Şairlər xalqın səsidir, deyirlər.

Asan deyil axı, həm xalqın ağrısını, acısını çəkəsən, həm də onu qələmə alasan, elə hey yazasan, dağ ürəkli, daş ürəkli olasan gərək. Elə onun da bəxtinə xalqının səsini ucaldanlardan olmaq yazılmışdı. “Yazda ölüm asan olur, Allah, yaza saxla məni”, - deyirdi Məmməd Araz. Kim bilir, bəlkə elə dərdləri özündən daha böyük olan dünyanı son dəfə gözəl görmək üçün idi bu arzu. 

Payızda gəlmişdi dünyaya, 84 il bundan öncə, bir oktyabr günü. Bəlkə də elə o vaxt “kimdənsə tez durub kiminsə uşağı qulağına daş atmışdı qoca dünyanın. Və elə oradaca pıçıldamışdı: dünyaya yeni bir dünya doğuldu”. Gündoğandan günbatana yayılmışdı bu xəbər. Arazlar, həkərilər səsindən səs vermiş, qayalar məğrurluğundan, ildırımlar inadından pay vermişdi. Və hansısa bir qarı bu xəbəri elə-obaya yaymışdı. Və beləcə, İnfil kişinin bir oğul övladı dünyaya gəlmiş, adını da Məmməd qoymuşdular.

Söz yolunda fəhlə idi əli qabar, dili qabar. Şum yerindən yığılmışdı misraları qabar-qabar. O, şeirin, şeir onun özü idi. O, “mən də şeirin xidmətçisi, mən də şeirin yiyəsiyəm”, deyən Məmməd Araz idi.

Vətən dərdini gündoğandan günbatana hayqıranda dili büdrəmiş, yazının yaddaşına köçürmək istəyəndə əli əsmişdi. Ona görə də “Ölə-ölə yazmadın, yaza-yaza öldün”, Məmməd Araz. Əslində sənin ölümün ölümsüzlüyün ömrünü bir az daha uzatmaq üçün idi.

Səndən yazmaq istəyirəm. Baxışlarım dolaşır misralarının arasında. Şeirlərin hər bəndində, hər bərəsində çırpıntıları, harayı, arzuları duyuram. “Mən üsyandım, indi dözüm olmuşam”, deyən Arazın dözümünün səddini görürəm. Hədər yerə söyləməyiblər ki, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən şair deyəndə, ağıla ilk gələnlərdəndi Məmməd Araz. Həyatının bütün ağrı-acısını ucqar bir dağ kəndində yaşayan o qarayanız uşağın xalqın sevimli şairi mərtəbəsinə yüksələnə qədər yaşadıqları, uğradığı haqsızlıqlar, umu-küsü necə də sıralanıb bölgülərə, vəznlərə.

“Bir şairin əsl bioqrafiyası şeirləridir”, -deyirdin, şair. Kim daha yaxşı tanıdar səni şeirlərindən özgə...

Xəyanət nə, badalaq nə-tanımadım,

Qibtələr nə, həsədlər nə-uzaq, uzaq.

Paxır nədir, paxıllar nə-heç görmədim-

Və bunların hamısına qoşul deyən

Təriflərə yem olmadım.       

Bir şairin həyat və yaradıcılıq qayəsi bundan daha tutarlı necə köçürülərdi şeirin yaddaşına. “Bu torpağın yumruq boyda daşı” olan şairin ürəyində, fikrində hansı hisslər, hansı fikirlər əbədilik  daşlaşmadıki. “Fikrimin çəkisi çəkimdən ağır, dartmaq da çətindir, atmaq da çətin”. O fikirlər səni nə yazmağa, nə də rahat yaşamağa qoydu, şairim. “Ağır bir sənətə könül bağladın,  bəxtinə dərdin də ağırı düşdü”. O dərdin adı sənin bənd-bənd, misra-misra dilə gətirdiyin “vətən dərdi” idi. Bəlkə elə bunun üçün “bu torpağa səpilməyə dən kimi açdın, bu torpağın dan yerində dəfn olunmağa bu qədər möhtac.”

