Sahil Tahirli yazır

Həqiqətən də Naxçıvanın son 25-30 ildə keçdiyi yolu təhlil edəndə açıq-aydın görünür ki, çox çətin və olduqca mürəkkəb bir dönəm bütün sahələrdə mütərəqqi yeniliklərin tətbiqi və qədim diyarın hərtərəfli inkişaf yoluna çıxması ilə başa çatıb.

Ərzaq, enerji, müdafiə təhlükəsizliyi tam təmin olunmaqla gələcək inkişaf perspektivləri üçün də güclü əsaslar yaradılıb...

Diqqətdən yayınmayan ən önəmli amillərdən biri də heç şübhəsiz, muxtar respublikanın informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdir. Xatırlayırıq ki, ötən əsrin 90-cı illərində ciddi blokada buxovları ilə üzləşən Naxçıvan həm də informasiya blokadasına düşmüş, Ermənistanın işğalçılığı nəticəsində bütün rabitə-kommunikasiya xətləri iflic olmuşdu. Üstəlik, o zamankı AXC-Müsavat hakimiyyəti dönəmində Naxçıvan televiziyasına edilən hücum nəticəsində televiziya dağıdılmış, mətbəə və qəzetçilik fəaliyyəti də böhranlı dönəmə daxil olmuşdu. Lakin ulu öndər Heydər Əliyev Naxçıvandan başlanan müstəqillik missiyasını sonrakı mərhələdə bütün Azərbaycan boyu davam etdirmiş, müstəqilliyin əsas elementlərindən biri olan azad mətbuat və teleradionun inkişafı istiqamətində vahid konsepsiyaya əsaslanan ardıcıl tədbirlər həyata keçirilmişdir.

Fikrimcə,  sadalanan çətin dönəmələrdən uğurla çıxaraq günümüzdə öz-yeri və mövqeyi ilə seçilən Naxçıvan mediası bu gün nəinki region, hətta dünya təcrübəsində də nümunəvi bir modeldir. Bu modelin qurucusu və yaradıcısı isə medianın yaxın dostu və qayğıkeşi – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovdu. Son 20 ildə Naxçıvan mediasında müxtəlif məsul vəzifələrdə çalışmış biri olaraq qətiyyətlə deyə bilərəm ki, Ali Məclisin Sədri təkcə medianın güclü maddi-texniki bazasını yaratmayıb, həm də gələcək onilliklərə hesablanmış mütərəqqi ideoloji əsaslarını işləyib hazırlayıb. Ona görə də Naxçıvanın iqtisadiyyatı, ordusu, idarəetmə sistemi, ictimai-mədəni mühiti kimi onun mediası da bu gün nümunə kimi göstərilir. Ötən müddətdə jurnalistlərlə dəfələrlə görüşən, onları mükafatlandıran, qayğı və problemlərini həll edən, kütləvi informasiya orqanlarının inkişafı ilə əlaqədar müşavirələr keçirən, öz tapşırıq və tövsiyyələrini verən Ali Məclisin Sədri həm də bu sahədə artıq  yeni bir dəst-xətt  yaradan yüzlərlə qələm sahibinin də yetişib formalaşmasının əsas səbəbkarıdı.

Təbii ki, hər bir ideya real, konkret işdə öz təsdiqini tapdığı kimi, Ali Məclis Sədrinin də Naxçıvan mediasının inkişafı istiqamətində həyata keçirdiyi sistemli tədbirlər də konkret faktlarda açıq-aydın görünür. Gəlin baxaq:

  • Naxçıvan iqtisadiyyatının hələ zəif olduğu 1995-2000-ci illərdə belə  Ali Məclisin Sədri “Şərq qapısı”, rayon və şəhər qəzetlərinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması barədə xüsusi sərəncam vermiş, Naxçıvan teleradiosuna o dövr üçün ən müasir olan avadanlıqlar alınmış, televiziya müstəqil kanalda yayımlanmağa başlamışdı;
  • 2001-ci ildə “Naxçıvanın səsi” radiosu, 2004-cü ildə isə “Kanal-35” televiziyası yaradılmışdır;
  • Sonrakı dönəmdə KİV fəaliyyətinin mühüm tənzimləmə və hüquqi əsasları yaradılmış, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası təşkil olunmuşdur;
  • 2001-ci ildə Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası açılmış, tədrisyönümlü  televiziya və radio fəaliyyətə başlamışdır;
  • “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin tikilməsi və burda Almaniya istehsalı olan ən son çap texnologiyasının tətbiqi qəzet və digər nəşrlərin ən yüksək standartda buraxılmasını təmin etmiş, eləcə də “Şərq qapısı” qəzetinin əməkdaşları üçün ideal iş şəraiti yaradılmışdır;
  • Naxçıvan Teleradiosunun binası əsaslı yenidən qurulmuş, ən yüksək keyfiyyətli yayım və çəkiliş avadanlıqları alınmışdır. 
  • Naxçıvan teleradiosu ölkəmizdə ilk dəfə HD yayıma keçmiş, 2011-ci ildən etibarən isə muxtar respublikada rəqəmsal yayımın tətbiqinə başlanılmışdır;
  • Naxçıvan televiziyasının efir vaxtı mərhələ-mərhələ artırılaraq 3 saatdan 19 saata çatdırılmışdır;
  •  2016-cı ildən Naxçıvan televiziyasının internet üzərindən yayımının təşkili, 2018-ci ildə isə 3 dildə xəbər yayan “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılması muxtar respublikanın informasiya blokadasını tamamilə yarmışdır. Bu həm də düşmən qüvvələrlə informasiya savaşında öndə olmağa və onları bu mübarizədə udmağa hesablanmış çox strateji bir addım kimi tarixə yazılmışdır;
  • Bütün dövlət orqanlarında mətbuat xidmətlərinin, muxtar respublikanın rayonlarında isə Naxçıvan televiziyasının müxbir postlarının yaradılması informasiya mübadiləsində və onun operativ yayılmasında müstəsna əhəmiyyət kəsb etmişdir;
  • 2017-ci ildən Naxçıvan televiziyasında, eləcə də Naxçıvan Dövlət Radiosunda  xəbərlərin ingilis və rus dillərində təqdimatına başlanmış, bununla da Naxçıvan həqiqətlərinin ölkəmizin hüdudlarından kənara çatdırılması üçün daha bir ciddi əsas yaradılmışdır;
  • Naxçıvan televiziyasında son 5 ildə qədim diyarın tarix və mədəniyyətini, görkəmli şəxsiyyətlərini, müasir həyatını əks etdirən 103 sənədli və televiziya filmi çəkilmiş, verilişlərin məzmun və keyfiyyətinin yüksəldilməsi hesabına  izləyici sayı xeyli artırılmışdır;
  • “Şərq qapısı” qəzetinin yeni internet saytı yaradılmış, bununla da qəzet öz oxucuları ilə onlayn görüşmək imkanı əldə etmişdir...
  • Onlayn medianın inkişafı və muxtar respublikanın 100 faiz internetlə təminatı sosial şəbəklərdə aktivliyi də xeyli artırmışdır. Təkcə Naxçıvan televiziyasının sosial şəbəkə hesablarının ölkəmizdə və dünyada 200 mindən artıq izləyicisi vardır. Bunun nəticəsidir ki, indi dünyanın “Əl-Cəzirə”, “BBC”, “Yevronyus”, “TRT-Vorld” kimi mühüm media korparasiyaları Naxçıvana maraq göstərir, diyarımızla bağlı hazırladıqları film və informasiyaları öz izləyicilərinə çatdırır, Naxçıvanın yüksək turizm potensialını təbliğ edirlər;
  • Naxçıvan televiziyası “Azərtac”,  “Səs”, “AZTV”, “Lider” kimi ölkəmizin qabaqcıl media resursları ilə qarşlıqlı əməkdaşlıq edir, Naxçıvanda yaşayan jurnalistlər müntəzəm olaraq Bakıda nəşr edilən qəzetlərdə maraqlı məqalə və publisistik yazılarla gündəmə gəlirlər...

Təbii ki, bir qismini sadaladığım bu mühüm faktlar bir daha  təsdiq edir ki, ötən müddətdə Naxçıvan mediasının inkişafı tam planlı şəkildə və uğurla həyata keçirilib. Etiraf etmək lazımdı ki, əvvəlki dövrlərdə zəif olan təbliğat maşınımız həyata keçirilən bu qətiyyətli tədbirlər nəticəsində öz gücünü xeyli artıraraq vacib bir ideoloji vasitəyə çevrilə bilib. İndi biz operativ və peşəkarlıqda rəqiblərimizi, eləcə də xaricdəki düşmən qüvvələrini xeyli qabaqlayırıq. Yalanın və Naxçıvan əleyhinə illərdir aparılan çirkin kampaniyaların qarşısını qətiyyətlə alırıq.  Necə deyərlər, artıq döyüşə uzaq hədəflərə hesablanmış “ağır artilleriya” ilə girə bilirik. Dünyada dördüncü hakimiyyət, dördüncü güc hesab olunan medianın ön cərgəsində bu gün klassik ənənələri yaşadan və öz dəst-xətti ilə seçilən Naxçıvan mediası da vardır!

Bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Ali Məclisin Sədri özünün iş prinsipi və idarəetmə fəlsəfəsində hər zaman davamlılığı, eləcə də gələcəkdə əldə olunacaq nəticələri əsas götürür. Bu mənada Hörmətli Sədrimizin dünən imzaladığı fərmanla yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da Naxçıvan mediasının inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə, kütləvi informasiya vasitələrinin davamlı inkişafı ilə şərtlənir. Bu fond həm də Naxçıvan mediasında daha məsul olan yeni bir mərhələnin başlamasına işarədir. Fondun müşahidə şurasına öz sahəsində kifayət qədər təcrübəyə malik olan həmkarlarımızın təsdiq edilməsi də deyilənlərin sübutudur.

Yuxarda vurğuladığım kimi,   bu vacib addım və verilən qərar həm də bir davamlılıqdır.

Uğurlarımız davamlı olsun!

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Culfa rayonunda 119 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib

15-10-2019-17-05 Xəbərlər

Culfa rayonunda 119 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi verilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa rayon şöbəsi t...

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

15-10-2019-16-21 Rəsmi

İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev İsa Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ord...

Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib

15-10-2019-16-04 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri bir sıra rəsmi tədbirlərdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Gözümü açandan teatr görmüşəm…

15-10-2019-14-39 Xəbərlər

Gözümü açandan teatr görmüşəm…

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi Ələkb...

Naxçıvanlı atletdən növbəti uğur

15-10-2019-12-03 Xəbərlər

Naxçıvanlı atletdən növbəti uğur

Cəlilabadda kross qaçışı üzrə Azərbaycan çempionatına yekun vurulub.

Ötən günün mənzərəsi - VİDEO

15-10-2019-11-22 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

14-10-2019-19-18 Rəsmi

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxti...

Operativ vergi tədbirləri görülür

14-10-2019-19-09 Xəbərlər

Operativ vergi tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Aşağı Qışlaq kəndində yeni mərasim evi istifadəyə verilib - VİDEO

14-10-2019-18-00 Xəbərlər

Aşağı Qışlaq kəndində yeni mərasim evi istifadəyə verilib - VİDEO

Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yeni mərasim evinin istifadəyə verilməsi ...

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

14-10-2019-17-40 Xəbərlər

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib - VİDEO

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxti...

Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

14-10-2019-17-21 Xəbərlər

Dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb

14-10-2019-16-41 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Latviya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Malayziyalı turist Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

14-10-2019-16-22 Xəbərlər

Malayziyalı turist Naxçıvanla bağlı video yayımlayıb - VİDEO

Naxçıvanın heyranı olan daha bir asiyalı turist sosial şəbəkədə muxtar respublik...

Naxçıvanın iş adamları Daşkənddə keçirilən forumda iştirak ediblər

14-10-2019-15-23 Xəbərlər

Naxçıvanın iş adamları Daşkənddə keçirilən forumda iştirak ediblər

NUHÇIXAN xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlə...

Naxçıvan aeroportu doqquz ayda 501 min sərnişinə xidmət göstərib

14-10-2019-15-02 Xəbərlər

Naxçıvan aeroportu doqquz ayda 501 min sərnişinə xidmət göstərib

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın beynəlxalq hava limanlarından i...

Saç ağartdın, ömür tükətdin söz yolunda, Məmməd Araz

14-10-2019-13-01 Xəbərlər

Saç ağartdın, ömür tükətdin söz yolunda, Məmməd Araz

Şairlər xalqın səsidir, deyirlər.

Qədim yurd yerimiz - Məzrə

14-10-2019-09-17 Xəbərlər

Qədim yurd yerimiz - Məzrə

Naxçıvan ərazisi qədim və zəngin tarixə malikdir.

Türkeş kəndində son tamamlama işləri aparılır

13-10-2019-16-32 Xəbərlər

Türkeş kəndində son tamamlama işləri aparılır

NUHÇIXAN xəbər verir ki, Türkeş kəndində  hal-hazırda kənd, xidmət mərkəzləri və...

Dünya boyda sədası var Nursumun

13-10-2019-15-03 Xəbərlər

Dünya boyda sədası var Nursumun

Müasir və rahat yol hər bir yerin  inkişafının ilk göstəricisidir.

Naxçıvanda sabaha olan hava proqnozu

13-10-2019-14-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 14-nə gözlənilən hava proqnozu açıqlan...

Yurdumun şairi

13-10-2019-12-58 Xəbərlər

Yurdumun şairi

Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsin...

Sədərək bağlarında payız calağına başlanılıb

13-10-2019-12-29 Xəbərlər

Sədərək bağlarında payız calağına başlanılıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonu ərazisindəki təsərrüfatlarda tinglərin p...

Xanəgahın bugünkü büsatı

13-10-2019-11-59 Xəbərlər

Xanəgahın bugünkü büsatı

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sürətli in...

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

13-10-2019-11-28 Xəbərlər

Naxçıvanda dəmiryolu nəqliyyatı inkişaf etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 oktyabr 2005-ci il ...

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

12-10-2019-17-22 Xəbərlər

Gənclər Cəmşid Naxçıvanski Muzeyi ilə tanış olublar

NUHÇIXAN xəbər verir ki, gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyaları da...

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

12-10-2019-15-13 Xəbərlər

Tanınmış kardioloqlar naxçıvanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğ...

Naxçıvanda sabaha olan hava proqnozu

12-10-2019-14-09 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlan...

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

12-10-2019-12-38 Xəbərlər

CNN saytında “Əshabi-Kəhf”lə bağlı ərəb dilində video yayılıb - VİDEO

NUHÇIXAN xəbər verir ki, beynəlxalq aləmdə çox yaxşı tanınan CNN kanalının ərəbd...

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

12-10-2019-11-49 Xəbərlər

Komandir hazırlığı toplantısı keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris il...

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

12-10-2019-11-28 Xəbərlər

DTX Azərbaycanda terrorçu dəstəni zərərsizləşdirdi - VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının radikal dini ideyaların təsiri altında t...