Şərqlə Qərbin qovşağında, tarixi ticarət yollarının üzərində yerləşən Naxçıvanın iqtisadi həyatında tarixən Culfa şəhərinin mühüm rolu olmuşdur.

Vaxtilə İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən karvan yolları Culfadan keçmiş, bu şəhər orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən sayılmışdır. Tarixi sənədlərdə göstərilir ki, XVI əsrin II yarısında Culfa tacirləri Venesiya, Marsel, Amsterdam kimi Avropanın böyük sənaye və ticarət mərkəzləri ilə geniş əlaqələr qurmuşlar. Səfəvi şahı I Təhmasib tərəfindən Culfa tacirlərinə xarici ölkələrlə ipək ticarəti üçün inhisar hüququ verilmiş, ticarət hüququ əldə etmiş tacirlər Avropa ölkələri ilə münasibətlərdə şahın xüsusi nümayəndəsi kimi çıxış etmişdilər.

“Gülüstan” və “Türkmənçay” sülh müqavilələrindən sonra – 1829-cu ildən etibarən Culfa şəhəri ərazisində­ – Araz çayı üzərindəki gediş-gəliş körpüsündə Rusiya və İran tərəfindən gömrük nəzarəti təşkil edilmişdir. Culfa Gömrük İdarəsinin əsası məhz həmin ildə qoyulmuşdur.

1831-ci il iyun ayının 3-də Rusiya Senatı tərəfindən qəbul edilmiş “Cənubi Qafqaz ölkəsində ticarət və gömrük işlərinin təşkili haqqında” Əsasnaməyə uyğun olaraq Azərbaycan ərazisində gömrük sahələri, o cümlədən Naxçıvan gömrük sahəsi yaradılmış, Xarici Ticarət Departamentinin 1 sen­tyabr 1831-ci il tarixli əmri ilə Azərbaycan ərazisində fəaliyyət göstərən gömrük orqanları Zaqafqaziya Gömrük Dairəsinə tabe etdirilmişdir. Qafqaz canişini Aleksandr Baryatinski tərəfindən 31 mart 1861-ci ildə təsdiq edilmiş “Qafqaz və Zaqafqaziyada Karantin-Gömrük Hissəsinin yenidən təşkili və idarə edilməsi barədə Əsasnamə”nin 4-cü paraqrafına görə, Mehridən İran sərhədinin qurtaracağına və Osmanlı imperiyası ilə sərhəd olan Ağrı dağına qədərki məntəqələr Naxçıvan gömrükxanasının ixtiyarına verilmişdir. Naxçıvan Karantin-Gömrük Kontoru 1885-ci ildə Culfa şəhərinə köçürülmüş və ötən əsrin 20-ci illərinə qədər orada fəaliyyət göstərmişdir.

1908-ci ildən Culfa dəmiryol qovşağının Zaqafqaziya dəmir yolları şəbəkəsinə qoşulması ilə Rusiya ilə İran arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. 1915-ci ildə Culfadan Təbrizə ilk dəmir yolu çəkilmiş, Naxçıvan dəmir yolu ticarətində mühüm mərkəzə çevrilmişdir. Dəmir yolunun çəkilişindən sonra ticarət dövriyyəsi və iş həcmi artdığından Rusiya Maliyyə Nazirliyinin Gömrük Yığımları Departamentinin icazəsi ilə Culfa gömrükxanasına yeni bina tikilmişdir.

Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış Kəngərlilər nəslinin nümayəndələri, o cümlədən Əsgər ağa Kəngərli, Əmirsuvar bəy Kəngərli, Baxşəli ağa Şahtaxtinski, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri olmuş Nəcəfqulu Nəcəfov, molla nəsrəddinçi Rzaqulu Nəcəfov müxtəlif illərdə Culfa gömrükxanasında xidmət ­etmişdilər.