“Mən sevgi səpmiş idim bu torpağa, bir ürəyə düşdümü heç bircə dənim?” nigarançılığı vardı şair Arazın. O sevginin adı vətən, torpaq, yurd, el-oba idi. Ancaq bütün bunların içindən bir sevgi də öz ünvanına baş qaldırdı. İnsanların qəlbində əbədilik şeir-söz-Məmməd Araz sevgisi cücərdi. “Nə vaxtsa dünyanın duru dəmində yenidən dünyaya qayıdacağam”, əminliyi vardı əkilmiş o misralarda. Səsi torpağın səsinə köhlənmişdi, öz ömrünə, həyatına deyil, xalqının, vətəninin taleyi ilə birləşmişdi şair qələmi. O, artıq bir əşya deyil, “ox”, “nizə”,” söz yoldaşı”, “mübarizə”nin adı idi. Bəzənsə qələmi rəssam fırçasından daha yatımlı olurdu, şeirləri canlı tabloları əvəz edirdi. Nahaqdan deməyiblər ki, Məmməd Araz şeir yazmır, təbiətin şəklini çəkirdi...

    Gündoğandan günbatana qolumu açıb 

    Deyəm indi qalan ömrü zərrəsinəcən.

Ölümlərə baş əymədən yaşayacağam deyirdi, yaşadı da. Bir tək sözün qulluğunda durdu, bir tək poeziyaya baş əydi. Şeir yazmadı, şeirin özü oldu. “Yanan, işıqlarım”ı, “Sevgi nəğməsi”ni götürüb çıxmışdı bu dəvə yalın belinə. Ancaq özü də anlamışdı, bu yorğun yolçunun yolu yoxuşdu. Eləcə üzü qüruba getmişdi, üzü əbədiyyətə doğru. Xətainin qılıncından yoğrulmuşdu qələmi, söz-söz, kitab-kitab dirçəlirdi. 30-a yaxın kitab, çoxsaylı publisist yazılar, tərcümələr və ömrünün 30 ilini bağışladığı  “Azərbaycan təbiəti” jurnalı şair ömründə  geridə qalanlar sırasına yazıldı.

Söz yolunda ömür tükədən şairin ünvanına qibtələr də, həsədlər də az deyildi. Hər kəsin deyə bilmədiyini deməyin “cəzası” idi bəlkə də bu. Adını, imzanı asanlar, kölgəni qılınclayanlar, rəddini qazanlar vardı, şair. Və sən bunların fərqində idin. Sən öz dünyana- “Məmməd Araz dünyasına” qapıldın. O dünya ki,  onun ocağında bişən nemətlərdən sənin payına tüstü, his düşürdü. Ancaq sən yenə də vətən torpağına sığınırdın. “Kürək söykəyənin ana torpağa, haqqı yox ayrı bir təltif istəsin”. Qələmini gözünə çıraq eləmişdin, şair Araz. “Sapanda qoyulan beş-on illik daşdın, düyünlənib yönəlmişdin yad əməllərə”.

Vaxtın o vaxtı oldu ki,  “Vaxt olur götürüb kağız-qələmi, qaçmaq istəyirəm yer kürəsindən” hissinə qapıldın. Ancaq o anlarda belə üz tutduğun tək ünvan ana yurdun idi. Hədər yerə yazılmamışdı “Ana yurdum, ağuşuna tələsdim”. Tələsdin, elə dünyadan köçməyə də.

Şair qələmindən süzülən sözlər hələ mürəkkəbi qurumadan şeirsevənlərin ürəyinə hopdu məlhəm kimi. Ən çətin zamanlarda belə insanlar sənin şeirinlə silahlandı. Sənin şeirin “bir əsgər, bir general” ola bildi. Səsin bu torpağın səsinə kökləndi, şeirlərin vətəndaşlıq andı oldu, “gözün yatsa, kirpiyini oyaq saxla”,  deyib səngər, sərhəd oldun, yurda əl uzadan məkrli qüvvələrə. “Ayağa qalx, Azərbaycan” nidası vardı şeirlərində, xatırladırdın. Şair “bunu bizə zaman deyir, məzarından baş qaldıran babam deyir”. Və şair özündən əvvəl və sonra gələcək bütün nəsillərə səslənirdi, hayqırırdı, “səndən qeyri biz hamımız ölə billik, səndən qeyri biz hər şeyi bölə billik”. Özü hakim, özü dustaq olurdu, əli çatmayanda, ünü yetməyəndə özünü günahkar sayırdı, özünə hesabat verirdi, “Məni bağışlayan olarmı? Çətin”.

