Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda yeni yaradılan yarma istehsalı sahəsinin fəaliyyəti genişləndirilir

Naxcivantv.az xəbər verir ki, bu günlərdə fəaliyyətə başlayan müəsissə idxaldan asılılığı tam aradan qaldırılıb. “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli  Cəmiyyətində  dövlət maliyyə dəstəyi ilə yaradılan yarma istehsalı sahəsində müasir texnoloji avadanlıqlar quraşdırılıb.

Burda 3 çeşiddə yarma və bulqur istehsal olunur. Müəssisənin istehsal gücü saatda 600 kiloqramdır. Hazırda müəssisə daxili tələbatı tam ödəyir və  ixrac potensialına malikdir. Müəssisə tərəfindən istehsal olunan yarma məhsulu analoji idxal məhsulunun keyfiyyət göstəriciləri ilə müqayisədə daha yüksəkdir. Xammal kimi istifadə olunan  keyfiyyətli buğda məhsulu  müəssisənin öz təsərrüfatlarında yetişdirilir.

  Qeyd edək ki, mal-qaranın və quşların qüvvəli yemlə təmin olunması sahəsində də muxtar respublikada əsaslı tədbirlər həyata keçirilib. Cəmiyyətin Qarışıq Qüvvəli Yem İstehsalı Müəssisəsinin yaradılması da bu sahədə mühüm rol oynayır. Muxtar respublikada ətlik-südlük istiqamətli heyvandarlıq və ətlik-yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı bu müəssisə hesabına ödənilir.

  Burada ən müasir avadanlıqlar quraşdırılıb. Muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və quşçuluq təsərrüfatlarının bu müəssisədə istehsal edilən qüvvəlli yemlə təmin olunması əlavə xərclərin qarşısını alıb.

Əbülfəz Dünyamalıyev

NTV xəbər

www.naxcivantv.az