Doğma Azərbaycanımızın ən qədim mədəniyyət mərkəzlərindən biri də Naxçıvandır. Naxçıvan torpağı böyük şəxsiyyətlər yetişdirib.

Belə görkəmli şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin deputatı, parlamentin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Bu görkəmli ictimai xadim əlli illik fəaliyyətinin, elmi yaradıcılığının 40 ildən artığını Naxçıvan diyarına həsr edib, diyarın elm və təhsilinin, ədəbiyyat və mədəniyyətinin inkişafına xidmət edib.

Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının Şərur  torpağında 1949-cu ildə dünyaya gəlib.  Atası Əkbər müəllimin nəcib, halal və zəhmətkeş keyfiyyətləri onun övladlarına da genetik olaraq keçib. İsa müəllim o zaman “APİ” adlanan indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan filialını 1971-ci ildə fərqlənmə diplomu ilə başa vurub. Hələ tələbə ikən böyük istedad sahibi olması  müəllimlərinin diqqətini cəlb edib. Hərbi xidməti başa vurduqdan sonra 1975-ci ildə İsa Həbibbəyli tələbəsi olduğu universitetdə ədəbiyyat müəllimi kimi fəaliyyətə başlayıb. O, 40 ilə yaxın üzvü olduğu bu kollektivin 17 il də rektoru olub.

Böyük təşkilatçılıq qabiliyyəti, elmi nailiyyətləri ilə diqqəti cəlb edən bu işıqlı insan 2013-cü ildən AMEA-nın vitse-prezidenti seçilib. Eyni zamanda bu gün akademiyanın Ədəbiyyat İnstitutunun direktoru olan akademik İsa Həbibbəyli bu institutun yenidən qurulmasına, onun ədəbiyyatşünaslıq elminin bayraqdarına çevrilməsinə nail olubdur. Azərbaycançılıq ideologiyasını  məslək işinə çevirən institut kollektivi ədəbi fikri türk dünyası kontekstində tədqiq edir, beynəlxalq əlaqələri yorulmadan genişləndirir. Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında akademikin elmi məktəbi tam şəkildə formalaşıb, böyük uğur qazanıbdır.

Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. Belə ki, onun “Cəlil Məmmədquluzadə və müasirləri” (1997) ,”Akademik Səməd Vurğun Vəkilov” (2015), ”Romantik  lirikanın imkanları” (1990), “XX əsr Azərbaycan yazıçıları” (1993),  “Ədəbi-tarixi yaddaş və müasirlik” (2007), “Ədəbi şəxsiyyət və zaman” (2017), “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” (2019), “Azərbaycançılıq konsepsiyası”, “Azərbaycan ədəbiyyatı tarixi” 10 cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb edir.

Bütün bunlarla yanaşı bütün varlığı ilə bağlı olduğu doğma torpaq-Naxçıvanın insanı, onun bu günü və keçmişi, ədəbi-mədəni mühiti mütəfəkkir alimin yaradıcılığında qırmızı xətt kimi keçir. Akademik İsa Həbibbəyli doğulduğu diyara bütün səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan  vətəndaş alimdir. İsa müəllim 40 ildən artıq bir müddətdə bu qədim diyarın ədəbi mühitini hərtərəfli şəkildə araşdırıb, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq edib. Elə akademikin 2015-ci ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş,  qədim mədəniyyət mərkəzi Naxçıvana həsr edilmiş 850 səhifəlik “Nuhçıxandan-Naxçıvana” monoqrafiyası dediklərimizi tam şəkildə təsdiq edə bilər. Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi və mədəni mühiti haqqında yazıb nəşr etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini tapıbdır. İsa Həbibbəylinin bu kitabda Naxçıvan ədəbi mühiti haqqında verdiyi geniş bir bölmə sanballı bir monoqrafiya təsiri bağışlayır. Alim bu tədqiqatında Naxçıvan ədəbi mühitinin yaranma tarixini, inkişaf mərhələlərini ilk dəfə ümumiləşdirməyə təşəbbüs göstərib və məqsədinə nail olubdur. O, bölgənin ədəbi mühitini obrazlı şəkildə  “Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi” adlandırır. Müəllif Naxçıvan ədəbi mühitini iki istiqamətdə: klassik dövrün Naxçıvan ədəbi mühiti və müasir dövrün Naxçıvan ədəbi mühiti bölgüsü əsasında araşdırır.

