Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında iştirak etmək üçün Parisdə səfərdə olan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov Naxçıvan şəhəri ilə qardaşlaşma xartiyası imzalamağa hazırlaşan Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüşdə iki şəhərin tarixindən, iqtisadiyyatından danışılıb. Mer Ceyms Şeron bildirib ki, Sena və Yonn çaylarının sahilində yerləşən Montro-Fot-Yonnda əvvəllər kənd təsərrüfatı və ticarət daha çox inkişaf etmiş və şəhərin geniş ticarət əlaqələri olmuşdur. Ancaq ötən əsrin sonlarından şəhər sənaye və demoqrafik inkişaf baxımdan geniş vüsət götürüb və sənaye şəhərinə çevrilib. Dünyanın bir çox ölkələrinə fiber-optik kabellər ixrac edir. Mer yeni tikilməkdə olan müəssisələr haqqında məlumat verib. Montro-Fot-Yonn şəhərinin tarixi məkan olmasından danışaraq şəhərin tarixi əhəmiyyətini, eləcə də Fransanın tarixində böyük rol oynadığını diqqətə çatdırıb.

Bəxtiyar Əsgərov Naxçıvanın tarixi və mədəni irs abidələri, eləcə də mədəniyyəti və mətbəxinə dair kitabları, Muxtar Respublikanın tarixi və mədəni irs abidələrinə dair diskləri merə hədiyyə edib. Bildirib ki, bu kitablar və disklər Naxçıvanı daha yaxından tanımaq üçün yardımçı olacağına inanır. Daimi nümayəndə Montro-Fot-Yonn şəhərinin merini Naxçıvana səfərə dəvət edib.

Dəvəti böyük məmnuniyyətlə qəbul edən mer Ceyms Şeron qarşıdan gələn bələdiyyə seçkilərindən sonra Naxçıvana səfər edəcəyini bildirib. Əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını deyib.

Görüşdə səfirliyimizin II katibi Suliddin Məmmədov və Montro-Fot-Yonnun Meriya Şurasının Azərbaycan üzrə əlaqələndiricisi Marqo Qomes dö Kastro da iştirak ediblər.

Montro-Fot-Yonn şəhərini yaxından tanımaq üçün Naxçıvan nümayəndəsinə xüsusi proqram təşkil olunub. Meriya Şurasının Azərbaycan üzrə əlaqələndirici Marqo Qomes dö Kastronun müşayiəti ilə Naxçıvanın daimi nümayəndəsi şəhərdə fəaliyyət göstərən “Rəqəmsal Akademiyada (La Digitale Academie), “Micro-Folie” virtual muzeyində, eləcə də Fransanın tarixində böyük rol oynamış tarixi hadisələrin cərəyan etmiş olduğu məkanlarda olub.  

Gənclərin müxtəlif universitetlərin diplomuna yiyələnməsini asanlaşdırmaq məqsədi ilə yaradılmış Rəqəmsal Akademiya (La Digitale Académie) ilə tanışlıqdan sonra Akademiyanın direktoru Soazig Grosla müzakirələrdə Bəxtiyar Əsgərov Naxçıvan Universitetləri və distant təhsil haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Universiteti bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq edir və distant təhsil təmin olunub. Bu gün Naxçıvanda onlarla ölkənin tələbələri təhsil alır. O, həmçinin Naxçıvan və Fransa Universitetləri arasındakı mövcud əlaqələrə toxunaraq, fransız dilinin tədrisindən söz açıb. Qeyd edib ki, Naxçıvan Dövlət Universitetində Fransız dili ixtisası üzrə ali təhsilli kadrlar hazırlanır, Muxtar Respublikanın 50-yə yaxın orta məktəbində Fransız dili fənni tədris olunur. 2006-cı ildən Muxtar Respublikada Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərir. Aparılan araşdırmaların nəticələri müxtəlif beynəlxalq jurnal və kitablarda nəşr edilib. Eyni zamanda, “Azərbaycan-Fransa birgə arxeoloji qazıntıların 10 illiyi” adlı sərgilər Bakı və Lyon şəhərlərində keçirilib. Sərgilərdə Naxçıvanda arxeoloji qazıntılar zamanı tapılan əşyalar nümayiş olunub.

Montro-Fot-Yonn şəhərinin Micro Folie” rəqəmsal virtual muzeyinə səfər zamanı muzeyin fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, “Micro Folie”də Fransanın bütün muzeylərinin, eləcə də bir çox ölkələrin məşhur muzeylərinin eksponatları ilə daha yaxından tanış olmaq mümkünüdür. Muzeyin əsas məqsədi  digər şəhərlərdəki muzeylərə getmək imkanı olmayan sakinlərə yardımçı olmaq və həmin muzeylərin eksponatlarını təqdim etməkdir.

Müzakirələr zamanı bu muzeydə Naxçıvanın tarixi və mədəni abidələri haqqında rəqəmsal məlumatın yerləşdirilməsinin əhəmiyyətinə toxunulub. Bildirilib ki, belə məlumat yerli sakinlərə qardaş şəhəri yaxından tanımağa imkan yaradacaq.

Şəhərlə tanışlıqdan sonra Montro-Fot-Yonn şəhərinin meri tərəfindən təşkil edilmiş işgüzar naharda müzakirələr davam edib. Nahar zamanı tərəflər əməkdaşlığın mümkün istiqamətlərini bir daha nəzərdən keçiriblər.

Naxçıvan Muxtar Respublikası, onun zəngin mineralları  haqqında maraqlanan şəhər meriyasının nümayəndələrinə ətraflı məlumat verilib. Nuhun vətəni, bəşəriyyətin beşiyi olan Naxçıvanın tarixindən, coğrafiyasından, antik və orta əsrlər dövrü maddi-mədəniyyət nümunələri və tarixi abidələrindən,  ilk insanların yaşadığı mağaralardan, möhtəşəm qalalardan, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrdən söz açılıb. Bildirib ki, uzun illərdir Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvanda inkişafa nail olunub, enerji və ərzaq təhlükəsizliyini təmin edib. Respublikada müasir infrastruktur yaradılıbdır. Söhbət zamanı Naxçıvanın geniş turizm potensialına toxunulub. Naxçıvandakı səhiyyə turizminin inkişafı sahəsində mövcud infrastrukturlar - Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksi, həmçinin dərman bitkiləri, “Badamlı” və “Sirab” kimi təbii müalicəvi süfrə suları haqqında danışılıb.

İşgüzar nahara qoşulan meriya nümayəndələri Naxçıvanda təşkil edilmiş beynəlxalq səviyyəli tədbirlər haqqında məlumatlandırılıblar. Qeyd edilib ki, 2018-ci ildə Naxçıvanda Avropa Günləri keçirilmiş, bir çox Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri tədbiri çox yüksək qiymətləndirmişlər. Bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edən Naxçıvanın özü də bir çox ölkələrdə beynəlxalq tədbirlərə qoşulub, xüsusilə də Fransada keçirilmiş beynəlxalq iqtisadi sərgilərdə Naxçıvan şirkətləri də iştirak edib.

Xatırladaq ki, cari ilin aprel ayında Sen və Marn departamentinin Montro-Fot-Yonn şəhərində 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında Azərbaycanın fransadakı səfirliyinin təşkilatçılığı ilə Naxçıvan öz stendi ilə təmsil olunmuşdur. Naxçıvan stendi ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

21-11-2019-19-07 Rəsmi

Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

NUHÇIXAN xəbər verir ki, həmin gün Türkeşdə yeni xidmət mərkəzi də istifadəyə ve...

Türkeş kənd avtomobil yolu yenidən qurulub

21-11-2019-19-05 Rəsmi

Türkeş kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamət...

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

21-11-2019-19-03 Rəsmi

Türkeş Kənd Mərkəzi istifadəyə verilib

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-dəTürkeşdə yeni kənd mərkəzinin də açılışı ...

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

21-11-2019-19-01 Rəsmi

Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Nax...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

21-11-2019-18-19 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

21-11-2019-17-19 Xəbərlər

Türkeş kənd sakininin Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO

Noyabrın 21-də Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə...

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

21-11-2019-16-59 Xəbərlər

Şahbuz rayonunun Türkeş kəndində yeni sosial obyektlər istifadəyə verilib - VİDEO

Noyabrın 21-də - Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümündə Ş...

Naxçıvanda sabaha olan hava proqnozu

21-11-2019-14-22 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanı...

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

21-11-2019-12-56 Xəbərlər

Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı D...

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

21-11-2019-12-15 Xəbərlər

“Müasir Naxçıvan həm də Yeni Azərbaycan Partiyasının əsəridir”

Bu fikri NUHÇIXAN-a Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkila...

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

21-11-2019-11-46 Xəbərlər

Muxtar respublika ərazisində qanunvericiliyin tələblərini pozan 36 əcnəbi aşkarlanıb

Bu ilin ötən ayında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfi...

Ötən günün mənzərəsi - VİDEO

21-11-2019-11-04 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

20-11-2019-19-28 Rəsmi

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO

NUHÇIXAN xəbər verir ki, noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Naxçıvanda sabaha olan hava proqnozu

20-11-2019-18-30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

20-11-2019-17-50 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Belarusiya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

20-11-2019-15-31 Xəbərlər

Tələbələr muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təcrübə keçiblər

Naxçıvan Dövlət Universitetinin (NDU) Sosial iş ixtisası üzrə IV kurs tələbələri...

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

20-11-2019-14-28 Xəbərlər

Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib

Naxçıvan Musiqi Kollecində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrin...

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

20-11-2019-12-22 Xəbərlər

Naxçıvanın dünəni ilə bu günü - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Gənclər Fondu muxtar r...

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

20-11-2019-11-16 Xəbərlər

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib

Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəl...

Ötən günün mənzərəsi - VİDEO

20-11-2019-10-55 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2019-16-49 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

19-11-2019-16-11 Xəbərlər

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət...

Nakhchivan news - VİDEO

19-11-2019-14-52 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

19-11-2019-14-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Ötən günün mənzərəsi - VİDEO

19-11-2019-12-47 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

19-11-2019-12-05 Xəbərlər

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ail...

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

19-11-2019-11-01 Xəbərlər

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərb...

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

19-11-2019-09-00 Xəbərlər

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən...

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...