Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Kimya elminə müasir baxış” adlı respublika elmi konfransı keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iştirakçıları salamlayıb və ölkəmizdə kimya sahəsində qazanılan uğurları vurğulayıb. Konfransda  Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Tofiq Əliyev korroziya proseslərinin qarşısını almaq üçün səmərəli üsullardan danışıb.

Fizika üzrə elmlər doktoru, AMEA Fizika İnstitutunun professoru İmaməddin Əmiraslanov isə  “Kristallar, kvazikristallar və türk sənəti” mövzusunda   çıxış edib. Diqqətə çatdırılıb ki, kvazikristalların kəşfi 2011-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüb. Həm də bizim üçün çox qürurvericidir ki, kvazikristal prinsipli olduğu təsdiqlənmiş ən qədim aperiodik ornament məhz Azerbaycanın Marağa şəhərindəki octaqonal prizma formalı “Gunbad-i Kabud” məqrəbəsinin divarlarını bəzəyir.    

                                       Səadət Əliyeva

www.naxcivantv.az