Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da sürətli inkişafın, geniş quruculuq və abadlıq işlərinin bəhrələrini görürük.

Muxtar respublikamızın bütün bölgələri kimi Culfa rayonuda da ilbəil öz simasını dəyişir, kəndlərimiz abad və yaraşıqlı ünvanlara çevrilir. Rayonumuzun simasını dəyişən, abad məkana çevrilən kəndlərindən biri də dağlar qoynunda yerləşən, sinəsində müxtəlif dövrlərin tarixini, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaşadan Xanəgahdır.
    
Xanəgah kəndinin yaranma tarixi çox-çox qədimlərə aid edilir. Bu  ərazidə yerləşən məscidlər, kəhrizlər, qalalar, nişangahlar, istehkamlar ulularımızın həyat və yaşayış tərzini, inam və etiqadlarını, dini-ideoloji görüşlərini əks etdirməklə bərabər bu yerlərin qədim tarixə malik olduğunu təsdiqləyir. Tarixliyi müasirliyə qovuşan Xanəgah kəndi ilin bütün fəsillərində öz gözəlliyini qoruyub saxlayır. Başı duman çalmasına bürünəndə də gözəldir, qoynuna günəşin zəri ələnəndə də, bağ-bağatı yaşıl donunu dəyişib qızılı paltar geyəndə də. Payız fəsli olduğundan bağ-bağçada olan ağaclar yavaş-yavaş qızılı donunu geyir. Təbiətin bu halında yaranan mənzərə isə bu yerlərə xüsusi gözəllik bəxş edir.

Vaxtilə yadellilərdən qorunmaq üçün Əlincə qalasının ətəyinə sığınmış Xanəgah indi geniş bir ərazini əhatə edir, günbəgün böyüyür, öz simasını dəyişərək insanları qırılmaz tellərlə bu yurd yerinə bağlayır.

Çeşməbasar-Boyəhməd yolu ilə irəliləyib Xanəgah kəndinə yaxınlaşanda qarşıda tarixə şahidlik edən əzəmətli Əlincə qalası canlanır. Elə bil bu qala göylərə boylanıb Naxçıvanın bugünkü intibahını car çəkmək istəyir. Əsrlərin keşməkeşindən məğrurluqla çıxan Qalanın  naxışlanmış daşları düşmən üzərinə od ələyən Vətənin igid övladlarının əbədiləşmiş heykəlini xatırladır. Əlincə qalasına baxdıqca qüdrət və qəhrəmanlıq, əyilməzlik və şöhrət rəmzi ilə qarşılaşırsan.

Dağların zirvəsində tarixə şahidlik edən Qalaya  baxdıqca igidlərimiz yada düşür. "Kitabi-Dədə Qorqud" dastanından "Uşun Qoca oğlu Səgrəyin boyu"nu xatırlayıram. Qorqud atamız bu yerlərdə qəhrəmanlıq göstərən oğuz igidlərinə boy-boylayıb. Bu yurd yerimiz Dədə Qorquddan bəri dönməzləşib, qürurlu babalarımız kimi ulu olub.   

Bu kəndə yaxınlaşdıqca dağların qoynunu bəzəyən bağ-bağatın içində uyuyan bu yurd yeri daha geniş, daha yaraşıqlı görünür. Əlincə çayının sağ sahilində yerləşən, hər şeydən əvvəl Xanəgah kəndinin çoxəsrlik tarixi abidələri diqqəti cəlb edir. Kəndin şərqində isə hürufilik təriqətinin banisi Fəzlullah Nəiminin qəbirüstü abidəsi görünür. Abidə kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2006-cı ildə əsaslı şəkildə təmir olunub, xalqın ziyarətgahına çevrilib.   

Kəndin Əlincə qalanın ətəyində yerləşən hissəsində XIV əsr yadigarı, el arasında "Şah hamamı" adlanan möhtəşəm Dərvişlər abidəsi, XIII əsrə aid edilən məscid, sərdabələr, qədim qəbiristanlıq diqqəti cəlb edir. Doğru deyiblər ki, xalqın kimliyini bilmək üçün ilk növbədə onun tarixi abidələri nəzərə alınmalı və araşdırılmalıdır.  

Əlincə çayı üzərində salınmış körpüdən bir daha Xanəgah kəndini seyr edirəm. Kəndin insana xoş təsir bağışlayan gözəl mənzərələri məni özünə bağlayır. Dağların qoynundan boylanan payız günəşi Əlincə çayını bir güzgü kimi işıqlandırır.

Rayon mərkəzindən 35 kilometr məsafədə yerləşən Xanəgah kəndinin ümumi sahəsi 2157 hektardır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq, arıçılıq və bağçılıqdır. Muxtar respublika rəhbərliyinin göstərdiyi qayğı və diqqət nəticəsində Xanəgah kəndində də insanların torpağa bağlılığı köklü şəkildə artıb.

Bu gün Xanəgahın təsərrüfat adamları, torpaq mülkiyyətçiləri öhdələrində olan pay torpaqlarının qədrini bilir, onu  əkib-becərməklə özlərinə xoş gün-güzəran qururlar. Kəndin əkin sahələrində bu gün qaynar həyat yaşanır. Traktorların gur səsi göz işlədikcə uzanan Çətəndaş, Orta Güney, Yarpaqlı düzlərində, dağlarda əks olunur, torpaq şumlanaraq əkinə hazırlanır. Çətəndaşdakı Qaralar bulağının suyu, deyilənə görə, böyrək üçün çox faydalıdır. Bu suyun müalicəvi əhəmiyyəti bir çox insanlara şəfa bəxş edib. Kəndin ərazisində yerləşən Həsən, Cəfər və Daşarası çeşmələrinin suyu da min bir dərdin dərmanıdır, xəstələrə məlhəm olub, şəfa gətirib. Daşarası çeşməsinin suyu yel, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində əvəzsizdir. Bu yerlər kənd turizmi üçün çox əlverişlidir. Kənddəki bağlar, Əlincə çayı sahillərində, yol kənarlarında əkilmiş ağaclar bu qədim yurd yerinə özgə bir füsunkarlıq bəxş edib.

