Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Misir Respublikasının m.gomhuriaonline.com saytında ərəb dilində “Azərbaycanın əsrarəngiz gölü ilin dörd fəslini eyni zamanda qarşılayır” başlıqlı məqalə yerləşdirilib.

Məqalənin müəllifi Bolqarıstanda yaşayan amerikalı Elison Qrindir. Ötən il  Naxçıvana səfər edən Qrin burada qarşısına çıxan  gözəlliklərlə bağlı foto və yazılarını müxtəlif internet resurslarında paylaşır. Misir saytında verilən məqalədə isə qeyd edilir ki, Naxçıvan  Azərbaycanın digər yerləri ilə müqayisədə tamamilə başqa coğrafiya və landşafta malikdir. Öz dağları və gölləri ilə məşhurdur.  Buradakı Batabat gölü ayrı bir mənzərədir. Dağların zirvəsindəki qar yazın son günlərinə qədər qalır. Bu buzlaqları əridən isti günəş şüaları və qarın yaxınlığında  bitən, gölü əhatə edən çiçəklər adamı valeh edir. Dağlardakı qar qış, gölün ətrafındakı əlvan çiçəklər isə yaz mənzərəsi yaradır. Yəni burada, eyni zamanda 4 fəsli görmək möcüzəsini yaşayırsan. Bu göl isə dağlardan əriyən buzlaqların suyu ilə qidalanır. Amerikalı turist qeyd edir ki, gölün havası çox dəyişkəndir. Çünki o dəniz səviyyəsindən 2500 metr hündürlükdə yerləşir.  “Naxçıvan şəhərindən gölə qədər olan məsafədə landşaft o qədər zəngindir ki, tez-tez dəyişən mənzərələrə baxanda bir saatlıq yolu necə getdiyinin fərqinə vara bilmirsən”,- deyə səyyah yazır. Yazı bu sözlərlə bitir: “Bu gölün sahilində gəzib gözəllikdən zövq almaq və onun şəklini çəkmək istəyənlər  özləri ilə bərabər kamera götürməyi yaddan çıxarmasınlar”.  Müəllif özü də bir neçə maraqlı foto paylaşıb.

                                                                                           Anar Tağıyev

www.naxcivantv.az