Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır

“Təsisci parlament” hərəkatı və Sasna Srer qruplaşması höküməti devirəcəklərini açıq bəyan ediblər. Qeyd edək ki, “Təsisci parlament” və Sasna Srer qruplaşması birgə bəyənat yayıblar. Sənəddə bildirilir ki, 8 il əvvəl Sarkisyan rejimi hakimiyyəti zorla ələ keçirib.

Bu müddət ərzində mövcud rejim ölkəni tamamilə iflasa uğradıb, Ermənistanı tərk edənlərin sayı 1 milyonu keçib. Bununla belə ölkə bütün regional layihələrdən təcrid olunub, işsizlərin sayı artıb. Bu vəziyyətə etiraz edənlər isə təzyiqlərə məruz qalıb, həbs edilib və ya öldürülüb. Ona görə də Sarkisyan höküməti beynəlxalq insan haqları məhkəməsi qarşısında cavab verməlidir.           

 Həmçinin bəyanatda “Təsisci parlament” hərəkatı və Sasna Srer qruplaşması tezliklə Ermənistanda hakimiyyəti devirəcəkləri açıq əksini tapıb. Hərəkatın üzvü Alek Eniqomşiyan məsələ ilə bağlı mətbuata müsahibəsində yeni hökümət yaradacaqlarını açıqlayıb. Onun sözlərinə görə, siyasi elita öz üzərinə düşən funksiyaları həyata keçirə bilməyib. Bir sözlə, ölkə məhvə sürüklənib. Yeni yaradılacaq hökümətin ilk işi Ermənistanın Avroasiya İttifaqından çıxarılması olacaq. Onlar vətəndaşlara yaxşı şəraitdə yaşayacaqlarına dair vədlər veriblər. Bu bəyanatlar cəmiyyətdə birmənalı qarşılanmayıb. Keçirilən sorğular zamanı vətəndaşların əksəriyyəti ölkədəki müxalif qüvvələrə də güvənmədiklərini bildirirlər. Çünki, onların da Sarkisyan rejimi kimi keçmişləri qaranlıqdır. Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. 

 

Turab Hacızadə

NTV xəbər

www.naxcivantv.az