Məlumdur ki, Naxçıvanda hələ XI-XII əsrlərdə ədəbiyyatın yaranması, Naxçıvanşahlar, Atabəylər sarayında  Qətran Təbrizi və digər şairlərin fəaliyyəti  tarixi mənbələrdə öz əksini tapıbdır. Sonrakı əsrlərdə Hinduşah Naxçıvani, Fəzlullah Nəimi, Nemətullah Naxçıvani, Bayrək Quşçuoğlu, Mirzə Sadiq Ordubadi, Hatəm bəy Ordubadi və başqa ədəbi şəxsiyyətlər yazıb-yaradıbdır ki, müəllif  Naxçıvanın ədəbi-mədəni və tarixi məsələlərinə həsr olunmuş bu kitabın  iri həcmli bir bölməsində onlar haqqında ətraflı məlumat verir.

XIX əsr Naxçıvan ədəbi mühitini təhlil edən müəllif Heyran xanım, onun davamçısı olan  Qönçəbəyim yaradıcılığı haqqında, eyni zamanda Ordubadda yaranmış “Əncüməni-şüəra” və onun üzvlərindən Qüdsi Vənəndi, Məmmədqulu Salik Ordubadi, Mirzə Hüseyn Bikəs, Zeynəlabdin Nəqqaş, Məşədi Həsən Dəbbağ, Fəqir Ordubadidən geniş şəkildə bəhs edib.  Onu da qeyd edək ki, həmin məclisin Hacı ağa Fəqir Ordubadidən sonra başçısı olmuş görkəmli pedaqoq, maarifçi və ədib Məhəmməd Tağı Sidqinin yaradıcılığı müəllifin diqqətini daha çox cəlb edib. O, milli məktəbin banilərindən olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat aparıb, “”Maarifçilik hərəkatının və maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi” adlı geniş həcmli bir məqalə yazıb (Nuhçıxan-Naxçıvana,s.266-284). Bununla yanaşı İsa Həbibbəyli görkəmli maarif fədaisinin ədəbi irsi tam şəkildə xalqa çatdırılmadığına görə  arxivlərdə çalışmış, bu böyük pedaqoqun əvvəl bəzi əsərlərini toplayıb “Məktəb hekayətləri” (1996) adı ilə, daha sonra isə bütün əsərlərini (2004) ilk dəfə nəşr edib geniş ictimaiyyətin istifadəsinə verib. Məlumdur ki, M. T. Sidqi  maarif dünyası ilə, hətta o dövr üçün böyük mədəni hadisə olan Qori müəllimlər seminariyası ilə də sıx əlaqələrə malik olub.  Diqqəti cəlb edən cəhət ondan ibarətdir ki, İsa Həbibbəyli arxiv araşdırmaları nəticəsində o dövrdə bu seminariyanın iki müəlliminin: Azərbaycan maarifçi-realist ədəbiyyatının tanınmış nümayəndəsi Rəşid bəy Əfəndiyevin (1863-1942) görkəmli pedaqoq Məhəmməd Tağı Sidqiyə iki məktubunu  və ilk ədəbiyyat tariximizin müəllifi Firudin bəy Köçərlinin (1863-1920) 1913-1914-cü illərdə Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli Sidqiyə (1888-1936) yazdığı iki məktubunu aşkara çıxararaq mətbuatda  nəşr etdirib. Həmin məktublar Naxçıvan maarifçi ədəbi mühitinin tarixini araşdırmaq baxımından çox əhəmiyyətlidir (Nuhçıxandan Naxçıvana.2015,s.346-349).

