Dünyada elə şəxsiyyətlər var ki, onlar öz yaradıcılıqları ilə təkcə bir nəslin deyil, bir neçə nəslin formalaşmasında mühüm rol oynayır.

Bu insanlar bütün həyatını müəyyən bir amal üzərində qurur, daim axtarışda olur, öz fəaliyyətləri ilə xalqın yoluna işıq salırlar. Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən olan, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli də belə şəxsiyyətlərdəndir. Oktyabrın 16-da böyük alim ömrünün 70-ci ilinə qədəm qoyur.

AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini, gənc tədqiqatçı Nərgiz Qəhrəmanovanın “Fədakar alim, qayğıkeş müəllim, əsl ziyalı” məqaləsində akademik İsa Həbibbəylinin zəngin elmi fəaliyyətindən, Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında müstəsna xidmətlərindən bəhs olunur. NUHÇIXAN məqaləni təqdim edir.

Akademik İsa Həbibbəyli 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. İsa Həbibbəyli XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı nümayəndələrinin, bir çox görkəmli yazıçılarımızın irsinin tədqiqatçısıdır. Alimin tədqiqat obyekti olan yazıçılar arasında ilk yerdə Mirzə Cəlil Məmmədquluzadənin adı gəlir. O, “Cəlil Məmmədquluzadə. Cümhuriyyət”, “Mirzə Cəlil və Məmmədquluzadələr, Məktublaşma”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti” kimi kitablarda böyük yazıçının keşməkeşli həyatını və zəngin yaradıcılığını dərindən araşdırıb. Təsadüfi deyil ki, Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini də ilk dəfə olaraq akademik İsa Həbibbəyli araşdıraraq ədəbi-elmi ictimaiyyətə təqdim edib.

İsa Həbibbəylinin əsl ziyalı, fədakar alim və vətənpərvər şəxsiyyət kimi formalaşmasında, sözsüz ki, onun böyüyüb boya-başa çatdığı ailəsinin böyük rolu olub. Alimin atası Əkbər bəy doğma kəndində 50 ildən artıq müəllimlik edib, tanınmış ziyalılardan biri olub. Ailəsində gördüyü düzgünlük, ədalət, zəhmətsevərlik kimi nəcib xüsusiyyətlər, elm və təhsilə verilən yüksək qiymət gənc İsa Həbibbəylini elm aləminə qədəm qoymağa və bu sahədə ucalmağa yönəldib.

Ədəbiyyatşünas alim 1996-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Həmin illərdə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, beynəlxalq əlaqələr genişlənib, humanitar və ictimai elmlərin inkişafı yönündə taleyüklü qərarlar qəbul edilib.

İsa Həbibbəyli 2013-cü il aprel ayının 24-dən etibarən AMEA-nın vitse-prezidenti vəzifəsində çalışır. O, eyni zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. Görkəmli alimin ölkənin ali elm ocağında fəaliyyətə başlaması ilə AMEA-da humanitar elmlərin inkişafında yeni mərhələ başlayıb. O, akademiyanın ictimai həyatında yaxından və fəal iştirak edərək bir sıra beynəlxalq elmi konfransların keçirilməsinə, xarici ölkələrin elmi qurumları ilə əlaqələrin yaradılmasına mühüm töhfələr verib. Geniş elmi dünyagörüşü, elm yolunda böyük zəhmətsevərlik və məsuliyyət nümayiş etdirməsi onun nailiyyətlərinin əsas səbəbləridir. Böyük alim Naxçıvandakı elmi-pedaqoji fəaliyyətini dayandırsa da, ürəyi daim doğma diyarı ilə döyünür. Naxçıvanın qədim tarixinə ruhən çox bağlı olan İsa Həbibbəyli bu gün də muxtar respublikada baş verən dəyişiklikləri, inkişaf tendensiyalarını yaxından izləyir. Akademik İsa Həbibbəylinin universal yaradıcılığında Naxçıvan mövzusu xüsusi yer tutur. O, “Naxçıvan tərənnüm olunur”, “Naxçıvan abidələri”, “Arpaçayı daşa bilməz” və digər onlarca publisistik məqalənin müəllifidir.

Uşaqlığı əfsanəvi Arpaçay ətrafında yerləşən kənddə keçdiyindən alim bu dağ çayına mənən çox bağlıdır. O, bir neçə dəfə öz müsahibələrində də Arpaçayın onun ruhunda böyük yer tutduğunu, bu çayın səsi ilə yataraq, onun səsi ilə oyandığını deyib. İsa Həbibbəylinin uşaqlığı ilə yanaşı, şəxsi taleyi və cəmiyyətə baxışının formalaşmasında, ədəbi düşüncəsinin zənginləşməsində də Arpaçayın böyük rolu olub. Alim bu çaya olan sevgisindən “Arpaçayı daşa bilməz” adlı mənsur poemanı yazıb.

