Yaşadığımız şəhərin harada yerləşməsindən, böyüklüyü, kiçikliyindən, meqapolisindən asılı olmayaraq onun təmizliyi, yaşıllığı, istirahət üçün yaradılan infrastrukturu çox önəmlidir.

Çünki bu gün bir sıra ekoloji məsələlərin aktuallaşdığı, qloballaşma və kürəsəl istiləşmə nəticəsində meydana çıxan problemlərin həlli təkcə təbiətin deyil, həm də insanların üzərinə düşür. İnsanlar yaşadıqları şəhərlərdə yaratdıqları yaşıllıq infrastrukturu ilə həm ekoloji tarazlığı saxlayır, həm də vətəndaşların və turistlərin istirahətini də təmin edir. Bu gün dünyanın demək olar ki, əksər ölkələrinin insanları gəzmək üçün üz tutduqları şəhərlərin daha çox təbiət və tarixi abidələri ilə maraqlanırlar. Turizm hər necə olursa olsun, son məqamda insan səhhətinin qorunması, fiziki və zehni istirahəti üçün nəzərdə tutulur. Yəni hər kəs ilk növbədə öz sağlamlığı və mənəvi rahatlığı üçün səyahətə çıxır. Ona görə də müasir dünyada turizmdən gəlir götürmək, bu sahədə uğur qazanmaq istəyənlər sadəcə bu faktoru nəzərə alır və öz ölkələri, şəhərləri üçün ilk növbədə yaşıllıq sahələri, ekoloji ərazilər yaratmaqla dünyanın diqqətini cəlb edir.

Öz qədim tarixi və coğrafi abidələri ilə fərqlənən Naxçıvanımızda son illər geniş şəkildə həyata keçirilən turizm və yaşıllaşdırma siyasətinin də arxasında məhz bu məqamlar dayanır. Bu da bir faktdır ki, tarixən kontinental iqlimdə yerləşən Naxçıvanda yaşıllıq zolaqları çox az olub. Bu əslində təbii və coğrafi faktorlardan asılı olan bir haldır. Lakin muxtar respublikada insanların təbiətə göstərdiyi diqqət və qayğı yaxşı mənada  “təbiətin şıltaqlığına meydan oxuma”dır. Çünki son 20-25 ildə Naxçıvanda reallaşdırılan yaşıllaşdırma proqramı və bununla bağlı geniş layihələr bəlkə də dünyanın heç yerində həyata keçirilmir. 25 il ərzində muxtar respublikanın ümumi ərazisini əhatə edən yaşıllıq sahəsinin 0,4 faizdən 20 faizə çatdırmaq əsl fədakarlıq və qətiyyət nümunəsidir. Digər maraqlı fakt isə odur ki, bu yaşıllıqlar qorunur və dayanmadan genişləndirilir. Bundan əlavə yaradılan yaşıllıqlar sadəcə şəhər ətrafı və ya kəndlərin boş sahələrində, dağ yamaclarında salınan meşə zolaqları deyil, həm də rahat park və istirahət guşələri kimi də insanların rifahı, rahatlığı, istirahəti üçün yaradılır.

Naxçıvana gələn əcnəbi turistlərin diqqətini çəkən sahələrdən biri də məhz budur. Yayda 40 dərəcə isti və qışda bəzən mənfi 30-40 dərəcə şaxta qeydə alınan Naxçıvan iqlimində salınan yaşıl parklar və meşələr qonaqlar üçün sadəcə fantastik bir haldır. Çünki onlar etiraf edirlər ki, bu qədər şaxtaların və istilərin olduğu digər ölkələrdə ya səhralıq, ya da əbədi buzlaqlarla assosiasiya olunur. Naxçıvanda isə tamamilə başqa mənzərə ilə rastlaşan turistlər heyrət və maraqlarını gizlədə bilmirlər. Bu artıq Naxçıvanda yaşayan vətəndaşın təbiətə, coğrafiyasına, torpağına və ən əsası gələcəyinə göstərdiyi sevgi, qayğıdır.

Dünənki gün...

Etiraf edək ki, 1990-cı illərin gəncləri kimi Naxçıvanda o zaman qismətimizə yalnız bir neçə park düşmüşdü. Böyük bağ və Əcəmi seyrəngahı. Oralar da ətrafdakı məhəllələrin “cayıllarına məxsus idi”. Yəni kimsə, hansısa gənc oğlan və ya qız buradan keçəndə ona söz atılması qaçılmaz idi. Hətta bəzən mübahisələrə və davalara səbəb olacaq dərəcədə kobudluqlara rast gəlirdik. Bir zaman uşaqların ən sevimli əyləncə yeri olan “Uşaq şəhərciyi” isə sadəcə açıq səma altında geniş bir bazar idi. Uşaqların əyləndiyi yerlər müxtəlif mallar, məhsullar, ərzaq və tərəvəz satılan piştaxtalara çevrilmişdi. Yolların kənarlarında olan “budka-dükanlar”da nəinki alver edilir, hətta antisanitariya şəraitində iaşə xidməti də göstərilirdi. Bişirilən kababların tüstüsündən şəhərdə az qala nəfəs almaq olmurdu... Əslində bu o zaman parklara göstərdiyimiz münasibət idi. Laqeydlik, biganəlik və bir qədər də etinasızlıq. Sən demə bunlar bir anda hər şeyi dağıda bilərmiş. Halbuki, parklar həmişə mədəniyyət nümunəsi hesab olunub.  Sevindirici hal isə odur ki, indi biz 1990-cı illərin bu faktları ilə bağlı keçmiş zaman şəkilçisi ilə yazırıq.

Bu gün isə...

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində “Sahil Parkı”nın yaradılması haqqında Sərəncam imzaladı. Bəlkə də indiki gənclər üçün bu Sərəncamın imzalanması adi bir haldır. Çünki onlar sürətli iqtisadi inkişafın  elə bir dövründə yaşayırlar ki, az qala hər ay qurub-yaratmaqla, uzağa hesablanan geniş layihələrin reallaşması ilə bağlı mühüm Sərəncamlar və onların az zamanda icrası adi hal alıb. Etiraf edək ki,  indi Naxçıvanda gedən və bütün sahələri əhatə edən inkişaf o qədər sürətlidir ki, bəzən onun intensivliyi ilə ayaqlaşmaqda media belə gecikir. Söhbətdən kənarlaşmayaq. “Sahil Parkı”ndan danışırdıq.

Parklar təkcə istirahət və əyləncə mərkəzi deyil, həm də əhalinin yaşayış səviyyəsinin göstəricisi, bir qədər də açıqlasaq, dövlətin vətəndaşa göstərdiyi qayğısıdır. Qeyd etdiyimiz kimi Naxçıvanın sürətli iqtisadi inkişafı zamanın reallığıdır. Bu iqtisadi inkişafın əsas qüvvəsi isə təbii ki, vətəndaşlardır. Yaxşı istirahət, yaxşı əhval-ruhiyyə, sabaha inam və fərəhli iş əmsalı deməkdir. Bu müasir dünyamızda danılmaz faktdır. Muxtar respublikada istər Naxçıvan şəhərində, istərsə də rayon mərkəzlərində yaradılan istirahət guşələri bütövlükdə həmin yerlərin simasını dəyişməklə yanaşı şəhərsalma mədəniyyətinin tarixilik və müasirlik ənənələri əsasında inkişafında yeni mərhələ yaradır. Həmçinin fəaliyyəti yaxşılaşdırılan istirahət və xidmət sahələri əhalinin asudə vaxtının səmərəli təşkilinə də şərait yaradır.

Parklar həm də sosial ortamın daha da genişlənməsi, ünsiyyət üçün görüş meydanıdır. Digər tərəfdən isə abadlıq və təmizlik, cəmiyyətin sosiallaşması üçün vacib amildir.  Ən önəmlisi isə şəhər mühitində üz tutduğumuz, gəzib-dolandığımız, özümüzü təbiətin bir parçası hiss etdiyimiz  və həmişə ehtiyacımız olan ana  təbiətin qoynudur.  

Naxçıvan şəhərində, çay sahilində 20,6 hektar ərazini əhatə edən “Sahil Parkı” da məhz bu məqsədlərə xidmət edəcək. Maraqlı faktlardan biri də budur ki, “Sahil Parkı”nın yaradılacağı ərazi Naxçıvançayın sahilindədir. Bundan sonra müasir istirahət guşəsi kimi naxçıvanlıların sevimli məkanına çevrilən, musiqili, əyləncəli konsert proqramlarına ev sahibliyi edəcək bu yerlər biz zaman gözdən uzaq, kol-kosla örtülü, səliqəsiz bir çay qırağı idi. Amma yenə də insanların təbiətə yaradıcı münasibəti burada da hər şeyi dəyişdi. Necə deyərlər, 1990-cı illərin qaranlıq və hətta adamlarda bir qədər xof yaradan yerlərinə 21-ci əsrdə həqiqi və rəmzi mənada işıq tutuldu.

İndi bizə bir şey qalır-o da gərgin, qayğılı iş saatlarından sonra Naxçıvançayın kənarında yaradılan  yeni “Sahil Parkı”nda ailəliklə, doğmalarla, dostlarla istirahət etmək!

Səməd Canbaxşiyev

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir

27-01-2020-18-58 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzr...

Abituriyentlər üçün seminarlara başlanıb

27-01-2020-17-29 Xəbərlər

Abituriyentlər üçün seminarlara başlanıb

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi...

Xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

27-01-2020-16-20 Xəbərlər

Xəstəliklərin qeydə alındığı ölkələrdən Azərbaycana diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə bi...

Ehtiyat zabit hazırlığı kursuna qəbul başlayır

27-01-2020-15-38 Xəbərlər

Ehtiyat zabit hazırlığı kursuna qəbul başlayır

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi...

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başlayıb

27-01-2020-14-00 Xəbərlər

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat başlayıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanın...

AMEA Naxçıvan Bölməsində “Gəmiqaya” adlı qəzet nəşr ediləcək

27-01-2020-12-06 Xəbərlər

AMEA Naxçıvan Bölməsində “Gəmiqaya” adlı qəzet nəşr ediləcək

Bölmənin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, AMEA-nın Naxçıva...

İpoteka kreditləri hesabına ötən il 79 ailə mənzil sahibi olub - VİDEO

27-01-2020-11-47 Xəbərlər

İpoteka kreditləri hesabına ötən il 79 ailə mənzil sahibi olub - VİDEO

Muxtar respublikada ipoteka kreditlərinin verilməsi davam etdirilir.

Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlanır

27-01-2020-11-26 Xəbərlər

Ordubadda yetişdirilən meyvələrdən keyfiyyətli qənnadı məhsulları hazırlanır

NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Vənənd kəndində “Ordubad Qənnadı Məmu...

Naxçıvan şəhərində ailə təsərrüfatları məhsullarının satışı mağazası açılıb

27-01-2020-11-08 Xəbərlər

Naxçıvan şəhərində ailə təsərrüfatları məhsullarının satışı mağazası açılıb

Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində ailə təsərrüfatları məhsullarını...

Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

27-01-2020-10-22 Xəbərlər

Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür

Ömrünü Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr etmiş ziyalılarım...

İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

27-01-2020-09-40 Xəbərlər

İtaliya portalında Qarabağ atları barədə məlumatlar yer alıb

İtaliyanın heyvanlar aləmi, elmi yeniliklər və baş verən maraqlı hadisələr barəd...

Naxçıvanda sabaha olan hava proqnozu

26-01-2020-18-56 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 27-nə gözlənilən hava proqnozu açıqlanı...

Yeməklərimiz və adətlərimiz: Şilə

26-01-2020-18-11 Xəbərlər

Yeməklərimiz və adətlərimiz: Şilə

- Zəhra xala, ay Zəhra xala!

Qədim yurd yerlərimiz: Yaycı

26-01-2020-12-59 Xəbərlər

Qədim yurd yerlərimiz: Yaycı

Şərur rayonunun dağlıq ərazisində Aşağı Yaycı və Yuxarı Yaycı adında iki qədim y...

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

26-01-2020-10-01 Xəbərlər

Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyə olunan Azərbaycan vətəndaşlarının bir qrupu artıq Naxçıvana çatıb

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi da...

“Soya südü”-nün əhəmiyyəti

26-01-2020-09-00 Xəbərlər

“Soya südü”-nün əhəmiyyəti

Naxçıvan Muxtar Respublikasının iqlimi və torpaqları soya bitkisinin inkişafı üç...

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

25-01-2020-22-01 Xəbərlər

Culfa rayonunda seçkilərə hazırlıq işləri yekunlaşıb

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

25-01-2020-18-53 Xəbərlər

Zəlzələ bölgəsindən təxliyə olunan tələbələr Naxçıvandan Bakıya təyyarə ilə yola salınacaqlar

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki azərbaycanlı tələbələr...

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

25-01-2020-17-21 Xəbərlər

"Təbiət" göbələk istehsalı müəssisəsi yerli tələbatı tam ödəyir - VİDEO

Culfa şəhərində fəaliyyət göstərən "Təbiət" göbələk  istehsalı müəssisəsi muxtar...

Naxçıvanda sabaha olan hava proqnozu

25-01-2020-13-44 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanı...

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

24-01-2020-17-09 Xəbərlər

Müəllim işləmək istəyənlərin 131 nəfəri keçid balını toplaya bilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

24-01-2020-14-59 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

24-01-2020-13-32 Xəbərlər

Vənənd Kənd Uşaq Musiqi Məktəbində ustad dərsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tə...

Təbiəti qoruyaq

24-01-2020-12-48 Xəbərlər

Təbiəti qoruyaq

Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvləri “Təbiəti ...

Elektron qaimə-fakturalarla bağlı yenilik

24-01-2020-12-07 Xəbərlər

Elektron qaimə-fakturalarla bağlı yenilik

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

24-01-2020-11-06 Xəbərlər

Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində bu ilki qış imtahan ses...

Naxçıvanda sabaha olan hava proqnozu

24-01-2020-10-45 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanı...

Ötən günün mənzərəsi - VİDEO

24-01-2020-10-24 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...