Böyük satira ustası Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində yetişmiş Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrindən biridir. İsa Həbibbəyli istər “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı fəlsəfə doktoru dissertasiyasında, istərsə “C. Məmmədquluzadə: mühiti və müasirləri” adlı doktorluq dissertasiyasında bu görkəmli satira ustası, “Molla Nəsrəddin”in yaradıcısı, demokrat yazıçının ədəbi portreti mühüm yer tutur. Təsadüfi deyildir ki, İsa Həbibbəylinin yaradıcılığının böyük bir hissəsi bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin irsinin tədqiqinə və nəşrinə həsr olunubdur. Bu mövzuda hörmətli akademikin “Cəlil Məmmədquluzadə”(1987),”Zamanın dühası” (1993), “Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə” (1994), “C.Məmmədquluzadə:mühiti və müasirləri”(1997) adlı bir-birindən qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən sayıla biləcək sanballı elmi əsərlərdir. Mirzə Cəlil dövrünü  Azərbaycan maarifçiliyinin xüsusi inkişaf mərhələsi kimi səciyyələndirən İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın inkişafındakı rolunu araşdıraraq belə bir düzgün nəticə çıxarır: ”Məktəb milli maarifçiliyin canını, cövhərini, müəllimlik isə əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və ədəbiyyat isə məktəbdən, pedaqoji işdən doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri  idi” (İ.Həbibbəyli.Nuhçıxandan Naxçıvana, B. Elm və təhsil, 2015, s.242).

İsa Həbibbəyli araşdırmalarında bu kontekstdə Cəlil Məmmədquluzadənin fəal müasirləri olan, Naxçıvan maarifçi ədəbi-mədəni mühitin öndə gedən nümayəndələrindən Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd Tağı Sidqi (1854-1903), Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov (1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-1916), Mirzə Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov (1949-1902), Mirzə Cəlil Şürbi (1874-1915), Sadıq Xəlilov (1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu bəy Kəngərli (1854-1905) və başqaları haqqında  yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim edib.

Onu da qeyd edək ki, İsa Həbibbəyli çoxillik axtarışlar nəticəsində  böyük satira ustasının dördpərdəli “Ər” pyesini, kiçikhəcmli “Lənət” və “Oyunbazlar” kimi səhnə əsərlərini üzə çıxarıb,16 satirik şeirini, 35 məqaləsini, 170 felyetonunu ilk dəfə görkəmli yazıçının 2004-cü ildə nəşr edilmiş 4 cildlik külliyyatına daxil edərək oxucuların istifadəsinə təqdim edib. Çoxcildlikdə bunlardan əlavə, böyük demokrat yazıçının özünün və ailə üzvlərinin 50, eyni zamanda başqa tanınmış şəxsiyyətlərin  elmi ictimaiyyətimizə bəlli olmayan 44 məktubu ilk dəfə nəşr edib.

İsa Həbibbəyli böyük mütəfəkkirin bir neçə tanınmış, ancaq az öyrənilmiş naxçıvanlı müasirinin həyatı və irsini daha geniş tədqiq edib, onların əsərlərini ilk dəfə toplayıb kitab halında nəşr etdirib. Bu şəxsiyyətlərdən biri Naxçıvan ədəbi-mədəni mühitinin görkəmli nümayəndəsi Məhəmməd ağa Şahtaxtlıdır. Məlumdur ki, Avropa və Rusiyada böyük şöhrət qazanmış M. Şahtaxtlı Azərbaycanın ən böyük maarif xadimlərindən biri olub. Bu görkəmli maarifçi ədibin elmi irsi sovet dövründə birtərəfli ,həm də səthi şəkildə öyrənilib, əsərləri isə demək olar ki, nəşr edilməyib. Naxçıvan Ali Məclis Sədrinin M. Şahtaxtlının 160 illiyi ilə əlaqədar imzaladığı sərəncamdan sonra akademik İsa Həbibbəyli ilk dəfə nəşr etdirdiyi “Məhəmməd ağa Şahtaxtlı. Seçilmiş əsərləri” (2006) adlı kitabda XX əsrin ilk ana dilli mətbuat orqanının naşiri olan bu böyük maarifçinin çoxcəhətli fəaliyyəti ilk dəfə sənədlər və arxiv materialları əsasında geniş ictimaiyyətə təqdim olunub.

Naxçıvan maarifçi ədəbi mühitinin görkəmli nümayəndələrindən biri də publisist yazıçı Eynəli bəy Sultanov (1866-1935) olub. Sovet dövründə yaradıcılığı, tərcümeyi-halı demək olar ki, öyrənilməyib bu sənətkarın yenidən müstəqillik dövrünün verdiyi imkanlar səviyyəsində öyrənilməsində İsa Həbibbəylinin böyük xidməti vardır. Zəhmətkeş alimin uzun illər ərzində apardığı tədqiqatlar nəticəsində aydın olub ki, “İrəvan gimnaziyasında təhsil alarkən  Eynəli bəy Sultanov rus, fransız, yunan, latın dillərini yaxşı öyrənib və tərcümələr edib. Eynəli bəy Sultanovun anadan olma tarixini, Tiflisdə yox, İrəvan progimnaziyasında təhsil almasını, İrəvan Dairə məhkəməsində məsul vəzifə daşımasını da İsa Həbibbəyli müəyyən edib. Cəlil Məmmədquluzadənin Eynəli bəy Sultanova xüsusi münasibət bəsləməsinin səbəbləri də onun tədqiqatlarında aydınlaşdırılıb. Eynəli bəy Sultanovun maarifçi-realist ağırlıqlı tənqidi-realist yazıçı olması haqqındakı nəzəri qənaətləri də İsa Həbibbəyli irəli sürüb. (Akademik İsa Həbibbəyli (bibioqrafiya), Bakı, 2018, s.24). Eynəli bəy Sultanovun publisistik əsələrinin həm rus, həm də Azərbaycan dilində kitab halında nəşr olunması da akademik İsa Həbibbəylinin fədakar əməyinin nəticəsidir (E. S. Publisistika. sobiratel, sostavitel i avtor predisloviya ak. İ. Q. B. Elm və təhsil, 2016).

Naxçıvan ədəbi mühiti haqqında geniş araşdırmalar aparmış İsa Həbibbəyli XX əsrin 20-30-cu illərində burada ədəbiyyat cəbhəsində böyük canlanma olduğunu göstərərək ədəbi prosesdə C. Məmmədquluzadə, H. Cavid, Ə. Qəmküsar sənətinin davamçıları olan Məhəmməd Rəsizadənin, Əli Məhbus, Hüseyn Nadim Naxçıvaninin, Əyyub Abbasovun, Əvəz Sadığın bədii yaradıcılığında özünü göstərən ədəbi meyilləri ümumiləşdirib. Müəllif İkinci Dünya müharibəsindən sonra, 1950-60-cı illərdə Naxçıvanda yetişmiş  İslam Səfərli, Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn Razi, Kəmalə Ağayeva, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev kimi qələm sahiblərinin əsərlərində gözə çarpan  ümumi meyilləri təhlil edib, müharibədən sonrakı dövrdə Naxçıvan ədəbi mühitində ədəbiyyatın bütün janrları üzrə  canlanma və inkişaf baş verdiyini, bədii yaradıcılıqda ideologiyadan, ictimai motivlərdən insana, mənəvi aləmin dərkinə doğru əhəmiyyətli addımlar atıldığını xüsusilə vurğulayıb (“Nuhçıxan Naxçıvana”, s.444). İsa Həbibbəyli daha sonra XX əsrin 70-80-ci illərində və müstəqillik dövründə Naxçıvan ədəbi mühitində müşahidə etdiyi ədəbi inkişaf məsələləri üzərində geniş şəkildə dayanıb. Bu dövrdə nəsrə meyillilik müşahidə edən alim yerli ədəbi qüvvələrin önündə xalq yazıçısı Hüseyn İbrahimovun durduğunu qeyd edərək bu görkəmli nasirin bədii yaradıcılığını geniş şəkildə təhlil edib və onu nəcibliyin zirvəsində dayanan söz ustası, şəxsiyyəti və sənəti vəhdətdə olan sənətkar adlandırıb. O yazır: ”Nəciblik fəlsəfəsini şərtləndirən daxili saflıq, müdriklik, əxlaqi kamillik və bütövlük kimi mənəvi dəyərlərə çağırmaq Xalq yazıçısı H. İbrahimov üçün ciddi  yazıçılıq və vətəndaşlıq işidir” (“Ədəbi-tarixi yaddaş və müasirlik”, s.356)

İsa Həbibbəyli bu gün də Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətini davamlı olaraq diqqət mərkəzində saxlayır. Asim Yadigar, Həmid Arzulu, İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli kimi istedadlı qələm sahiblərinin yaradıcılığını təhlil edərək yüksək  qiymətləndirir. İsa Həbibbəyli Naxçıvan mühitinin yetirməsi şair və publisist Cavad Cavadlının poetik yaradıcılığını dərindən tədqiq edib, bu araşdırmaların nəticəsi olaraq “Ədəbiyyat və mətbuat cəbhəsində” monoqrafiyası meydana gəlib. Bu kitabda qeyd edildiyi kimi, “C. Cavadlının şeirlərindən onun özünün təbii obrazı boylanır” (İ.Həbibbəyli. Ədəbiyyat və mətbuat cəbhəsində, Bakı, Nurlan, 2006).

İsa Həbibbəylinin yaradıcılığında Naxçıvan ədəbi mühiti ilə birbaşa və ya dolayısıyla bağlı olan, bu diyarda yaradıcılığa başlamış Xalq şairi Məmməd Araz,  Adil Babayev, Məmməd Cəfər, Abbas Zamanov, Əziz Şərif kimi tanınmış  ədəbiyyat və sənət  adamlarının tədqiqi də mühüm yer tutur.

Bunlardan əlavə, akademik İsa Həbibbəylinin “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” (Bakı, Elm, 2017), “Duzdağ mozaikası” (Bakı, Elm və təhsil, 2017) kimi  monumental kitabları bölgədə sənət və mədəniyyətimizin inkişafı məsələlərinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir.

AMEA-nın vitse-prezidenti kimi də akademik İsa Həbibbəylinin yaradıcılığında digər mövzularla, fərqli elmi problemlərlə yanaşı, Naxçıvan mövzusu özünəməxsus yer tutur. Son illərdə onun Naxçıvanın qədim və müasir tarixinə, indiki yüksək inkişaf səviyyəsinə, ədəbi-tarixi şəxsiyyətlərinə həsr olunmuş əsərləri aktuallığı, yeniliyi, elmiliyi və müasirliyi ilə səciyyələnir. İsa Həbibbəyli üçün Naxçıvan mövzusu azərbaycanşünaslığın ayrılmaz  tərkib hissəsidir. Siyasi-ideoloji görüşlərinə görə azərbaycançı olan akademik İsa Həbibbəyli elmi baxışları etibarilə yeni tarixi epoxanın əsas azərbaycanşünas alimlərindən biridir. Onun Naxçıvan haqqında yazdıqları da azərbaycanşünaslığa sanballı elmi töhfələrdir.

                                                                                         Əbülfəz Quliyev

                                                                                  AMEA-nın müxbir üzvü

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Bölməsində AMEA-nın 75 illik yubileyi qeyd olunacaq

21-02-2020-18-18 Xəbərlər

Naxçıvan Bölməsində AMEA-nın 75 illik yubileyi qeyd olunacaq

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İcma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim edilib

21-02-2020-17-36 Xəbərlər

İcma rəhbərlərinə və din xadimlərinə geyimlər təqdim edilib

Naxçıvan şəhərindəki “Sarvanlar” məscidində Naxçıvan Muxtar Respublikası Ali Məc...

Bu ildən ölkə üzrə birinci siniflərə qəbul elektron qaydada aparılacaq

21-02-2020-16-53 Xəbərlər

Bu ildən ölkə üzrə birinci siniflərə qəbul elektron qaydada aparılacaq

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərin...

Ali Məclisin Sədri Sərəncam imzaladı

21-02-2020-16-00 Rəsmi

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 21-də N...

Akademik İsa Həbibbəyli: Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardandır

21-02-2020-13-32 Xəbərlər

Akademik İsa Həbibbəyli: Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli simalardandır

“Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” mövzusunda beynəlxalq elmi konf...

Dilimiz milli sərvətimizdir

21-02-2020-12-05 Xəbərlər

Dilimiz milli sərvətimizdir

Dil - bir millətin millət kimi formalaşıb özünün dünyanın digər xalqları arasınd...

Ötən günün mənzərəsi - VİDEO

21-02-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir

21-02-2020-11-23 Xəbərlər

DİM orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikas...

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

21-02-2020-10-45 Xəbərlər

Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub

Bu gün yurdumuza Boz ay daxil olur. Bu ay adətən görüləcək işlərin, keçirilən ba...

Bu gün Beynəlxalq Ana Dili Günüdür

21-02-2020-10-24 Xəbərlər

Bu gün Beynəlxalq Ana Dili Günüdür

NUHÇIXAN xəbər verir ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü ki...

Dilimiz milli sərvətimizdir

20-02-2020-17-05 Xəbərlər

Dilimiz milli sərvətimizdir

Naxçıvan Dövlət Universitetində 21 fevral Beynəlxalq Ana Dili gününə həsr olunmu...

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə

20-02-2020-16-07 Xəbərlər

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə yanvarın 25-...

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

20-02-2020-15-25 Xəbərlər

Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020/2021-ci tədris ili üçün elan olunmu...

Vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi keçirilir

20-02-2020-14-21 Xəbərlər

Vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi keçirilir

Dövlət orqanlarında vakant dövlət vəzifələrinin tutulması üçün 2019-cu il sentya...

Ötən günün mənzərəsi - VİDEO

20-02-2020-13-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib - VİDEO

20-02-2020-12-39 Xəbərlər

Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib - VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı inşa olunub.

Muzeylərin rəsmi internet saytları istifadəyə verilib

20-02-2020-11-36 Xəbərlər

Muzeylərin rəsmi internet saytları istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXA...

Daha bir su dəyirmanı ikinci “ömrünü yaşayır”

20-02-2020-10-55 Xəbərlər

Daha bir su dəyirmanı ikinci “ömrünü yaşayır”

Tarixi mənbələrdən məlumdur ki, çox qədim dövrlərdən taxılçılığın inkişaf etdiyi...

Mineral sular muxtar respublikamızın iqtisadiyyatına töhfələr verir

20-02-2020-10-15 Xəbərlər

Mineral sular muxtar respublikamızın iqtisadiyyatına töhfələr verir

Mineral sular dünyada qeyri-bərabər yayılmaqla bəzi yerlərdə böyük quyular və hö...

BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb

20-02-2020-09-00 Xəbərlər

BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb

Fevralın 19-də Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Sosial İnkişaf ...

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM

19-02-2020-17-18 Rəsmi

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da N...

Zəngin mənəviyyat kitabı -“Sirlər xəzinəsi”

19-02-2020-16-25 Xəbərlər

Zəngin mənəviyyat kitabı -“Sirlər xəzinəsi”

Azərbaycan xalqının türk-islam mədəniyyəti və dünya mədəni irsinə bəxş etdiyi gö...

Magistrantların elmi-tədqiqat təcrübələrinin başlanğıcı mövzusunda konfrans

19-02-2020-15-22 Xəbərlər

Magistrantların elmi-tədqiqat təcrübələrinin başlanğıcı mövzusunda konfrans

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin...

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən qış taktiki-xüsusi təlimləri erməniləri narahat edir

19-02-2020-14-41 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən qış taktiki-xüsusi təlimləri erməniləri narahat edir

Xəbər verdiyimiz kimi, fevralın 18-də Naxçıvan Qarnizonu Qoşunlarında “Şiddətli ...

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb

19-02-2020-13-39 Xəbərlər

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələri...

Tarzan - Sahil Tahirlinin hekayəsi

19-02-2020-12-51 Xəbərlər

Tarzan - Sahil Tahirlinin hekayəsi

Günəbaxan çubuğundan düzəltdiyi “atını” yolun toz-torpağında sürüyə-sürüyə səbir...

Naxçıvanda melioratorlar yaz suvarma mövsümünə hazırlaşırlar

19-02-2020-12-41 Xəbərlər

Naxçıvanda melioratorlar yaz suvarma mövsümünə hazırlaşırlar

Muxtar respublikada yaz suvarma mövsümünü mütəşəkkil təşkil etmək üçün kanallard...

Muxtar respublikada məhsulların keyfiyyətinə nəzarət olunur

19-02-2020-11-59 Xəbərlər

Muxtar respublikada məhsulların keyfiyyətinə nəzarət olunur

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xid...

Ötən günün mənzərəsi - VİDEO

19-02-2020-10-40 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

19-02-2020-09-18 Xəbərlər

Ombudsman Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əli...