“Beşikdən məzaracan oxu!”...

Məhəmməd peyğəmbərin söylədiyi bu fikri indi nəinki müsəlmanlar, bütün dünya əzbər bilir. Bir həqiqətdir ki, həyatda qazanılan biliklərin arxasında oxumaq dayanır. “Oxumaq işıq, oxumamaq qaranlıqdır”- bu fikir isə rus mütəfəkkirlərinə  aiddir. Baxanda və araşdıranda görürsən ki, dünyanın bütün tərəqqipərvər millət və xalqlarının ağıllı adamları öz gənclərinə mütləq oxumağı tövsiyə ediblər. Çünki onlar gələcək naminə görülən hər bir işin  arxasında məhz oxumağı, mütaliəni görüblər.

Naxçıvanda isə bu işlə bağlı konkret addımlar atılır. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Oxunması zəruri olan kitabların siyahısı”nı təsdiq etdi. Bu siyahıya adları salınan kitablara baxanda görürsən ki, hamısı sanki bir insanın kamil şəkildə yetişməsi, həyat tərbiyəsi alması üçün müəyyən mərhələləri keçməsinə kömək edir, ona yol göstərir və bu 32 kitabı oxuyandan sonra ən azından müəyyən biliklərə malik olması üçün baza yaranır. Burada milli tariximiz, dini dəyərlərimiz, dünya ədəbiyyatının mükəmməl nümunələri, bəşəriyyətə töhfə verən, hətta müəyyən adamların və toplumların həyatını dəyişə bilən mövzular var. Bir sözlə oxumaq həmişə vacibdir və lazımdır.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksinin istifadəyə verilməsi tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yenə də bu mövzuya qayıtdı. Məktəbdə təhsil alacaq müdavimlər, o cümlədən bütün polis işçiləri və əslində hər bir gəncə ünvanlanan çıxışda bu sözlər vardı: 

“Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədаqətli olmaqdan, vəzifə və vətəndаşlıq bоrcunu vicdanla yerinə yetirməkdən ibarətdir. Bu gün Orta İxtisas Polis Məktəbinə qəbul olunanlar da yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər. Özünüzü ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, çox mütaliə etməli, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlisiniz”. Ali Məclis Sədrinin bu məqamda qırmızı xətlə keçən bir ifadəsi, gələcəyin polisləri üçün “Çox mütaliə etməli...” tövsiyəsi diqqətdən yayınmır. Bu bir nəsihətdir. Yəni, “Hər bir müstəqil ölkənin mövcudluğunun mühüm şərtlərindən biri ictimai-siyasi sabitlik və bunun təminatçısı olan polis” nəfərinin öz işini mükəmməl bilməsi üçün o, mütləq savadlı və mütaliəli olmalıdır.

  Polis asayişi, sabitliyi və sözsüz ki, geniş mənada dövləti, xalqı qoruyur. Bu zaman onun vacib, təhlükəli  məqamlarda silaha əl atması hər cəhətdən istər hüquqi, istər məntiqi, istərsə də qanuni baxımdan realdır. Amma buna qədər gedən proses, sivil cəmiyyətlə təmas, hansısa qanun pozuntusuna yol verən  vətəndaşı hüquqi baxımdan maarifləndirmə və məlumatlandırma zamanı polisin karına gələn onun biliyi olur. Çünki hüquq mühafizə orqanlarının əməkdaşları, polislərin biliyi təkcə  konstitusiyanı,  qanunçuluqla bağlı müddəaları, cinayət məcəlləsini və digər qanunları bilməklə kifayətlənməməlidir. Bunlarla  yanaşı tariximizlə bağlı məqamlar, dünya və yerli ədəbiyyat nümunələri, maraqlı kitablar, əsərlərlə də tanışlıq vacibdir.

 İndi günümüzün tələbatında güc təkcə fiziki üstünlük və hansısa silahlarla ölçülmür. Müasir dünyamızda güc həm də savadda, bilikdə və oxumaqdadır. Bütün bunlara malik olan hər kəs istər sıravi vətəndaş, istərsə də asayişin keşiyində dayanan polis heç kəsin yenə bilməyəcəyi bir gücə- hətta, “silaha” sahib olur. Bu silah mütaliə nəticəsində əldə edilən bilik və bacarıqdır. Hətta güclü mütaliəsi və savadı olan cəmiyyətə malik  dövlət belə çox güclü və möhtəşəmdir.

    Hər bir vətəndaşın və əcnəbilərin çətin anda yardım üçün üz tutduğu polis əməkdaşının mütaliəli, oxumuş, müasir dünyagörüşə malik olması təkcə vətəndaş cəmiyyətinin sabitliyi üçün deyil, həm də intizam, xüsusilə vacib olan  polis mədəniyyəti, davranışı üçün dəyərli məqamdır. Çünki polis nəfəri həm də cəmiyyətlə mütəmadi təmasda  olan, asayişi qoruyan və hər kəs üçün yazılan qanunların təbliğatçısı, təşviqatçısıdır.  

Oxumuş və savadlı polis nəfərlərinə dəfələrlə rast gəldiyimizdə onların nəzakəti, səmimiliyi və vətəndaşla münasibəti uzun zaman yaddan çıxmır. Hətta sosial şəbəkələrdə bu cür davranışlar geniş müzakirə olunaraq, polisin qanunun tələbləri ilə yanaşı vətəndaş mövqeyini də dəstəkləməsi alqışlarla qarşılanır.  

Etiraf edək ki, Sovet rejiminin polislə (1937-ci illər və keçmiş milislə) bağlı xalqda yaratdığı yanlış fikirlər hələ də bəzi insanların hafizəsindən silinməyib. O hal da təəssüf doğurucudur ki, vətəndaşlar, daha çox valideynlər evdə, küçədə şuluq və dəcəllik edən uşaqları ya həkim, ya da polislə qorxudur. Nəticədə isə uşaqlarda bu peşənin adamlarına qarşı qorxu, hətta antipatiya yaranır. Halbuki, müasir Azərbaycanda polis nəfəri dövlətin, müstəqilliyin və xalqın keşiyində dayanan, gecəli-gündüzlü sabitlik naminə xidmət edən bir ictimaiyyətçi, asayiş keşikçisidir. Polislər arasında Qarabağ, Sədərək uğrunda döyüşən yüzlərlə şəhid, hətta Milli Qəhrəmanlarımız var.

Bu günün polisi təkcə yüksək döyüş hazırlığı, vətənpərvərliyi ilə deyil, özünün savadı, dünyagörüşü, biliyi və sivil davranışı ilə fərqlənir. Bu xüsusiyyətlər indi müasir polis obrazının təməlində dayanır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksinin bazasında yaradılan ən müasir tədris şəraiti burada təhsil alacaq zabit və müəllim heyəti üçün geniş imkanlar açır. Ali Məclis Sədrinin qeyd etdiyi kimi: “Ona görə də tədris materiallarının yüksək səviyyədə mənimsənilməsini təmin edən üsul və vasitələr seçilməlidir. Kursantlara vətənpərvərlik hissləri aşılanmalı, onlar dövlətə, xalqa sədaqət ruhunda tərbiyə edilməlidirlər. Xidməti vəzifələrə məsuliyyətlə yanaşmaq, mətinlik, fiziki dözümlülük və peşəkarlıq ön plana çəkilməli, hər bir kursant nəzəri və praktik biliklərlə yanaşı, həm də ümumi intellektual təfəkkürə malik kadrlar kimi hazırlanmalı, qanunvericilik bazası dərindən öyrənilməlidir”.

Bir sözlə, sivil və sabit cəmiyyətin qurulması üçün isə yol bilavasitə hər kəs üçün mütaliədən, oxumaqdan keçir.

Səməd Canbaxşiyev 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

21-11-2019-19-07 Rəsmi

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

NUHÇIXAN xəbər verir ki, həmin gün Türkeşdə yeni xidmət mərkəzi də istifadəyə ve...

Türkeş kənd avtomobil yolu yenidən qurulub

21-11-2019-19-05 Rəsmi

Türkeş kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamət...

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

21-11-2019-19-03 Rəsmi

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-dəTürkeşdə yeni kənd mərkəzinin də açılışı ...

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

21-11-2019-19-01 Rəsmi

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Nax...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

21-11-2019-18-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

21-11-2019-17-19 Xəbərlər

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

Noyabrın 21-də Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə...

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

21-11-2019-16-59 Xəbərlər

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Ş...

Naxçıvanda sabaha olan hava proqnozu

21-11-2019-14-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanı...

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

21-11-2019-12-56 Xəbərlər

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı D...

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

21-11-2019-12-15 Xəbərlər

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

Bu fikri NUHÇIXAN-a Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkila...

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

21-11-2019-11-46 Xəbərlər

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

Bu ilin ötən ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfi...

Ötən günün mənzərəsi - VİDEO

21-11-2019-11-04 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

20-11-2019-19-28 Rəsmi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Naxçıvanda sabaha olan hava proqnozu

20-11-2019-18-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

20-11-2019-17-50 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

20-11-2019-15-31 Xəbərlər

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial iş ixtisası üzrə IV kurs tələbələri...

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

20-11-2019-14-28 Xəbərlər

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

Naxçıvan Musiqi Kollecində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrin...

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

20-11-2019-12-22 Xəbərlər

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondu muxtar r...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

20-11-2019-11-16 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Ötən günün mənzərəsi - VİDEO

20-11-2019-10-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2019-16-49 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

19-11-2019-16-11 Xəbərlər

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət...

Nakhchivan news - VİDEO

19-11-2019-14-52 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

19-11-2019-14-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Ötən günün mənzərəsi - VİDEO

19-11-2019-12-47 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

19-11-2019-12-05 Xəbərlər

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ail...

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

19-11-2019-11-01 Xəbərlər

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərb...

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

19-11-2019-09-00 Xəbərlər

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən...

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...