Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunan memarlıq sərgisi keçirilib.

Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi, Naxçıvan Dövlət Universiteti və Memarlar Birliyinin təşkilatçılığı ilə keçirilən sərgidə memar-müəllim və tələbələrin əl işləri nümayiş olunub. Universitetin Memarlıq və Mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov ali təhsil ocağının rektoru adından qonaqları salamlayaraq sərgi iştirakçılarına uğurlar arzulayıb.

Memarlar Birliyinin sədri Heydər Əhmədov muxtar respublikada hər sahədə olduğu kimi memarlıq sahəsində də yaradılan imkanlardan danışıb. Bildirilib ki, tikinti sektorunun yüksək templə inkişaf etməsi, muxtar respublikanın şəhər və kəndlərində yeni binaların tikintisi, köhnə binaların əsaslı şəkildə təmiri, yenidən qurulması bu sahənin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Vurğulanıb ki, bu gün həm də Beynəlxalq Memarlar Günü kimi də qeyd olunur. Tələbələrlə birgə ustad memarların da qatıldığı sərginin əhəmiyyətindən danışan birliyin sədri bu cür sərgilərin gənc memarların təcrübəsində əhəmiyyətli rol oynadığını bildirib.

Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Ruslan Kəngərli, Memarlıq kafedrasının müdiri Gülnarə Qənbərova da çıxış ediblər.

Sonda əlamətdar tarixi gün münasibətilə tədbir iştirakçılarına hədiyyələr təqdim edilib, sərgiyə baxış olub. Sərgidə gənc memarların 30 yaradıcılıq işi nümayiş olunub.

 

                                                                              Səadət Əliyeva

www.naxcivantv.az