Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, gənclərin Cəmşid Naxçıvanski Muzeyinə ekskursiyaları davam edir. Növbəti dəfə təşkil edilən ekskursiyada gənclərə muzeyin guşələri, nümayiş etdirilən çoxsaylı eksponatlar barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat var. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Burada həmçinin Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən tədqiqat materialları və tarixi sənədlər sərgilənir. Sərkərdənin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, nümayiş olunan orden və medallar, müxtəlif sənədlər, məktub və əlyazmalar  qonaqlar tərəfindən maraqla qarşılanıb.

 Mahmud Hüseynov

www.naxcivantv.az