İqtisadi inkişafın təmin olunmasında nəqliyyat sahəsi mühüm rol oynayır.

Muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət müasir nəqliyyat sisteminin yaradılmasını təmin etməklə yanaşı, ümumi inkişafı da sürətləndirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, son dövrlər müasir avtomobil yolları şəbəkəsinin yaradılması istiqamətində, həmçinin muxtar respublikanın xarici ticarət əlaqələrinin genişlənməsində, beynəlxalq yük və sərnişin daşımalarında mühüm rol oynayan, uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək və uzunluğu 32,4 kilometr olan Naxçıvan-Culfa magistral avtomobil yolları yenidən qurularaq istifadəyə verilib. Bundan əlavə, ötən dövrdə uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolu da yenidən qurulub.

Culfa rayonunda uzunluğu 57,6 kilometr olan, 20 kəndi əhatə edən Çeşməbasar-Boyəhməd avtomobil yolu, Kəngərli rayonunda uzunluğu 39,2 kilometr olan, 5 kəndi əhatə edən Naxçıvan-Sədərək magistralı-Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Babək rayonunda uzunluğu 25,6 kilometr olan, 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Vayxır-Sirab avtomobil yolu, uzunluğu 25,4 kilometr olan, 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu olmaqla, ümumilikdə, 2009-cu ildən 1 sentyabr 2019-cu il tarixədək muxtar respublikada 1198 kilometr uzunluğunda avtomobil yolları yenidən qurulub. Bundan əlavə, 65 körpünün tikintisi və ya yenidən qurulması başa çatdırılıb, 27 körpü isə təmir olunub.

Əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Naxçıvan şəhərində şəhərdaxili marşrutlara yeni avtobuslar buraxılıb, rayon mərkəzlərinə və kəndlərə iritutumlu və rahat avtobuslarla gediş-gəliş təmin edilib. Həmçinin ötən dövrdə Naxçıvan, Şərur, Ordubad, Culfa və Şahbuz şəhərlərində müasir avtovağzal kompleksləri, Naxçıvan şəhərində Avtobus Parkı istifadəyə verilib.

Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində ardıcıl tədbirlər aparılıb, yeni inzibati bina inşa olunub. Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması, təyyarə uçuşlarının təhlükəsizliyinin tam təmin edilməsi məqsədilə Şərq və Qərb terminalları istifadəyə verilib. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artıb, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılıb. Bundan əlavə, ötən dövrdə Şərur və Ordubad şəhərlərində aviakassa binaları istifadəyə verilib.

Beynəlxalq Hava Limanında yüklərin təhlükəsiz daşınması və qəbulu istiqamətində karqo terminalı yenidən qurulub, maşın və mexanizmlər üçün qaraj kompleksinin yaradılması başa çatdırılıb.

Muxtar respublikada nəqliyyatın digər bir sahəsi olan dəmir yolunun inkişafı da diqqətdə saxlanılıb, infrastruktur yenidən qurulub. Bundan əlavə, dəmir yolu təsərrüfatı yeni sərnişin vaqonları ilə təmin olunub.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikada nəqliyyat sektorunda 10 milyon 809 min 300 ton yük, 69 milyon 936 min 700 nəfər sərnişin daşınıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 78,9 və 88,2 faiz çoxdur.

Yük və sərnişin daşınmasından, bütövlükdə, 38 milyon 680 min 200 manat gəlir əldə olunub. Bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 91,5 faiz çoxdur.

Əhali artımına uyğun olaraq muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində bu sahəyə 2019-cu ilin yanvar-avqust ayları ərzində 60 milyon 504 min manatdan artıq vəsait yönəldilib.

Cari ilin ötən dövründə Naxçıvan şəhərdaxili, Şərur rayonunun Kərimbəyli və Qışlaqabbas, Ordubad rayonunun Dəstə kəndlərində avtomobil yollarının yenidən qurulması başa çatdırılıb.

Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi, Culfa-Ordubad magistral avtomobil yolunun, Culfa şəhərində avtomobil yolunun, Ordubad rayonunda Biləv-Tivi-Nürgüt, Şərur rayonunda Xətai-Yeni Havuş, Şərur şəhərinə giriş, Muğanlı, Muğancıq Mehrab, Alışar və Xələc, Babək rayonunun Kültəpə və Gülşənabad, Ordubad rayonunun Vənənd, Anaqut və Darkənd, Şahbuz rayonunun Türkeş kəndlərində və Badamlı qəsəbəsində avtomobil yollarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə kəndində körpünün bərpası davam etdirilib.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində cari ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlayıb. Bundan əlavə, iyul ayından başlayaraq Naxçıvan-Bakı-Naxçıvan marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarətini sadələşdirmək məqsədilə Naxçıvan Şəhər Avtovağzal Kompleksində və Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarəti zonaları yaradılıb. Bu da sərnişinlərin rahatlığının təmin edilməsinə, sərhədkeçmə prosesinin sürətləndirilməsinə və avtobusların mənzilbaşına daha tez çatmalarına imkan verir.

Şahbuz şəhərində aviakassa binasının tikintisi başa çatdırılıb, Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması davam etdirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən cari il avqustun 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılıb.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasının əsaslı təmiri başa çatdırılıb, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın, Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park “V” İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycana payız gəldi...

22-09-2020-17-30 Xəbərlər

Azərbaycana payız gəldi...

Azərbaycana payız fəsli daxil olub.

Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

22-09-2020-16-40 Xəbərlər

Naxçıvan: Azərbaycanın arxeoloji təməl daşı

Bu günə qədər ABŞ-ın “Eurasia Review” qəzetində Naxçıvan Muxtar Respublikası bar...

Qocaldıqca gəncləşən Şahbuz - VİDEO

22-09-2020-16-00 Xəbərlər

Qocaldıqca gəncləşən Şahbuz - VİDEO

Şahbuz. Bu ad səslənəndə yüksək dağlıq ərazilər, məhsuldar torpaqlar, zəhmətkeş ...

Muxtar respublikada vergi orqanlarına imtahanlar keçirilir

22-09-2020-15-40 Xəbərlər

Muxtar respublikada vergi orqanlarına imtahanlar keçirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər - VİDEO

22-09-2020-14-19 Xəbərlər

Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər - VİDEO

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazır...

Muxtar respublikanın energetika sahəsində qazanılmış 25 illik tarixi uğur

22-09-2020-11-32 Xəbərlər

Muxtar respublikanın energetika sahəsində qazanılmış 25 illik tarixi uğur

Bu gün dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında enerji təhlükəsizli...

Ötən günün mənzərəsi - VİDEO

22-09-2020-10-54 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

22-09-2020-09-38 Xəbərlər

Naxçıvanda tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan Qarnizonu Qoşunlarının ...

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

21-09-2020-18-02 Xəbərlər

Naxçıvan şəhərində əsaslı təmiri başa çatan binalar sakinlərə təqdim edildi

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki, Zəroş Həmzəyeva və İstiqlal küç...

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

21-09-2020-17-20 Xəbərlər

AZAL Bakı-Naxçıvan-Bakı istiqamətində reyslərin sayını artırır

Sentyabrın 26-dan etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıva...

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

21-09-2020-17-14 Xəbərlər

Xalq artisti Mənsum İbrahimov Naxçıvan televiziyasının qonağı olub - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası xalq artisti, professor Mənsum İb...

Gənc ədliyyə qulluqçuları and içdilər

21-09-2020-14-59 Xəbərlər

Gənc ədliyyə qulluqçuları and içdilər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində yerli icra və probasiya şöbə v...

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

21-09-2020-14-00 Xəbərlər

Dünya şöhrətli azərbaycanlı alim Xəlil Kələntər NDU-da vebinar keçib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Y...

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

21-09-2020-12-37 Xəbərlər

Görkəmli bəstəkarın Naxçıvan sevgisi

Tofiq Bakıxanov xalqımızın tarixi keçmişində, elm və mədəniyyətində öz yeri olan...

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

21-09-2020-11-31 Xəbərlər

Səni bu hüsnü-camal ilə görüb,şəninə dastan qoşaram, Camaldın!

Muxtar respublikada illərdir ki, həyata keçirilən quruculuq tədbirlərinə şahidik...

Sabahdan Azərbaycanda payız fəsli başlayır

21-09-2020-10-43 Xəbərlər

Sabahdan Azərbaycanda payız fəsli başlayır

Sabahdan Azərbaycana payız fəsli daxil olacaq. 

Naxçıvanda sabaha olan hava proqnozu

20-09-2020-17-14 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 21-nə gözlənilən hava proqnozu açıqla...

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

20-09-2020-15-47 Xəbərlər

Külüsdə yeni mərasim evinin tikintisi davam etdirilir

Bu gün muxtar respublikamızı bütünlüklə əhatə edən, intensiv şəkildə həyata keçi...

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

20-09-2020-15-16 Xəbərlər

Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib

Azərbaycan klassik poeziyasının görkəmli nümayəndəsi və maarifçi Seyid Əzim Şirv...

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

20-09-2020-10-15 Xəbərlər

İşçiyə əmək kitabçasının dublikatının verilməli olduğu hallar

Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənədd...

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

19-09-2020-17-42 Xəbərlər

Şahmat üzrə Sədərək rayon birinciliyinin qalibləri mükafatlandırılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunun ümumtəhsil məkt...

Naxçıvanda sabaha olan hava proqnozu

19-09-2020-16-20 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında sentyabrın 20-nə gözlənilən hava proqnozu açıqla...

Ötən günün mənzərəsi - VİDEO

19-09-2020-14-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

19-09-2020-12-26 Xəbərlər

Naxçıvanda “Milli Musiqi Günü” münasibətilə canlı konsert təşkil olunub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının ...

NDU-da Milli Musiqi Günü qeyd olunub

19-09-2020-11-27 Xəbərlər

NDU-da Milli Musiqi Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında Milli Musiqi Gününə həsr olunmu...

Gəzməyə Vətən yaxşı…

19-09-2020-09-21 Xəbərlər

Gəzməyə Vətən yaxşı…

Turizm ölkəmizin qeyri-neft sektorunda prioritet istiqamətlərdən birini təşkil e...

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

18-09-2020-17-59 Xəbərlər

Naxçıvanın informasiya blokadası sahəsindəki böyük qələbəsi

Naxçıvan Muxtar Respublikasının tarixinə 1990-cı ildən başlayaraq informasiya bl...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

18-09-2020-17-05 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib - VİDEO

Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəy...

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

18-09-2020-16-44 Xəbərlər

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini q...

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

18-09-2020-16-41 Xəbərlər

Səhiyyə fədaisi, cəfakeş həkim Əqil Mehdiyev

“Əsl xoşbəxt həkimlər ümumi ideallar naminə özünü tibb elminə həsr edənlər və ba...