Böyük insan, dahi şair, şeirimizin vətənpərvərlik məktəbi, Nəsimi harayının əks-sədası, Sabir cəsarətli, “Nizaminin, Füzulinin qoşunlarını” gələn nəsillərə çatdırmağa çalışan böyük söz ustadı, saç ağartdın, ömür tükətdin söz yolunda.

Xalq şairimiz haqqında yazılmış xatirələri, şairin publisistik yazılarını, əlyazmalarını varaqlayıram. Bir yazı diqqətimi çəkir, Məmməd Arazın əlyazmalarının içərisindən. “Əgər bir ölkənin başçısı sözü uca tutursa, yaradıcı insanların  əməyini dəyərləndirirsə, onda həyatın, yaşamağın mənası daha da artır”. Söhbət ədəbiyyatımızın böyük hamisi və bilicisi ulu öndər Heydər Əliyevdən gedir. Fikrin davamında yazır: “Qollarımdan əlli min dost əli yapışıb. Onlardan ən güclüsü, ən xeyirxahı məhz ölkə başçısı cənab Heydər Əliyevin əlidir”. Xalq şairinin həm şəxsiyyətinə, həm yaradıcılığına böyük diqqət göstərən Ulu öndər 1995-ci ildə şairi ömür-gün yoldaşı ilə birgə dövlət hesabına Almaniyaya müalicəyə göndərmiş, şairi vətənin ən ali mükafatına “İstiqlal” ordeninə layiq görmüşdü. Məmməd Arazın yaşayışını, həyat tərzini daha da yaxşılaşdırmaq üçün  yeni müasir mənzil  ilə təmin etmişdi. Ancaq xalq şairinin həyatına,  yaradıcılığına olan diqqət hər gün bir az da  artdı. Bu gün istər ölkə başçısı, istərsə də  Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri tərəfindən şairin yaradıcılığına böyük ehtiram var. Xalq şairinin yaradıcılığına göstərilən dövlət qayğısının ən bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin Sərəncamı ilə şairin dünyaya göz açdığı Nursu kəndində onun gözoxşayan Ev Muzeyi tikilərək Məmməd Araz ziyarətçilərinin istifadəsinə verilib. 

Paytaxt Bakıda, həmçinin çox sevdiyi Naxçıvanda adının əbədiləşdirildiyi ünvanlar var.

“Mən uca dağlara babam demişəm,

 Ərköyün balayam dağlar yanında”,

deyən Məmməd Araz bu dağların ətəyində ünvan tapdı. Qələm dostuna müraciətlə yazdığı “Şair, qayalara, dağlara söykən”, əslində özünə məsləhəti  idi. “Körpülənin, ay Arazlar, məni qoymayın təklənəm”, deyib söykəndiyi yer də bura oldu. Və bu ad şair qələminə qoşuldu. Nursu öz şair oğlu ilə dünyanı gəzdi, dünya Nursuyu Məmməd Arazın ürəyində, sənətinin sehrində gördü, tanıdı. Bəzən düşünürəm ki, ən böyük ekspozisiya zalı elə təbiətdi, ən dəyərli eksponat elə şairin bənd-bənd, misra-misra şeirləridi.

“Əgər gücüm çatsa, bu torpağı çiynimə alıb dünyanın sənət sərgilərinə çıxarardım, onda bu torpağın rəngləri ilə dünyanı heyrətləndirərdim”, deyirdi xalqın şairi. Məmməd Araz bu torpağı çiyninə alıb dünyanın şeir sərgilərinə çıxardı, sözün, fikrin gücü ilə bu torpağın xəritəsini çəkdi. “Ürəyimi bu torpağa dəfn etdim, demək, nə zamansa bu torpaqda söz göyərəcək”, -deyirdi şair Araz. Yeni sözlər, yeni fikirlər göyərəcək. Ancaq hər zaman ilk xatırlanan məhz elə Məmməd Araz olacaq.

Məmməd Araz özündən əvvəl və özündən sonra yazan nəsil üçün poetik körpü oldu. Şairin şeirlərinə yazılmış şeirlər və şəxsiyyətinə həsr olunmuş məqalələr bəlkə də elə şairin özünün yazdığı qədərdir. Gələn nəsillər üçün bir növ ilham çırağı oldu şairin qələmindən süzülənlər. Sadəcə şairlərin,  yazıçılarınmı? Ürəyinin səsini dinləməyə çalışan hər kəsin. Daha neçə şair, rəssam, heykəltəraş Məmməd Arazdan bəhrələnəcək. Hələ biz Məmməd Araz dühasının izlərini çox görəcəyik, eşidəcəyik. Ancaq nə zamansa,  hansısa bir rəssam sözün şəklini çəkməyə çalışsa, mütləq o tablodan Məmməd Araz boylanacaqdır.  

