Bu, muxtar respublikada mətbuatın yeni mərhələdə inkişafına təkan verəcəkdir.

Müasir dövrdə kütləvi informasiya vasitələri hər bir ölkənin, cəmiyyətin inkişafında mühüm rol oynayan əhəmiyyətli təsir vasitələrindəndir. Təsadüfi deyil ki, ölkələrin gələcək perspektivləri, beynəlxalq aləmdə tutduğu mövqeyi nəzərdən keçirilərkən həmin dövlətlərdə kütləvi informasiya vasitələrinin mövcud vəziyyətinə daha çox diqqət yetirilir, bir sıra məsələlər bu amillə dəyərləndirilir. Çünki müasir təcrübədən də göründüyü kimi, mətbuatı zəif olan dövlətlər istər daxili, istərsə də xarici siyasətin həyata keçirilməsində ciddi maneələrlə qarşılaşır ki, bu da, nəticədə, bütün sahələrdə geriləməyə yol açır. Bu gün qürurla deyə bilərik ki, gündən-günə çiçəklənən, güclənən ölkəmizdə, o cümlədən muxtar respublikamızda kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Tarixə nəzər yetirdikdə görürük ki, muxtar respublika mətbuatı yarandığı ilk gündən cəmiyyətə xidmət edib, insanları daha işıqlı gələcəyə, bu yolda inamla, fədakarlıqla çalışmağa səsləyib, böyük ziyalı nəslinin, siyasətçilərin yetişməsində mühüm rol oynayıb. “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada – orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıbdır”, – deyən ümummilli liderimiz Heydər Əliyev bununla həm də mətbuat orqanının əhəmiyyətini, onun cəmiyyətin inkişafında, şəxsiyyətlərin formalaşmasında mühüm rolunu ön plana çıxarmış olur. Ötən illər ərzində muxtar respublika mətbuatı çox böyük inkişaf yolu keçib. Bu məsələdə Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı və davamlı dövlət qayğısı mühüm rol oynayıb. Təkcə onu qeyd etmək kifayətdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində 2010-cu ildən etibarən “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi müasir maddi-texniki baza ilə təchiz olunmuş yeni binada fəaliyyətə başlayıb. Bu gün muxtar respublikaya gələn xarici ölkələrdən olan həmkarlarımızın ən çox diqqətini çəkən məqamlardan biri də Naxçıvanda qəzetlərin yüksək poliqrafik keyfiyyətlə dərc olunmasıdır.

Ali Məclis Sədrinin kütləvi informasiya vasitələrinə göstərdiyi qayğı nəticəsində təkcə ötən il dövlət teleradiosuna, “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar verilib. Bu gün Naxçıvan Dövlət Teleradiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal-35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulub, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılıb. “Şərq qapısı” qəzetinin yeni internet saytı istifadəyə verilib, əməkdaşların əməkhaqqları bu ilin sentyabr ayından 20 faiz artırılıb. Bütün bunlar dövlətin mətbuata göstərdiyi böyük diqqət və qayğının təzahürüdür. Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması mətbuata böyük dövlət qayğısının daha bir nümunəsidir. Yeni dövlət qurumu muxtar respublika mediasının inkişafı ilə bağlı məsələlərlə birbaşa məşğul olacaqdır.

Bəs Fondun yaradılmasını zəruri edən amillər hansılardır? Əvvəlcə onu qeyd edək ki, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi, müasir informasiya və telekommunikasiya texnologiyalarının inkişafı bu sahədə infrastrukturun daim yeniləşməsini və jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. İnformasiya cəmiyyətinin yaradılması fonunda dünya informasiya məkanına inteqrasiya edən muxtar respublikada da kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə davamlı dövlət dəstəyi müasir dövrümüzün tələbinə çevrilib. Bu baxımdan yaradılan yeni qurum redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiyakommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, jurnalistlərin peşəkarlığının artmasına şərait yaratmaq, onların sosial müdafiəsini daha da gücləndirmək kimi çox əhəmiyyətli işlər həyata keçirməklə bu sahənin davamlı inkişafını təmin edəcəkdir. Digər tərəfdən bu gün muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən çox əməkdaş çalışır. Bu heç də kiçik rəqəm deyil. Ona görə də həmin kütləvi informasiya vasitələri ilə əlaqəli işləyəcək, onların qarşılaşdıqları bütün məsələləri həll edəcək və daim dövlət dəstəyini həyata keçirəcək nüfuzlu bir quruma ehtiyac var idi. Bu baxımdan Fondun yaradılması ilə faktiki olaraq muxtar respublika mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələnin əsası qoyulmuş oldu. Çünki Fond kütləvi informasiya vasitələrinə dövlət dəstəyini daha dolğun, sistemli və ardıcıl şəkildə həyata keçirəcək, cəmiyyət və media arasında səmərəli əməkdaşlığın genişləndirilməsinə şərait yaradacaqdır.

Fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində fəal iştirak edəcək Fond kütləvi informasiya vasitələrinin inkişafına maliyyə təminatı yaratmaq üçün tədbirlər də görəcək, onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilmiş tədbirləri də həyata keçirəcəkdir.

Bundan başqa, yeni dövlət qurumu kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı təhlillər aparacaq, ictimai rəyin öyrənilməsini təşkil edəcək, medianın inkişafına metodik, təşkilati-texniki, konsultativ, müsabiqəli və müsabiqəsiz maliyyə və digər formalarda dövlət dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirəcəkdir.

Yeri gəlmişkən qeyd edək ki, metodik dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, media nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilir. Təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və medianın inkişafı mövzusunda ictimai maraqdoğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə reallaşdırılır. Konsultativ dəstək qanunvericilik və digər normativ-hüquqi aktların şərhi və izahında, iş metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur. Maliyyə dəstəyi isə kütləvi informasiya vasitələrinin madditexniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur.

Bundan sonra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə müsabiqələrin keçirilməsi qaydaları Fond tərəfindən müəyyənləşdiriləcəkdir. Qurum layihələrin həyata keçirilməsi üçün müvafiq vəsaitin xərclənməsi istiqamətlərini müəyyən edəcək, layihələrin reallaşdırılması məqsədilə müsabiqələri təşkil edəcəkdir.

Muxtar respublikada mediaya dövlət dəstəyinin verilməsi istiqamətində fəaliyyət göstərəcək belə bir mühüm dövlət qurumunun yaradılması Naxçıvanda kütləvi informasiya vasitələrinin inkişafına böyük həssaslıqla yanaşıldığını bir daha göstərir. Bu sahənin inkişafına nail olmaq üçün xüsusi mexanizmlərin formalaşdırılması qədim diyarda ictimai nəzarət funksiyasını uğurla yerinə yetirən medianın informasiya cəmiyyətinin formalaşmasında, mütərəqqi ənənələrə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişafını daha da sürətləndirəcəkdir.

Sonda onu da qeyd edək ki, Fondun Müşahidə Şurasında digər peşəkar jurnalistlərlə yanaşı, “Şərq qapısı” qəzetinin baş redaktoru və başredaktor müavininin də təmsil olunması göstərilən yüksək etimad kimi qəzetin kollektivi tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Bu etimad həm də böyük məsuliyyət deməkdir. Onu doğrultmaq isə hər birimizin müqəddəs amalı, vicdan borcudur. -

Rauf Kəngərli

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

01-06-2020-18-18 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

01-06-2020-17-05 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta a...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

01-06-2020-16-14 Xəbərlər

Naxçıvan Muxtar Respublika Xəstəxanasında qanvermə aksiyası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 1 İyun Uşaqları Beynəlxalq Müdafi...

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

01-06-2020-15-18 Xəbərlər

Azərbaycanda Məhərrəm ayının başlanacağı tarix məlum olub

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı ...

Könüllü gənclərlə gələcək...

01-06-2020-14-35 Xəbərlər

Könüllü gənclərlə gələcək...

İnsanın qəlbən, kimsənin təhriki olmadan, heç bir qarşılıq gözləmədən gördüyü iş...

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

01-06-2020-13-52 Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Akademiyası kursant qəbulu elan edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə...

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

01-06-2020-13-31 Xəbərlər

Naxçıvanın təbii mineralı-seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin Beynəlxalq əlaqələr və infor...

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

01-06-2020-12-20 Xəbərlər

Rezidentura imtahanları avqustun əvvəlində keçirilə bilər

Rezidentura imtahanları yəqin ki avqustun əvvəlində olacaq. İmtahan iki mərhələd...

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

01-06-2020-12-19 Xəbərlər

Üzrlü səbəblərdən buraxılış imtahanlarında iştirak etməyən cari ilin məzunlarına sentyabrda imkan yaradılacaq

Üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ö...

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

01-06-2020-12-16 Xəbərlər

İmtahanlar iyunun 6 və 7-dən başlamaqla hər həftəsonu keçiriləcək

İyun ayından etibarən hər həftəsonu ümumi (9 illik) və tam (11illik) orta təhsil...

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

01-06-2020-12-13 Xəbərlər

İmtahan iştirakçılarının hərarəti yoxlanılacaq

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçı...

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

01-06-2020-12-11 Xəbərlər

Qəbul imtahanlarının vaxtını iyunun 5-dən elən edə bilərik

Qəbul imtahanlarının vaxtını iyun ayının 5-dən elən edə bilərik. Çünki ali məktə...

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

01-06-2020-12-09 Xəbərlər

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək

Təqribən 1000-ə yaxın binada imtahan keçiriləcək. Hər gün ən azı 4 növ imtahan k...

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

01-06-2020-12-06 Xəbərlər

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur

Bir imtahan zalında maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur.

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01-06-2020-12-03 Xəbərlər

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

Bu gündən subbakalavrların sənəd qəbulu başlanır. 

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

01-06-2020-11-59 Xəbərlər

Bu gün səhər saatlarında orta ixtisas və ali məktəblərə sənəd verənlərin sayı 75 min 692 nəfər oldu

Bu gün səhər saat 10-a olan məlumata görə, orta ixtisas və ali məktəblərə sənəd ...

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

01-06-2020-10-47 Xəbərlər

Ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər h...

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

01-06-2020-10-25 Xəbərlər

Naxçıvanlı gənc alim beynəlxalq sosial layihədə iştirak edib

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Prezident mü...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

01-06-2020-09-42 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2020-ci ilin may ayı ərzində b...

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

01-06-2020-00-00 Xəbərlər

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar.

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

31-05-2020-17-18 Xəbərlər

Muxtar respublikada baytarlıq xidmətinin təşkili diqqət mərkəzindədir

Baytarlıq xidmətinin təşkili qida təhlükəsizliyinin təmin olunmasında əsas rol o...

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

31-05-2020-16-55 Xəbərlər

Respublika fənn olimpiadalarının final turunun keçirilmə vaxtı dəyişdirilib

Respublika fənn olimpiadalarının biologiya, kimya və informatika fənləri üzrə fi...

Şərur rayonunda yeni park salınır - VİDEO

31-05-2020-15-43 Xəbərlər

Şərur rayonunda yeni park salınır - VİDEO

Naxçıvan şəhərində və rayon mərkəzlərində salınan parklar təkcə insanların rahat...

Naxçıvanda sabaha olan hava proqnozu

31-05-2020-14-55 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyunun 1-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

31-05-2020-14-36 Xəbərlər

Torpaq ehtiyatlarından səmərəli istifadə və davamlı inkişafın perspektivləri

Məqsədli dövlət proqramları aqrar sahənin dinamik inkişafını təmin edib.

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

31-05-2020-13-49 Xəbərlər

Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir

Silah gücü düşmənlə danışılacaq yeganə dildir.

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

31-05-2020-12-18 Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,  görüş 1 iyun – Beynəlxalq Uşaqla...

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

31-05-2020-10-50 Xəbərlər

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respu...

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

31-05-2020-10-26 Xəbərlər

Naxçıvanda xalçaçılıq sənəti yaşadılır

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlər boyu sənə...

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

31-05-2020-09-44 Xəbərlər

Naxçıvanda yeni idman ünvanı – Tennis kortu - VİDEO

Muxtar respublikamızda bütün sahələrdəki kompeks inkişaf bütün bölgələrinin, o c...