Kənd sakinləri ilə söhbətdən aydın oldu ki, bu yerlərdə nadir ağaclar sayılan istiot və sumax ağacı bitir. Əlincə çayının sahilində, su arxlarının kənarlarında əkilmiş müxtəlif meyvə ağacları insan nəvazişindən daha da pöhrələnərək qol-budaq atıb, kəndin təbii mənzərəsinə yeni bir gözəllik bəxş edib.   

Xanəgahda içməli və suvarma su problemi də həll olunub.  Kəndin cənub hissəsindəki həyətləri suvarmaq üçün Əlincə çayından kaptaj üsulu ilə 800 metr məsafədən 400 millimetrlik plastik borularla suvarma suyu çəkilib.
 
2003-cü ildə Xanəgah kəndində müasir memarlıq üslubunda 288 yerlik ikimərtəbəli məktəb binası tikilərək şagird və müəllimlərin ixtiyarına verilib. 2010-cu ildə məktəb əsaslı şəkildə yenidən təmir olunub və müasir avadanlıqlar, kompüter dəsti, elektron lövhə, fənn kabinələri üçün vəsaitlərlə təchiz olunub. Məktəbin geniş idman zalı, fənn kabinələri, sinif otaqları gənclərin sağlam böyüməsinə, təhsilin səviyyəsini yüksəltməyə təminat yaradır. Kənddə aparılan quruculuq tədbirləri sırasında Əlincə çayı üzərində salınan körpü, kənddaxili yolların genişləndirilərək asfaltlanması mühüm işlərdəndir. Ötən təsərrüfat ilində bərəkətli torpaqlardan bol məhsul əldə edən Xanəgahın təsərrüfat adamları cari ildə də əkin kampaniyasında fəallıq nümayiş etdirirlər. Cari ilin payızında 70 hektara qədər sahədə şum qaldırılıb.   

Xanəgah kəndinin geniş örüşlə zəngin olması burada heyvandarlığın inkişafına   müsbət təsir edən amillərdəndir. Bu yurd yerində hər bir ailə mal-qara saxlayır, onların sayı ildən-ilə artırılır.

Kənd sakinləri arıçılıqdan əldə etdikləri qazancla öz ailələrinin maddi vəziyyətini yaxşılaşdırırlar. Təsərrüfatçılarımız əziyyətə qatlaşıb arı ailələrinin sayını ilbəil artırır, bu gəlirli təsərrüfatı  genişləndirirlər.  

Son illər Xanəgah kəndinin sakinlərinləri  ev şəraitində limon ağaclarının becərilməsinə üstünlük verirlər. Qeyd  edim ki, Xanəgah limonu öz ətri və keyfiyyəti ilə heç də Ordubad limonundan geri qalmır.
    
Bu qədim yurd yerində əhalinin normal yaşaması üçün hər cür şərait yaradılıb. Kənddə 200 yerlik ATS-in quraşdırılması, kənd sakinlərinin daimi elektrik enerjisi və mavi yanacaqla təmin olunması onların məişət şəraitini yaxşılaşdırıb. Sakinlər kənddəki məişət xidmətindən də razılıq edirlər.

                                                                 Əliyar Əliyarlı

                                                            “Arazın səsi” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

20-11-2019-19-28 Rəsmi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Naxçıvanda sabaha olan hava proqnozu

20-11-2019-18-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

20-11-2019-17-50 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

20-11-2019-15-31 Xəbərlər

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial iş ixtisası üzrə IV kurs tələbələri...

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

20-11-2019-14-28 Xəbərlər

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

Naxçıvan Musiqi Kollecində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrin...

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

20-11-2019-12-22 Xəbərlər

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondu muxtar r...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

20-11-2019-11-16 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Ötən günün mənzərəsi - VİDEO

20-11-2019-10-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2019-16-49 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

19-11-2019-16-11 Xəbərlər

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət...

Nakhchivan news - VİDEO

19-11-2019-14-52 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

19-11-2019-14-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Ötən günün mənzərəsi - VİDEO

19-11-2019-12-47 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

19-11-2019-12-05 Xəbərlər

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ail...

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

19-11-2019-11-01 Xəbərlər

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərb...

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

19-11-2019-09-00 Xəbərlər

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən...

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18-11-2019-16-08 Rəsmi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası ...

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

18-11-2019-13-51 Xəbərlər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin ...

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

18-11-2019-13-28 Xəbərlər

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş...

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

18-11-2019-12-40 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

18-11-2019-10-58 Xəbərlər

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

Noyabrın13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan B...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

17-11-2019-18-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

17-11-2019-17-43 Xəbərlər

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

«Şərur» adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır.

Hər qarışı cənnət məkanım

17-11-2019-16-59 Xəbərlər

Hər qarışı cənnət məkanım

Deyirlər hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə elə buna görədir ki, dünyad...

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

17-11-2019-14-57 Xəbərlər

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

Statistik məlumat: 1 sentyabr 2019-cu il tarixə olan məlumata görə, Naxçıvan şəh...

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

17-11-2019-14-00 Xəbərlər

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

Elektroenergetikanın inkişafına təkan

Bu şəhərin payızı

17-11-2019-10-25 Xəbərlər

Bu şəhərin payızı

Bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, ...

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

17-11-2019-00-00 Xəbərlər

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasın...