XX əsrin əvvəllərində Azərbaycan romantik lirikası, Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” ədəbi məktəbi, Azərbaycan ədəbiyyatının mərhələ və problemləri haqqında tədqiqatların, eləcə də Heydər Əliyev dövlətçilik təliminə, Naxçıvana aid çoxsaylı kitabların, müxtəlif mövzularda yüzlərlə məqalənin müəllifi olan akademik İsa Həbibbəyli məhsuldar yaradıcılığı və fəaliyyəti ilə elmi-ədəbi məktəb yaradıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin elmi, pedaqoji, təşkilati, ictimai fəaliyyəti bir amala söykənir - xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin inkişafına töhfələr vermək.

NUHÇIXAN akademik İsa Həbibbəylinin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

İsa Əkbər oğlu Həbibbəyli 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Müxtəlif problemlərə həsr olunmuş 12 monoqrafiyanın, 2000-dən çox elmi məqalənin, çoxsaylı tədqiqatların müəllifi, eləcə də bir sıra kitabların redaktoru və elmi məsləhətçisi olan alimin əsərləri ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə, Polşa, Macarıstan, Bolqarıstan, İran, İraq, Ukrayna, Monqolustan, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Litva, Gürcüstan, Türkmənistan və başqa ölkələrdə nəşr edilib.

İsa Həbibbəylinin fəaliyyətinin bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Bu təhsil ocağının ölkəmizdə və dünyada tanınmasında onun böyük zəhməti var. İyirmi ilə yaxın Naxçıvan Dövlət Universitetinin rektoru işləyən İsa Həbibbəyli istedadlı tələbələrə hər zaman mənəvi dəstək olub, onların sevimlisinə çevrilib.

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilən alim elə həmin ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışır. Onun rəhbərliyi ilə institut bu gün Azərbaycanda humanitar sahədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib.

Akademik İsa Həbibbəylinin çoxillik elmi tədqiqatları ədəbiyyatşünaslığın bütün əsas istiqamətlərini əhatə edir. Onun “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası təkcə ədəbiyyatşünaslıq üçün deyil, eyni zamanda, humanitar və ictimai elmlərin başqa sahələri üçün də yararlı olub, bu elmlərin daha konseptual şəkildə öyrənilməsinə mühüm zəmin yaradır. Alimin ədəbi cərəyanlar haqqında tədqiqatları bu sahənin yenidən öyrənilməsinə mühüm elmi töhfədir. O, həmçinin satiranın ədəbi növlərdən biri olduğunu nəzəri cəhətdən əsaslandırıb və onun janrlarını müəyyənləşdirib.

İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı, müasirlərinin və mollanəsrəddinçi ədəbiyyatın əsas tədqiqatçılarından biri hesab olunur. “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası ədəbiyyatşünaslıqda sanballı tədqiqat əsəridir. O, Cəlil Məmmədquluzadənin naməlum dram əsərlərini, felyetonlarını, məqalələrini, şeirlərini və məktublarını ilk dəfə üzə çıxararaq çap etdirib. Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini dərindən araşdıran İsa Həbibbəyli yazıçının Fransa, Polşa və İranda yaşayıb-yaradan nəslinin davamçılarını axtarıb tapıb, onlarla əlaqələr qurub.

Alim, həmçinin Nizami Gəncəvi, Şəms Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Firudin bəy Köçərli, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz və başqaları haqqında maraqlı tədqiqatları ilə tanınır.

Akademik İsa Həbibbəylinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsas mahiyyətini azərbaycançılıq və milli dövlətçilik təlimi təşkil edir. “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabları onu elmi-ədəbi mühitdə Heydər Əliyev məktəbi ideallarının ləyaqətli davamçılarından biri kimi səciyyələndirir.

Azərbaycançılıq ruhunu İsa Həbibbəylinin hələ gənc yaşlarından başladığı poetik yaradıcılığında da görmək mümkündür.

Alimin çoxşaxəli yaradıcılığında Naxçıvan mövzusu özünəməxsus yer tutur. “Əsrin dörddə biri”, “Araz üstə Universitet”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “İntibahın 15 ili” və digər kitablarında, eləcə də irihəcmli “Nuhçıxandan Naxçıvana”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Duzdağ mozaikası” monoqrafik araşdırmaları nəticəsində çağdaş dövrün hərtərəfli “Naxçıvannamə” epopeyası yaranıb.

İsa Həbibbəyli həm də çox istedadlı natiqdir. Müxtəlif tədbirlərdə dövlətimizin siyasətini, elmimizin uğurlarını yorulmadan təbliğ etməsi bunu bir daha təsdiqləyir. O, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bugünkü uğurlu dövlət siyasətini xarici ölkələrdə də geniş təbliğ və təşviq edir. Onun fikrincə, bu missiya hər bir ziyalının mənəvi borcudur.

Akademik İsa Həbibbəylinin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.

Naxçıvan televiziyasının kollektivi akademik İsa Həbibbəylini doğum günü münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

21-11-2019-19-07 Rəsmi

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

NUHÇIXAN xəbər verir ki, həmin gün Türkeşdə yeni xidmət mərkəzi də istifadəyə ve...

Türkeş kənd avtomobil yolu yenidən qurulub

21-11-2019-19-05 Rəsmi

Türkeş kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamət...

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

21-11-2019-19-03 Rəsmi

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-dəTürkeşdə yeni kənd mərkəzinin də açılışı ...

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

21-11-2019-19-01 Rəsmi

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Nax...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

21-11-2019-18-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

21-11-2019-17-19 Xəbərlər

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

Noyabrın 21-də Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə...

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

21-11-2019-16-59 Xəbərlər

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Ş...

Naxçıvanda sabaha olan hava proqnozu

21-11-2019-14-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanı...

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

21-11-2019-12-56 Xəbərlər

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı D...

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

21-11-2019-12-15 Xəbərlər

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

Bu fikri NUHÇIXAN-a Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkila...

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

21-11-2019-11-46 Xəbərlər

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

Bu ilin ötən ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfi...

Ötən günün mənzərəsi - VİDEO

21-11-2019-11-04 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

20-11-2019-19-28 Rəsmi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Naxçıvanda sabaha olan hava proqnozu

20-11-2019-18-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

20-11-2019-17-50 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

20-11-2019-15-31 Xəbərlər

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial iş ixtisası üzrə IV kurs tələbələri...

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

20-11-2019-14-28 Xəbərlər

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

Naxçıvan Musiqi Kollecində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrin...

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

20-11-2019-12-22 Xəbərlər

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondu muxtar r...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

20-11-2019-11-16 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Ötən günün mənzərəsi - VİDEO

20-11-2019-10-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2019-16-49 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

19-11-2019-16-11 Xəbərlər

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət...

Nakhchivan news - VİDEO

19-11-2019-14-52 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

19-11-2019-14-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Ötən günün mənzərəsi - VİDEO

19-11-2019-12-47 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

19-11-2019-12-05 Xəbərlər

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ail...

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

19-11-2019-11-01 Xəbərlər

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərb...

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

19-11-2019-09-00 Xəbərlər

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən...

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...