Şairlik bir ədəbiyyatçı kimi sanki İsa Həbibbəylinin ruhuna hopub. Gənclik illərində onun şeirləri respublika və rayon qəzetlərində işıq üzü görüb. İsa Həbibbəylinin poetik yaradıcılığında doğma vətənə bağlılıq, azərbaycançılıq ruhuna rast gəlmək mümkündür. “Azərbaycanım” şeirində alim Vətən sevgisini belə dilə gətirir:

Qulaq as, dünyanın ürək səsinə,

Gör ki, bu dünyanın marağıyam mən,

Nəzər sal, qocaman neft ölkəsinə,

O deyir: “Bəşərin çırağıyam mən”.

Səmimi və qayğıkeş insan olmaqla yanaşı, İsa Həbibbəylini Azərbaycan xalqına sevdirən ən gözəl xüsusiyyətlərindən biri də onun nikbin, mərhəmətli, humanist və xeyirxah olmasıdır. Ona müraciət edənlərə hər zaman kömək edir. Fəaliyyətə yeni başlayan tədqiqatçıların və tələbələrin dostu, böyük bir ədəbi-elmi məktəbin yaradıcısı olan alim gənclərin elm sahəsində uğurlar qazanmasına həssaslıqla yanaşır. Yeni nəslin vətənpərvər ruhda formalaşması, elmə maraq göstərməsi, cəmiyyət üçün faydalı insan kimi yetişməsi naminə əlindən gələni əsirgəmir. Belə bir alimlə eyni dövrdə yaşamaq, onunla ünsiyyətdə olmaq imkanı mənim üçün böyük xoşbəxtlikdir. Jurnalist kimi fəaliyyət göstərdiyim müddətdə akademik İsa Həbibbəyli mənə dəstək göstərərək, elmi baxışlarımın formalaşmasında böyük rol oynayıb. Hər zaman İsa Həbbibbəyli yaradıcılığını yaxından izləyərək, onun səlis və məzmunlu nitqini dinləyərək bəhrələnib, mənəvi qida almışam. Bütün bunlar məni ədəbiyyatla, jurnalistika və yazı sənəti ilə daha da bağlayıb.

Azərbaycanın elmi-ictimai həyatında İsa Həbibbəylini hər kəs parlaq zəka sahibi və alicənab şəxsiyyət kimi tanıyır. Dəyərli alimimiz bu gün də yorulmaz fəaliyyəti, maraqlı tədqiqatları, yüksək prinsipiallığı və əsl vətəndaş mövqeyi ilə Azərbaycan elminin inkişafına şərəflə xidmət edir.

Hörmətli İsa müəllim, Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm. İnanıram ki, hələ uzun illər bütün ədəbiyyatsevərlər, Azərbaycanın dilinə və tarixinə önəm verənlər və bütövlükdə elm ictimaiyyəti üçün enerji ilə yazıb-yaradacaq, tarixin neçə-neçə açılmamış səhifəsini işıqlandıracaqsınız. Doğum gününüz mübarək!

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır - SİYAHI

08-04-2020-16-28 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlər artır - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır - VİDEO

08-04-2020-13-58 Xəbərlər

Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun ol...

Naxçıvanda nadir sənət nümunələrinin toplanıldığı yer: Əlyazmalar Fondu

08-04-2020-10-20 Xəbərlər

Naxçıvanda nadir sənət nümunələrinin toplanıldığı yer: Əlyazmalar Fondu

Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı nadir sənət nümunələri, qədim kitab v...

Naxçıvanda dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı artıb

08-04-2020-10-00 Xəbərlər

Naxçıvanda dövlət qeydiyyatına alınan daşınmaz əmlak obyektlərinin sayı artıb

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması  d...

Naxçıvanda yeni nasos stansiyaları tikilir - VİDEO

07-04-2020-19-26 Xəbərlər

Naxçıvanda yeni nasos stansiyaları tikilir - VİDEO

Torpaqların su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafına, ən ...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

07-04-2020-17-38 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Şəhriban Sarıhan: Dörd mövsümün incisi, təmiz diyar Naxçıvanda görülən qabaqlayıcı tədbirlər nümunədir

07-04-2020-15-34 Xəbərlər

Şəhriban Sarıhan: Dörd mövsümün incisi, təmiz diyar Naxçıvanda görülən qabaqlayıcı tədbirlər nümunədir

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Naxçıvan Muxtar Respublikasında yolu...

Naxçıvanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

07-04-2020-13-28 Xəbərlər

Naxçıvanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial–iqtisadi islahatlar nəti...

Naxçıvanda məhsul nümunələrinin 443 halda keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılıb

07-04-2020-12-25 Xəbərlər

Naxçıvanda məhsul nümunələrinin 443 halda keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılıb

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xid...

Polkovnik: “Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən gecə təlimləri ordu üçün xüsusi əhəmiyyət daşıyır”

07-04-2020-11-43 Xəbərlər

Polkovnik: “Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən gecə təlimləri ordu üçün xüsusi əhəmiyyət daşıyır”

“Artilleriya bölmələri ilə gecə vaxtı döyüş atışlı taktiki təlimlərinin keçirilm...

Azərbaycanda əfv Sərəncamının icrasına başlanılıb

07-04-2020-11-23 Xəbərlər

Azərbaycanda əfv Sərəncamının icrasına başlanılıb

Aprelin 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Azərbaycan Prezidenti İlha...

Ötən günün mənzərəsi - VİDEO

07-04-2020-10-00 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

Nuhçıxan İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Birdəfəlik ödəmələr kimlərə ayrılacaq?

07-04-2020-09-41 Xəbərlər

Birdəfəlik ödəmələr kimlərə ayrılacaq?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommuni...

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

06-04-2020-18-29 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

06-04-2020-17-35 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının ...

Biz birlikdə güclüyük, evdə qalaq…

06-04-2020-17-12 Xəbərlər

Biz birlikdə güclüyük, evdə qalaq…

Dünyada pandemiya elan olunan bir virusla üz-üzəyik.

Naxçıvanda elektron monitorlardan vizual çağırış: “Biz birlikdə güclüyük!”, “Evdə qal!”

06-04-2020-16-40 Xəbərlər

Naxçıvanda elektron monitorlardan vizual çağırış: “Biz birlikdə güclüyük!”, “Evdə qal!”

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərindəki elektron mon...

Səhiyyə mədəniyyəti

06-04-2020-15-44 Xəbərlər

Səhiyyə mədəniyyəti

Tanınmış rus həkimi Semaşko deyirdi ki, sanitariya mədəniyyəti olmadan heç bir m...

NDU-da keçirilən tədbir Türkiyə mətbuatında geniş işıqlandırılıb

06-04-2020-12-49 Xəbərlər

NDU-da keçirilən tədbir Türkiyə mətbuatında geniş işıqlandırılıb

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payının verilməsi Türkiyə mətbuat...

Erkən yaz: xalq təqviminin dəyişkən dövrü

06-04-2020-11-52 Xəbərlər

Erkən yaz: xalq təqviminin dəyişkən dövrü

Ata-babalarımız həyati əhəmiyyət kəsb edən təbiət hadisələrini müşahidə edərək x...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yaydı

06-04-2020-11-04 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yaydı

“Nuhçıxan” İnformasiya Agentliyi  həmin məlumatı təqdim edir:

Dağlarımızın əvəzsiz şəfa mənbəyi – kəklikotu

05-04-2020-19-22 Xəbərlər

Dağlarımızın əvəzsiz şəfa mənbəyi – kəklikotu

Yaz ayları  Sədərək dağlarını bir rəssam kimi özünəməxsus rəng çalarları ilə boy...

Sədərəkin üzüm bağlarında becərmə işlərinə başlanılıb

05-04-2020-17-21 Xəbərlər

Sədərəkin üzüm bağlarında becərmə işlərinə başlanılıb

Son dövrlər Sədərək  rayonunda üzümçülük ənənələrini bərpa etmək məqsədilə uğurl...

SİRAB – hər damlasında həyat var.. və ya istehsalın 70 illik tarixinə nəzər

05-04-2020-16-31 Xəbərlər

SİRAB – hər damlasında həyat var.. və ya istehsalın 70 illik tarixinə nəzər

Doğma diyarımızda bol olan təbii sərvətlər, əlverişli coğrafi mühit hələ Neolit ...

Yabanı tərəvəz bitkiləri və onların əhəmiyyəti

05-04-2020-15-42 Xəbərlər

Yabanı tərəvəz bitkiləri və onların əhəmiyyəti

Dünyada geniş yayılan yoluxucu xəstəliklərə qarşı spesifik müalicə, onu yox edən...

Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yabanı ağaclara calaq vurulur

05-04-2020-11-22 Xəbərlər

Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yabanı ağaclara calaq vurulur

Muxtar respublika ərazisində yaz calağının aparılması davam etdirilir.

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib - VİDEO

04-04-2020-17-20 Xəbərlər

Naxçıvanda təhsil alan əcnəbi tələbələrə ərzaq payı verilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisini...

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır

04-04-2020-17-15 Xəbərlər

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır

Muxtar respublikada yeni nasos stansiyaları tikilir, təzyiqli boru xətləri çəkil...

Naxçıvanda yeni meyvə bağları salınıb

04-04-2020-17-10 Rəsmi

Naxçıvanda yeni meyvə bağları salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ekoloji məsələl...

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

04-04-2020-16-28 Xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uz...