Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Soyuducu anbarlara  məhsul qəbulu davam etdirilir 

Naxcivantv.az xəbər verir ki, hazırda  muxtar respublikada 29 soyuducu anbar kompleksi fəaliyyət göstərir. Bu komplekslərin yaradılmasının əsas hədəfi muxtar respublika əhalisini qış mövsümündə keyfiyyətli meyvə-tərəvəz məhsulları ilə təmin etmək, məhsul bolluğu yaratmaq və idxalın qarşısını almaqdı.

Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2016-cı ilin ötən dövrü ərzində Şərur rayonunda ümumi tutumu 1000 ton olan 4 soyuducu anbar istifadəyə verilib. 1-ci növ kartof 40 qəpikdən, 2-ci növ kartof 25 qəpikdən, əla növ soğan 40 qəpikdən, 1-ci növ soğan 35 qəpikdən, 2-ci növ soğan 25 qəpikdən, əla növ alma 80 qəpikdən, 1-ci növ alma 50 qəpikdən, 2-ci növ alma isə 30 qəpikdən anbarlara qəbul edilir. Anbarlar fermer və kənd əməkçilərinə  icarəyə də verilir.

Orxan Əzimov 

NTV xəbər

www.naxcivantv.az