiyanın təqdimatı olub

28-02-2020-19-01 Xəbərlər

Professor Yusif Seyidovun elmi irsinə həsr olunmuş monoqrafiyanın təqdimatı olub

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru,...

Naxçıvan Qarnizonu Qoşunlarında qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədilə kompleks məşq keçirilib - VİDEO

28-02-2020-18-09 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədilə kompleks məşq keçirilib - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qo...

“Gənclərdə Büdcə Savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib

28-02-2020-16-43 Xəbərlər

“Gənclərdə Büdcə Savadlılığı” layihəsi çərçivəsində təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin...

“1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş elmi-nəzəri konfrans

28-02-2020-15-39 Xəbərlər

“1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş elmi-nəzəri konfrans

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Muxtar respublikada tikintidə təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir

28-02-2020-14-37 Xəbərlər

Muxtar respublikada tikintidə təhlükəsizliyin təmin olunması diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhl...

Sığorta və onun mahiyyəti müzakirə olunub

28-02-2020-12-49 Xəbərlər

Sığorta və onun mahiyyəti müzakirə olunub

Naxçıvan Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsin...

Siyasi sadiqlik əzmi

28-02-2020-12-28 Xəbərlər

Siyasi sadiqlik əzmi

Yolumuz inkişaf, sabitlik və rifah yoludur.

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

28-02-2020-12-18 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28-02-2020-11-59 Xəbərlər

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN-a bildirilib ki, ərizə qəbulu internet...

Ötən günün mənzərəsi - VİDEO

28-02-2020-11-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

28-02-2020-10-38 Xəbərlər

Naxçıvan televiziyasının xüsusi reportajı - VİDEO

Fevralın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri b...

9-cu siniflərin buraxılış imtahanına 3 mindən çox müəllim nəzarət edəcək

28-02-2020-09-17 Xəbərlər

9-cu siniflərin buraxılış imtahanına 3 mindən çox müəllim nəzarət edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

27-02-2020-17-50 Xəbərlər

9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi üçün 87 imtahan binası ayrılıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

27-02-2020-17-08 Xəbərlər

Sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğu ilə bağlı növbəti tədbir olub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən NUH...

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

27-02-2020-16-23 Xəbərlər

Naxçıvanda əhaliyə nümunəvi poçt rabitəsi xidməti göstərilir

Naxçıvanda poçt rabitəsi xidmətinin səviyyəsi yüksəldilir və maddi-texniki bazas...

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

27-02-2020-15-36 Xəbərlər

Dilucu gömrüyündəki məhdudiyyətlər qismən aradan qaldırılıb

NUHÇIXAN Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet s...

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

27-02-2020-15-20 Xəbərlər

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 1-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxt...

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

27-02-2020-14-39 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri İordaniya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

27-02-2020-14-14 Xəbərlər

Folklorşünaslıq elminin müasir nailiyyətlərini əks etdirən kitab işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Folkl...

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

27-02-2020-12-51 Xəbərlər

AMEA-nın Naxçıvan Bölməsində respublika konfrans

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIX...

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

27-02-2020-12-22 Xəbərlər

Dərsliklərin hazırlanması qaydası müəyyənləşdirilib

Nazirlər Kabineti “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərin...

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

27-02-2020-11-43 Xəbərlər

Muxtar respublikanın rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında Xocalı soy...

Ötən günün mənzərəsi - VİDEO

27-02-2020-10-43 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

27-02-2020-09-18 Xəbərlər

Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürlər...

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

26-02-2020-19-24 Xəbərlər

Xocalı Soyqırımı Orta İxtisas Polis Məktəbində yad olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ...

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

26-02-2020-17-00 Xəbərlər

Naxçıvanda sükut dəqiqəsi - YENİLƏNİB

Bu gün saat 17:00-da ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respubli...

Şəhidlərin və şahidlərin şəhəri

26-02-2020-16-38 Xəbərlər

Şəhidlərin və şahidlərin şəhəri

Lay-lay dedim yatasan, Qızıl gülə batasan, Qızılgülün içində Şirin yuxu tapas...

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

26-02-2020-16-19 Xəbərlər

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

NUHÇIXAN xəbər verir ki, fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydan...

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

26-02-2020-16-00 Xəbərlər

Xocalı soyqırımı bütün bəşəriyyətin ən qanlı faciələrindəndir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində Xocalı soyqırımının 2...

Sоy­qı­rım ümumbəşəri cinayətdir

26-02-2020-14-16 Xəbərlər

Sоy­qı­rım ümumbəşəri cinayətdir

Genosid, yaxud sоy­qı­rım hər hаn­sı mil­li, еt­nik, ir­qi və yа di­ni qru­pu, b...