XIX əsrin 40-cı illərində Culfa gömrükxanası vasitəsilə İrandan Rusiyaya il ərzində 1200-1300 gümüş manat həcmində ticarət edildiyi halda, XX əsrin əvvəllərində bu ölkələr arasında mal dövriyyəsi 800 min manata yaxın olmuş, Birinci Dünya müharibəsindən əvvəlki illərdə isə 7 milyon manata çatmışdır. İrəvan quberniyasının 1914-cü ilə aid icmalında qeyd olunur ki, həmin il İrandan gətirilən malların 84,7 faizi Culfa gömrük­xanasının payına düşmüşdür.

Bu gömrükxana Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvanda qurulmuş Araz-Türk Cümhuriyyəti dövründə də fəaliyyətini davam etdirmiş, İranla iqtisadi-mədəni əlaqələrdə müstəsna əhəmiyyət kəsb ­etmişdir.
1920-ci ildən sonra sovet respublikalarının sərhədindəki gömrük məntəqələrinin ləğv edilməsi prosesi başlanılsa da, İranla geniş sərhəd xəttinə malik Naxçıvanda gömrük xidmətinin fəaliyyətinə diqqət artırılmışdır. Naxçıvan ərazisindəki gömrük orqanlarının işinin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə Naxçıvan İnqilab Komitəsinin 22 dekabr 1920-ci il tarixli Qərarı ilə Naxçıvan Rayon Gömrük İdarəsi yaradılmışdır. SSRİ Xarici Ticarət Xalq Komissarlığı tərəfindən 26 yanvar 1925-ci ildə təsdiq olunmuş Zaqafqaziya SFSR-dəki gömrük təşkilatlarının siyahısına nəzər saldıqda görürük ki, Azərbaycan ərazisində birinci dərəcəli 3 gömrük­xana fəaliyyət göstərmişdir ki, onlardan biri də Culfa gömrükxanası olmuşdur. Həmin dövrdə İrəvan və Mehri gömrükxanaları Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisindəki Culfa Gömrük İdarəsinə tabe idilər.

1925-ci ildən başlayaraq Avropadan Batumiyə gətirilən malların tranziti üçün vahid lisenziya əsasında çox aşağı tariflər tətbiq olunmuşdur. Poti limanından dəmir yolu ilə Bakıya gətirilən mallar Culfadan keçməklə İrana daşınmışdır. Culfada SSRİ Xarici Ticarət Komissarlığının “Raznoeksport” adlı ümumittifaq ixrac-idxal birliyinin qəbul məntəqəsi, İranla ticarət əməliyyatlarında mühüm rola malik olan “Eksport­xleb” adlı ümumittifaq birliyinin agentliyi fəaliyyət göstərmişdir. Sovet respublikaları ərazisindən quru yolu ilə daşınan mallar da İran bazarına Culfa gömrükxanasından keçməklə daxil olmuşdur.

Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Şurasının 19 dekabr 1928-ci il tarixli Qərarı ilə Culfa gömrükxanasının səlahiyyətinə sərhədi keçən sərnişinlərin, baqajların, yüklərin və nəqliyyat vasitələrinin müayinəsi və onların buraxılması, xarici ticarət inhisarçılığı haqqında qanunun yerinə yetirilməsinə faktiki nəzarət, qaçaqmalçılığın müəyyən edilməsi və tutulması, qaçaqmalçılıq barədə işlərin həll edilməsi, yük və sərnişinlərin dövlət sərhədini keçdiyi anda gömrük rüsum və yığımlarının hesablanması və tutulması kimi vəzifələr aid edilmişdir. Culfa gömrükxanasında İrandan qəbul edilən və həmin ölkəyə yola salınan tranzit yüklərə gömrük baxışının sürətləndirilməsi sahəsində görülən tədbirlər mərkəzi aparatın diqqətini cəlb etmişdir. Zaqafqaziya Gömrük İdarəsi tərəfindən 29 sen­tyabr 1927-ci il tarixdə yerli gömrük orqanlarına göndərilən məktubda Culfa gömrükxanasında əldə edilən müsbət təcrübədən istifadə edilməsi tövsiyə olunmuşdur.
1930-cu illərdə Azərbaycan sərhədlərindən keçməklə İrandan üçüncü ölkələrə göndərilən tranzit yüklərin 74 faizi Culfa gömrük­xanasında qeydiyyata alınaraq Batumi limanına göndərilmişdir. 1935-ci il avqustun 13-də SSRİ ilə İran arasında ticarət müqaviləsinin imzalanması iqtisadi­-ticarət əlaqələrinin həcminin artmasına səbəb olmuşdur.

1940-cı ildə Tehranla Təbriz şəhərləri arasında dəmir yolu əlaqəsinin yaradılması, Bakı-Culfa dəmir yolu xəttinin tikintisinin başa çatdırılması, 1941-ci ildə Culfa-Mincivan və Osmanlı-Astara dəmir yolu xətlərinin istismara verilməsi ilə yük və sərnişin daşımaları daha da artmışdır. İkinci Dünya müharibəsi illərində həyati əhəmiyyət daşıyan yüklər, o cümlədən müttəfiq dövlətlərdən daxil olan hərbi və humanitar yardımların əsas hissəsi bu gömrük orqanında yoxlanılmış və rəsmiləşdirilmişdir. Müharibədən sonrakı illərdə də Culfa gömrükxanası xarici ticarət dövriyyəsində və tranzitdə öz əhəmiyyətli mövqeyini qoruyub saxlamışdır.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra xarici ticarət əlaqələrinin genişləndirilməsi, gömrük nəzarəti və dövlət sərhədinin mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu öndər 1970-1980-ci illərdə böyük uzaqgörənliklə Azərbaycanda gömrük işinin inkişafına, bu sahədə ixtisaslı milli kadrların hazırlanmasına diqqətlə yanaşmış, milli kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərilmişdir. Dahi rəhbər Heydər Əliyev 1980-ci ildə Azərbaycanın bütün cənub dövlət sərhədi boyu yerləşən sərhəd və gömrük-buraxılış məntəqələrinə səfəri çərçivəsində Culfa gömrük­xanasının əməkdaşları ilə də görüşmüşdür. Arxiv sənədləri ilə tanışlıq zamanı aydın olmuşdur ki, istər çar Rusiyası, istərsə də Sovet imperiyası dövründə digər gömrük orqanlarımız kimi, Culfa gömrükxanasında da əsas vəzifələrdə azərbaycanlıların xidmət etməsinə imkan verilməmiş, mərkəz tərəfindən hər vəchlə yerli peşəkar kadrların yetişməsinin qarşısı alınmışdır. 1970-ci ildən başlayaraq azərbaycanlı məmurlar Culfa gömrükxanasında yüksək vəzifələrə irəli çəkilmişlər.

190 yaşlı Culfa sərhəd-keçid məntəqəsi əsl inkişaf dövrünü məhz Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə inkişaf və tərəqqi yoluna qədəm qoyduqdan sonra yaşamışdır. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlləri Azərbaycan, xüsusən də Naxçıvan üçün son dərəcə ağır və məşəqqətli dövr kimi tarixə düşmüşdür. Mənfur Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində blokada vəziyyətinə düşərək məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bu qədim yurd yerinin xilası ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində mümkün olmuşdur.

1991-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti sayəsində İran İslam Respublikası ilə əldə olunmuş razılığa əsasən bu ölkənin ərazisindən keçməklə Azərbaycan Respublikasının əsas ərazi vahidi ilə əlaqə yaradılmışdır. Culfa gömrük sərhəd-buraxılış məntəqəsi blokada vəziyyətində yaşayan Naxçıvan üçün Azərbaycanın əsas ərazi vahidinə açılan rəmzi qapıya çevrilmişdir.

1993-cü ildə Culfa rayonu ərazisində Azərbaycan-İran müştərək bazarının açılması ilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin muxtar respublikanın sosial-iqtisadi inkişafındakı rolu artmış, bu gömrük orqanının xidmətindən istifadə edən vətəndaşların sayı çoxalmışdır.