Vətəndən ilham aldı, vətəndən yazdı, yazıb-yaratdıqları da vətənə qaldı. “Vətənə qaldısa, yada qalmadı”, dedi şair Məmməd Araz.

Əsl poeziya oddu, deyirlər. Od oldu, su oldu ədəbiyyatda. Yazıb-yaratdıqları ilə özünə əbədilik yaşamaq haqqı qazandı. 

Fizzə Bağırova

“NUHÇIXAN”

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

03-07-2020-12-37 Xəbərlər

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb edilib

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqəd...

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

03-07-2020-10-40 Xəbərlər

Şərurda yeddi yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur - VİDEO

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu...

Ötən günün mənzərəsi - VİDEO

03-07-2020-09-38 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

03-07-2020-09-00 Xəbərlər

Bu gün 15 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

02-07-2020-19-36 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili...

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

02-07-2020-19-30 Xəbərlər

“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının yeni binasının açılışı olub

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 2-də “Naxçıvanbank” Açıq S...

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

02-07-2020-19-21 Rəsmi

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir

Ulu öndərin yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam e...

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

02-07-2020-18-11 Xəbərlər

Şərur şəhərində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

İyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubu və “Naxçıvanbak” Açıq Səhmdar Cəmi...

Naxçıvanda sabaha olan hava proqnozu

02-07-2020-17-52 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 3-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Muxtar respublikada əkin dövriyyəsi artıb

02-07-2020-17-31 Xəbərlər

Muxtar respublikada əkin dövriyyəsi artıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən N...

Rənglərin cazibəli harmoniyası

02-07-2020-16-04 Xəbərlər

Rənglərin cazibəli harmoniyası

Rəssamlıq bir enerjidir. Nə qədər dünya, yaşayış, insanlıq var, rəssamlıq da ola...

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

02-07-2020-15-20 Xəbərlər

Naxçıvan məhsulları Əfqanıstana ixrac edilir - VİDEO

Muxtar respublikada “2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhs...

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

02-07-2020-14-40 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda yaylım atəşli reaktiv sistemlərdən atışlar icra olunub - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun reakti...

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

02-07-2020-12-57 Xəbərlər

Culfa rayonunda 8 min hektara yaxın sahədə taxıl yetişdirilib - VİDEO

Muxtar respublikamızda taxıl biçini mütəşəkkil həyata keçirilir. Culfa rayonunda...

Ötən günün mənzərəsi - VİDEO

02-07-2020-11-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Sosial şəbəkələrdə - VİDEO

02-07-2020-11-13 Xəbərlər

Sosial şəbəkələrdə - VİDEO

Naxçıvan Televiziyasının efirində yayımlanan  “Sosial şəbəkələrdə” rubrikasının ...

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

02-07-2020-10-35 Xəbərlər

Pandemiya dövründə uçuşlar xüsusi qaydada həyata keçirilir - VİDEO

Mövcud vəziyyətlə əlaqədar olaraq ölkəmizin paytaxtı Bakı şəhəri ilə muxtar resp...

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

02-07-2020-09-37 Xəbərlər

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik)...

Azərbaycanda zəlzələ baş verib

02-07-2020-08-42 Xəbərlər

Azərbaycanda zəlzələ baş verib

İyulun 2-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində 3 bal g...

Naxçıvanda sabaha olan hava proqnozu

01-07-2020-17-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 2-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

01-07-2020-17-01 Xəbərlər

Prezident Naxçıvan polislərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev iyulun 1-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliy...

Bələdiyyələrə metodiki köməklik göstərilib

01-07-2020-15-13 Xəbərlər

Bələdiyyələrə metodiki köməklik göstərilib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə yeni formal...

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

01-07-2020-14-32 Xəbərlər

Batabat dövlət təbiət qoruğu zərərverici həşəratlara qarşı dərmanlanıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qoruq ərazisində son vaxtlar gici...

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

01-07-2020-14-10 Xəbərlər

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını ...