Uşaq oyuncaqlarını reklam edən bir sayta baxarkən, satışdan çıxarılan və çıxarılacaq oyuncaqlar diqqətimi çəkdi.

Bu oyuncaqların çoxu mənə tanış idi. Oyuncaqların satış bazarından yığılmasının əsas səbəbi kimi uşaqlara vurduğu ziyanlar əsas göstərilirdi. Bu səbəblə belə bir yazı yazmaq qərarına gəldim.

Bu gün Azərbaycanda da xarici ölkələrdən gətirilmiş hər cür uşaq  oyuncaqları tapmaq mümkündür. Təəssüfedici hal ondan ibarətdir ki, həmin oyuncaqların bəziləri keyfiyyətsiz materiallardan hazırlandığından uşaqların sağlamlığı üçün təhlükə yaradır. Məsələn, Polşadan, Moskvadan, Belarusdan gətirilən oyuncaqlarla Çindən gətirilən oyuncaqlar arasında kəmiyyət və keyfiyyət baxımından kəskin fərqlər özünü göstərir.

Oyuncaqlar uşağa ətraf mühiti dərk etməkdə, məqsədəyönlü fəaliyyətdə, düşüncə, nitq və emosiyanın inkişafında kömək edir.Bəzən rəngarəng, gözoxşayan oyuncaqlarla uşaqları sevindirmək istəyi mənfi nəticələrə səbəb ola bilir. Buna görə də “oyuncaqdır” deyib məsələnin üzərindən keçmək heç də düzgün deyil. Çünki bu gün satışda olan uşaq oyuncaqlarının əksəriyyətinin keyfiyyət göstəriciləri aşağıdır. Oyuncaqlar plastmas, ağac, rezin, parça, karton və s. kimi materiallardan hazırlanır. Parçadan hazırlanan oyuncaqlar uşaqlar üçün daha təhlükəsizdir. Bu materialdan hazırlanan oyuncaqları uşaqlar özünə rahat sıxa, qucaqlaya bilər. Plastmas, rezin oyuncaqlar təhlükəsiz olsalar da, kimyəvi tərkibi mənfi fəsadlar yaradır. Metal və ağac materiallarından hazırlanan oyuncaqların uşaqları zədələmə təhlükəsi var.

Uşaq oyuncaqları 3 əsas tipə – qızlar üçün, oğlanlar üçün və universal oyuncaqlara bölünür. Qız və oğlan oyuncaqları gələcəkdə onların görə biləcəyi işləri xarakterizə edir. Universal oyuncaqlar isə uşaqların birtərəfli inkişafı, onların məntiqi düşüncəsinin formalaşması baxımından zəruridir.

Oyuncaqların hər zaman məsum olmadığını unutmamaq lazımdır. İnsan sağlamlığına zərər verdiyi təsbit edilən uşaq oyuncaqları da mövcuddur. Bu oyuncaqlar çox keyfiyyətsiz istehsal olunur. Bəzi saytların yaydığı məlumatlara görə bir çox oyuncaq təkrar istehsalata cəlb olunmuş məhsullardan əldə edilir. Bu isə bir çox zərərli maddəni özündə cəmləşdirir.

Rusiyada aparılan elmi araşdırmada, ucuz olduğundan rəğbət görən bu cür oyuncaqların insansağlamlığına mənfi təsirləri ortaya çıxıb. Vətəndaşlar satın aldığı bu məhsulların üzərində, ya da qutusunda beynəlxalq standartlara uyğunluğu göstərən “CE” işarəsini axtarmalıdırlar. СЕ işarəsi ilə markalanma (fransız dilində Сonformite Europeenne) məhsulların və xidmətlərin Avropa direktivlərinin tələblərinə cavab verdiyini təsdiqləyir və hərfi tərcümədə "Avropa Uyğunluğu" mənasını verir. СЕ  markalanması əslində məmulatın Avropa reqlamentlərinə müvafiq olaraq hazırlandığını göstərən onun texniki pasportudur. СЕ  işarəsi ilə nişanlanan mal əsas tələblərə, yəni təhlükəsizlik, ekoloji təmizlik tələblərinə cavab verdiyi üçün heç bir problem olmadan AB ölkələrinin bazarlarına göndərilə bilər. 

Ucuz iş qüvvəsi və xammal üstünlüklərindən faydalanaraq əldə olunan mallar dünyanın dörd bir tərəfindəki bazarlara nüfuz edib. Bu cür oyuncaqların sağlamlığa zərərli olduğu üçün  milyonlarlası ABŞ-da satışdan çıxarılıb, Türkiyədə isə 768 məhsulun təhlükə ehtiva etdiyi bildirilib.  ABŞ-da məktəbəqədər uşaqlar üçün nəzərdə tutulan 967 min oyuncağın üzərinə vurulmuş boyada toksiki maddələr aşkar edilib.

Avropa Birliyi Komissiyasıbu cür oyuncaqların potensial olaraq ölüm təhlükəsi saçdığından bəhs edib. Amerika oyuncaq şirkəti Mattel milyonlarla oyuncağı bazardan çıxarmış, komissiya istehsalçılar və səlahiyyətliləri daha oyanıq olmağa dəvət etmişdir. ABŞ-ın oyuncaq nəhəngi Mattel, uşaq sağlamlığına ciddi təhdid meydana gətirdiyi üçün 18 milyon oyuncağı da satışdan yığışdırıb.

Şirkətin saytına daxil olduqda görürük ki, firma yenə də bir çoxoyuncağı satışdan yığmağa hazırlaşır. Oyuncaqların boyasında həddindən artıq dərəcədə qurğuşuna rast gəlinməsi və məhsulların bəzilərində maqnitlərin asanca çıxa biləcək halda olması firmanın bu cür addım atmasına səbəb olmuşdur.  Bu isə uşaqlar üçün ciddi təhlükə saçır.

Bəzi ölkələrin istehsal etdiyi bütün oyuncaqlar keyfiyyətsiz deyil, lakin görünür bəzi ölkələrə ixrac kəmiyyəti keyfiyyətdən daha çox ön planda olur. Kəmiyyət amili isə heç vaxt keyfiyyətdən üstün ola bilməz.Kəmiyyət amili ixrac dəyərinin artımı baxımından məhsulu istehsal və ixrac edən ölkəyə yüksək mənfəət gətirərkən, o keyfiyyətsiz məhsulu idxal edən ölkəyə küllü miqdarda zərər dəyir.

Uşaq oyuncaqlarının alınmasında valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Onlar bu məsələdə diqqətli olmalıdırlar.

Nərgiz İsmayılova

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq kəndi bir ailənin təəssüratlarında

08-12-2019-18-55 Xəbərlər

Ağbulaq kəndi bir ailənin təəssüratlarında

Ağbulaq bütün fəsillərdə ayrı-ayrı gözəlliyə qərq olur.

Naxçıvanda sabaha olan hava proqnozu

08-12-2019-15-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında dekabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Qədim türk rəsm sənəti-Ebru

08-12-2019-14-40 Xəbərlər

Qədim türk rəsm sənəti-Ebru

Yadımdadır... Babamın bir dostu var idi. Uşaq olduğum üçün hətta adını da unutmu...

Çubuqdan hazırlanan məişət əşyaları

08-12-2019-12-15 Xəbərlər

Çubuqdan hazırlanan məişət əşyaları

Yarandığı gündən insanlar öz yaşayışını təmin etmək üçün sadədən mürəkkəbə doğru...

Culfada yeni qurulucuq ünvanları

08-12-2019-11-33 Xəbərlər

Culfada yeni qurulucuq ünvanları

Muxtar respublikamızda həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri Culfa...

Palçığa batan gödəkçə

08-12-2019-11-02 Xəbərlər

Palçığa batan gödəkçə

İl 1998. Yenə fəsillərdən qışdı. Şaxtalı bir dekabr səhəri, anam məni oyadır ki,...

Payızın son büsatı

08-12-2019-10-31 Xəbərlər

Payızın son büsatı

Yayda coşub çağlayan ana təbiət  yaşıl örpəyini üstündən atıb.

Dağ kəndlərimiz ağ örpəyə büründü

08-12-2019-09-29 Xəbərlər

Dağ kəndlərimiz ağ örpəyə büründü

Bir neçə gündür Culfa rayonunun dağ kəndlərinə qar yağıb.

Fazil Ələkbərov Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib

06-12-2019-19-53 Xəbərlər

Fazil Ələkbərov Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümay...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

06-12-2019-19-22 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tü...

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvanda - VİDEO

06-12-2019-18-57 Xəbərlər

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvanda - VİDEO

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza T...

Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

06-12-2019-18-30 Rəsmi

Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin m...

Qış mövsümündə ehtiyatlı olaq

06-12-2019-18-17 Xəbərlər

Qış mövsümündə ehtiyatlı olaq

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Özgüvənin həyatımızdakı rolu müzakirə olunub

06-12-2019-17-53 Xəbərlər

Özgüvənin həyatımızdakı rolu müzakirə olunub

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində gənclərə “Fərdi inkişaf təli...

Mülki müdafiə işinin təşkili ilə bağlı yekun tədbir keçirilib

06-12-2019-16-06 Xəbərlər

Mülki müdafiə işinin təşkili ilə bağlı yekun tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata gö...

Bu ilin ötən dövründə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 800-dən çox elmi əsəri çap olunub

06-12-2019-14-42 Xəbərlər

Bu ilin ötən dövründə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 800-dən çox elmi əsəri çap olunub

2019-cu ildə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 18 monoqrafiyası, 8 kitabı, 1 ...

Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub

06-12-2019-14-00 Xəbərlər

Naxçıvanda Hüseyn Cavidin anım günü qeyd olunub

Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lid...

Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

06-12-2019-13-32 Xəbərlər

Məktəblilər Heydər Əliyev Muzeyini ziyarət ediblər

NUHÇIXAN xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və...

Yüksəkixtisaslı kadrlar hazırlanır

06-12-2019-12-49 Xəbərlər

Yüksəkixtisaslı kadrlar hazırlanır

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir

06-12-2019-12-28 Xəbərlər

Hakimlər Komitəsinin sədri Naxçıvanda səfərdədir

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) H...

Ötən günün mənzərəsi - VİDEO

06-12-2019-11-23 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib

06-12-2019-11-02 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO

05-12-2019-21-20 Xəbərlər

“Naxçıvan” Universitetinin rektoru kollektivə təqdim olundu - VİDEO

Dekabrın 5-də “Naxçıvan” Universitetinin rektoru vəzifəsinə təyin edilən Nurlana...

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub

05-12-2019-19-32 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fa...

Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM

05-12-2019-17-54 Rəsmi

Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də Nu...

Ekskursiya işinin təbliği diqqət mərkəzində

05-12-2019-16-57 Xəbərlər

Ekskursiya işinin təbliği diqqət mərkəzində

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin ...

Gülüstan türbəsində açıq dərs

05-12-2019-15-53 Xəbərlər

Gülüstan türbəsində açıq dərs

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetinin tələbələri üçün Gülüstan tür...

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

05-12-2019-12-24 Xəbərlər

Naxçıvanda Beynəlxalq Könüllülər Günü qeyd olunub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatç...

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

05-12-2019-12-01 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

05-12-2019-11-42 Xəbərlər

Naxçıvan cüdoçusu birinciliyin qalibi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yeti...