Azərbaycanın ən qədim gömrük orqanlarından olan Culfa Gömrük İdarəsi daim dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2007-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə Culfa gömrük sərhəd-buraxılış məntəqəsi üçün yeni kompleks istifadəyə verilmiş, yüksək iş və xidmət şəraiti yaradılmışdır. İnzibati bina ilə sərhəd-keçid məntəqəsinin vahid kompleks halında inşa olunması nəticəsində idarəetmə təkmilləşdirilmişdir. Sərnişinlər üçün giriş-çıxış zalları, yük xətti, platforma və anbar binaları müasir formada qurulmuş, Naxçıvandan Bakıya və əks-istiqamətdə hərəkət edən sərnişin avtobuslarının və minik nəqliyyat vasitələrinin qeydiyyatı və gömrük baxışı üçün ayrıca xətt formalaşdırılmışdır. Sonrakı illərdə gömrük infrastrukturunun yenilənməsi üçün işlər görülmüş, maddi-texniki baza daha da möhkəmləndirilmişdir. Gömrük sahəsində hüquqpozmalara qarşı daha effektiv mübarizə aparılmasına nail olmaqdan ötrü ən müasir texniki nəzarət vasitələri, o cümlədən əl yüklərinin və avtonəqliyyat vasitələrinin yoxlanılması üçün rentgen-nəzarət qurğuları, şübhəli şəxslərin müayinəsi üçün “body-scan” alınıb quraşdırılmış, kinoloji xidmətin fəaliyyəti təmin olunmuşdur.

Muxtar respublikamızın digər gömrük orqanları kimi, Culfa gömrük sərhəd-buraxılış məntəqəsində də iş prosesi “bir pəncərə” prinsipi əsasında tamamilə avtomatlaşdırılmış, avtonəqliyyat vasitələrinin ­sürətli keçidinin təmin olunması üçün “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi”, yoluxucu xəstəliklərin qarşısının alınması üçün dezinfeksiya baryeri və radiasiya əleyhinə qurğular quraşdırılmışdır. Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin ərazisində rüsumsuz ticarət mağazasının da fəaliyyəti təmin olunmuşdur.

Muxtar respublikanın xarici ticarət əlaqələrində Araz çayı üzərindəki Culfa-Culfa körpüsünün müstəsna rolu və əhəmiyyəti nəzərə alınaraq yeni körpü tikilmiş və 2011-ci ilin iyun ayında istifadəyə verilmişdir.

Bu gün muxtar respublikamızın iqtisadi və milli təhlükəsizliyinin qorunmasında, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquq­pozma hallarına qarşı mübarizədə, ticarət və tranzitin artmasında, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının əsas ərazi vahidi arasında yük və sərnişin dövriyyəsinin həyata keçirilməsində Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin xüsusi rolu vardır. Muxtar respublikamızın İran İslam Respublikası ilə yanaşı, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digər Asiya ölkələri ilə ticarət əlaqələri də 24 saatlıq iş rejimində fəaliyyət göstərən bu gömrük orqanı vasitəsilə aparılır.

190 illik tarixə malik olan Culfa Gömrük İdarəsi müstəqil ölkənin milli gömrük orqanı kimi özünün əsl inkişaf və tərəqqi dövrünü yaşayır. Dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunan bu sərhəd-keçid məntəqəsi Azərbaycanın ən qocaman gömrük orqanlarından biri kimi həm də Naxçıvanın son ikiəsrlik tarixini yaşadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

21-10-2019-19-56 Rəsmi

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

NUHÇIXAN xəbər verir ki, həmin gün Alışar kəndində xidmət mərkəzi istifadəyə ver...

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

21-10-2019-19-53 Rəsmi

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib.

Muğanlıda xidmət mərkəzi istifadəyə verilib

21-10-2019-19-51 Rəsmi

Muğanlıda xidmət mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlı kəndində xidmət mərkəzinin açıl...

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub

21-10-2019-19-48 Rəsmi

Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub

Yol infrastrukturu muxtar respublikada aparılan quruculuq işlərinin əsasını təşk...

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

21-10-2019-19-46 Rəsmi

Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb

Muxtar respublikada iqtisadi inkişafın təmin olunması həm də səhiyyə quruculuğun...

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

21-10-2019-19-44 Rəsmi

Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Muğanlıda kənd mərkəzinin də açılışı ol...

Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

21-10-2019-19-35 Rəsmi

Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb...

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb - VİDEO

21-10-2019-18-13 Xəbərlər

Şərur rayonunun Muğanlı və Alışar kəndlərində kompleks quruculuq işləri aparılıb - VİDEO

Oktyabrın 21-də Şərur rayonunun Muğanlı və Alışar kəndlərində yeni sosial obyekt...

Naxçıvanda sabaha olan hava proqnozu

21-10-2019-15-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlan...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tərkibində dəyişiklik edilib

21-10-2019-12-51 Xəbərlər

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin tərkibində dəyişiklik edilib

NUHÇIXAN xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev bölmənin Rəyas...

Ləkətağ körpüsü yenidən bərpa olunub - VİDEO

21-10-2019-11-59 Xəbərlər

Ləkətağ körpüsü yenidən bərpa olunub - VİDEO

Culfa rayonun Ləkətağ kəndində yerləşən orta əsrlərə aid körpüdə yenidənqurma iş...

AMEA-nın Naxçıvan bölməsinin beynəlxalq əlaqələri genişlənir

21-10-2019-11-16 Xəbərlər

AMEA-nın  Naxçıvan bölməsinin beynəlxalq əlaqələri genişlənir

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AME...

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

19-10-2019-17-44 Rəsmi

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

19-10-2019-16-56 Xəbərlər

Naxçıvan Qarnizonunda Dövlət Müstəqilliyi Günü münasibətilə şeir müsabiqəsi keçirilib

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sils...

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

19-10-2019-16-00 Xəbərlər

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə icra...

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

19-10-2019-14-28 Xəbərlər

Gənc musiqiçilər Ərtoğrol Cavidin əsərlərini ifa ediblər

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin...

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

19-10-2019-12-47 Xəbərlər

Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

Heydərabad qəsəbəsində mədəniyyət və istirahət parkında təşkil edilən tədbirdə r...

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

19-10-2019-11-53 Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb

Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə...

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

19-10-2019-10-24 Xəbərlər

Payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər keçirilir

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

18-10-2019-15-19 Xəbərlər

Naxçıvan Dövlət Radiosunun əməkdaşı mükafata layiq görülüb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəs...

101 yaşlı ananın 28 yaşlı igid oğlu

18-10-2019-11-39 Xəbərlər

101 yaşlı ananın 28 yaşlı igid oğlu

Ey qəhrəman övladın şanlı vətəni- Azərbaycan! 101 yaşlı ananın  28 yaşlı, igid o...

Ötən günün mənzərəsi - VİDEO

18-10-2019-10-58 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

17-10-2019-18-06 Xəbərlər

Məktəblilər üçün “Büdcəmizi anlayaq” təlimi təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında ...

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

17-10-2019-17-44 Xəbərlər

Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm r...

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

17-10-2019-17-36 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün müsabiqə elan edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub

17-10-2019-16-57 Xəbərlər

Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində 18 oktyabr Azərbaycan Respubli...

Fransada Naxçıvanla bağlı təqdimat olub

17-10-2019-15-45 Xəbərlər

Fransada Naxçıvanla bağlı təqdimat olub

NUHÇIXAN xəbər verir ki, Parisdə Azərbaycan-Fransa regionlar arası əməkdaşlığın ...

Melioratorlar payız suvarma mövsümünə hazırdır

17-10-2019-15-05 Xəbərlər

Melioratorlar payız suvarma mövsümünə hazırdır

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mə...

Ötən ay 462 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

17-10-2019-14-00 Xəbərlər

Ötən ay 462 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

NUHÇIXAN xəbər verir ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəs...

“Müstəqillik işığında” adlı yubiley sərgisi

17-10-2019-12-42 Xəbərlər

“Müstəqillik işığında” adlı yubiley sərgisi

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...