Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır.

Məmməd Araz dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərlə ədəbiyyatımızın nəhəngidir. Görkəmli şair həm də milli-azadlıq ideyalı əsərləri ilə istiqlal şairi kimi  əbədi şöhrət qazanıb.

“Məni  şeirimdə gəz bir insan kimi, qəlbimdə nə varsa, ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, kağızdan, qələmdən gizlətməmişəm”, -deyən şair səmimi və zəngin bir yaradıcılığa malikdir. Məmməd Arazın yaradıcılığında vətən  sevgisi, vətənpərvərlik, ümumiyyətlə, azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü  Vətəndən başlayıb, Vətəndə də bitir. “Ürəyimsiz kəlimə yazan deyiləm”, -deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu  əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Onun əsərləri ilə yaxından tanış olduqca açıq-aydın duyulur ki, Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız Vətən dayanır.

Ana yurdum, hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır.

Bu misraları yazan şair üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm də o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”,-deyə vətəndaşlıq konsepsiyasını irəli sürüb. Buna görə də:

     Vətən mənə oğul desə, nə dərdim,

     Mamır olub qayasında bitərdim.

     Bu torpaqsız harda, nə vaxt, nə dərdim

     Xəzanımdır, xəzanımdır, xəzanım.

-deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. Məmməd Araz Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmi ilə mübarizə aparırdı.

Milli poeziyamızın iftixarı olan şair haqqında yazarkən düşünürəm ki, Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək mümkün deyil. Azərbaycan azərbaycanlıların şəriksiz vətəni olduğu kimi, Məmməd Araz yaradıcılığı da  xalqımızın şəriksiz poeziyasıdır, ədəbiyyat, bədii düşüncə və təfəkkürünün vətənidir. Bu da ondan irəli gəlir ki, bu poeziyada hər bir oxucu öz hisslərini, düşüncə və təfəkkürünü görür, dərk edir, özünü bir çox məqamlarda Məmməd Araz yaradıcılığı ilə ifadə edir. Buna görə də ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin böyük və əvəzsiz hamisi ümummilli liderimiz Heydər Əliyev Məmməd Araz poeziyasına, onun fəlsəfəsinə  və bəşəri dəyərinə çox yüksək qiymət verərək  deyib: “Xalq şairi Məmməd Araz millətimizin mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda yorulmadan çalışaraq qədim və zəngin ənənələrə malik milli poeziyamıza gözəl töhfələr vermişdir. Şairin dərin fəlsəfi məzmunlu lirikası çağdaş Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, Məmməd Araz istedadının, təfəkkürünün bəhrələri olan yüzlərlə şeir milyonların qəlbinə yol taparaq əbədi məskən salmışdır. Təkcə rəsmi təltifləri- Xalq şairi, Əməkdar İncəsənət xadimi fəxri adları, dövlət mükafatı deyil, bənzərsiz sənətindəki millilik, xəlqilik, ənənəyə sədaqət və novatorluq ona xalq məhəbbəti qazandırmışdır.”

Bu da bir həqiqətdir ki, ən böyük məslək daşı, silinməz, pozulmaz tarixi yaddaş xalqın qəlbidir, xalqın tribunasıdır. Xalqın əvəzedilməz şairi olan Məmməd Araz hələ yaradıcılığının ilk illərində yazdığı şeirlərindən birində bu həqiqətə böyük inam bəsləmiş və yazmışdır:

       Elin nəfəsidir ən böyük əsər, 

      Duysam da, özümü öyə bilmərəm.

      Yüz bülbül səsi də mənə versələr,

      Elsiz bir nəğməmi deyə bilmərəm.

Ədəbiyyatımıza tükənməz el məhəbbəti, el sədaqəti ilə gələn Məmməd Araz xalq mənəviyyatının dərinliyinə vardıqca ədəbiyyat yolunun yolçusu oldu.

Zamanın kəsişən və kəsişməyən nöqtələrində bütün ömrü boyu “hər adi ölçüyə, ülgüyə gəlməyən” Məmməd Araz ədəbiyyata, böyük poeziyaya bütöv Vətən kimi baxırdı. Çünki hər bir xalqın Vətəninin sərhədləri onun sözünün sərhəddindən başlanır və bu sərhədlə də bitir. Sözün sərhəddində xalqın mənəviyyatından,  onun fikir və düşüncəsinin gücündən mayasını tutur. Məmməd Araz böyük sözün – Vətənin sərhəddində həmişə alınmaz bir səngər, basılmaz ordu gücünə malik olan söz mülkünün tacidarıdır.

Bildiyimiz kimi, hər bir şairin, eləcə də  yaradıcılıqla məşğul olan hər bir insanın ədəbi və əzəli bir ilham mənbəyi var. Xalqımızın əvəzedilməz şairi olan  Məmməd Arazın isə başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən  və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycanımızdır. O Azərbaycan ki, “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”, o  Azərbaycan ki, onun “Hər  daşından alov dilli ox ola bilər” və o Azərbaycan ki, məqamında kükrəyən, məqamında “yatmış qoca vulkandır”.

Ümummilli liderimiz Heydər Əliyevin fəxr və qürur hissi ilə bütün gəncliyimizə təlqin etdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” milli və mənəvi düşüncə tərzi Məmməd Araz poeziyasının mayasını, ana xəttini təşkil edir.

Məmməd Araz da bütün xalqına, millətinə, həmçinin bu millətin, bu Vətənin əzəli və ədəbi düşmənlərinə üzünü tutaraq böyük cəsarətlə deyirdi:

    Azərbaycan deyiləndə ayağa dur ki,

    Ana yurdun ürəyinə toxuna bilər.

Şair bütün dünyaya səs salan bu şeirində  ürəkdolusu vurğuladığı “Azərbaycan”, “ana yurd” ifadələrini o qədər ustalıqla işlədib ki, bu ifadəni ancaq Məmməd Araz kimi bir fədakar qələm sahibi, yurduna hər şeydən çox bağlı olan bir insan  bu cür qəlibləşdirə bilərdi.

Təbiətə, Vətənə, dağa-daşa, torpağa, suya qəlbən bağlı olan Məmməd Araz nədən yazırdısa yazsın, şeirlərində həmişə xalqın mənəviyyatına, kökə, ilkinliyə, təbiiliyə daha çox arxalanırdı. Bunu onun cild-cild kitablara sığdırdığı şeirlərini, poemalarını nəzərdən keçirdikdə daha yaxşı duya bilərik. Bütün bunlarla yanaşı, yüksək vətəndaşlıq mövqeyi, ideyalılıq və xəlqilik də onun yaradıcılıq yolunu müəyyənləşdirən başlıca keyfiyyətlərdəndir.

Şairin əsərlərini oxuyarkən hər bir oxucuya məlum olur ki, onun qəlbi ancaq xalqla döyünüb, xalqın bu günü və sabahı onu hər şeydən daha çox maraqlandırıb. Və elə bu cəhətdən də şairin əsərlərinin əsasən lirik qəhrəmanı zamanın, əsrin övladıdır. Dünyada gedən təzadlı hadisələrə, həyatdakı mənfiliklərə qarşı son dərəcə həssas olan bu qəhrəman eyni zamanda sevən, sevilən, torpağa, insana bağlı adamdır.  O, yüksək zövqlə yazılmış əsərlərində daim cəsarət, mərdlik, dostluq hissləri aşılayır, insanları gələcəyə inam duyğusu ilə yaşamağa, insanı kamilliyə, ucalığa səsləyirdi. Şairin bir çox şeirləri, eləcə də poemaları hələ əllinci illərin axırlarında ədəbi  ictimaiyyətin diqqətini  cəlb edib, onun yaradıcılığı barədə  maraqlı mülahizələr söyləyib. Müxtəlif illərdə nəşr olunan “Sevgi nəğməsi”, “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən biri”, “Oxucuya məktub”, “Aylarım, illərim” şeir kitabları oxucular arasında böyük şöhrət qazanıb.

Yurdumuzun sevilən şairi olan Məmməd Arazın  yaradıcılığında bitib-tükənməyən Vətən sevgisi yaşayır. Bu sevgi elə bil ki, sözlərlə heykəlləşir, misralarla əbədiləşir.  O, Azərbaycanın və azərbaycanlıların varlığı üçün Vətənin bir zərrəsinə, bir əlçim buluduna, balaca mamırına çevrilməyi özünə xoşbəxtlik sayır. Vətənə layiqli oğul olmaq istəyi onun yaradıcılığına həmişə gün işığı salıb. Bəlkə elə Məmməd Araz dünyasından keçən yolu nurlandıran, işıqlandıran da bu istəkdir- böyük vətəndaşlıq sevgisidir.

Vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Arazın şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir.  Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib.

Onun yazdığı bütün şeirlərdə hər bir misrasını oxuyub qurtarsan da, misrada  fikir sərhədsizdir, sonsuzdur. Zamanın ruhu sanki bu sərhədlərdə keşik çəkir. İnsan həyatının saf, gözəl, canlı aynası olan Məmməd Araz poeziyası sanki zamanla dialoq kimi oxucunu öz arxasınca çəkib aparır. Bu poeziya hər bir oxucunun könül dünyasını təsirləndirir, öyrədir, hərəkətə gətirir, həqiqətə doğru istiqamətləndirməyə yönəldir.

Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurlu xidmət edir.

1933-cü ilin 14 oktyabrında uca dağlar qoynunda yerləşən Nursu kəndində dünyaya göz açan Məmməd Araz 2004-cü il dekabrın 1-də əbədi olaraq söz dünyasından və oxucularından ayrılaraq həyata göz yumdu. Nəsillərə nümunə olan şairin yadigar qalan kitabları, poeziyası indi də təzə-tərdir. Elə buna görə də Məmməd Araz poeziyası dünən olduğu kimi,  bu gün də ölümsüzdür. Bəlkə də bu ölümsüzlüyü şairin ruhu da duyub. Çünki ona olan məhəbbətin, yaradıcılığına verilən qiymətin bariz nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 8 iyun 2013-cü il tarixdə “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” və həmin il iyun ayının 28-də “Xalq  şairi Məmməd Arazın Ev Muzeyinin yaradılması haqqında” Sərəncamlar imzalandı. 2014-cü ildə şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində Ev Muzeyi istifadəyə verildi. 

           

“Oğuz səsi” qəzeti

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib

12-08-2020-11-44 Xəbərlər

Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib

Avqustun 12-də Heydərabad seysmoloji stansiyasından 53 kilometr şimal-qərbdə - T...

Sabah 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

12-08-2020-11-22 Xəbərlər

Sabah 19 mindən çox abituriyent qəbul imtahanı verəcək

Sabah 19 min 197 abituriyent qəbul imtahanı verəcək.

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

11-08-2020-17-43 Xəbərlər

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzi...

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

11-08-2020-15-56 Xəbərlər

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də respublikanın 35 şəhər...

Naxçıvanda sabaha olan hava proqnozu

11-08-2020-15-35 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

11-08-2020-14-00 Xəbərlər

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.

Ötən günün mənzərəsi - VİDEO

11-08-2020-11-18 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

11-08-2020-10-36 Xəbərlər

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci...

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-08-2020-09-19 Xəbərlər

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxı...

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

10-08-2020-17-30 Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust...

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

10-08-2020-17-12 Xəbərlər

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinc...

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

10-08-2020-16-09 Xəbərlər

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq i...

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...