Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda günlərdir davam edən qarlı-yağışlı hava öz yerini günəşli günlərə verib

Muxtar respublikada 1 həftədir davam edən soyuq və yağıntılı hava şəraiti dünən axşamdan etibarən yerini yağmursuz və günəşli havaya verib.

Hazırda Naxçıvan şəhərində səhər saatlarında havanın temperaturu 1-5 dərəcə arasında dəyişir. Ucqar dağlıq ərazilərə və dağ kəndlərinə yağan qarın təsirindən həmin ərazilərdə 1-5 dərəcə arasında şaxta müşahidə olunur. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyindən naxcivantv.az-a bildiriblər ki, günəşli hava bu həftə ərzində davam edəcək, temperatur 13-15 dərəcəyədək yüksələcək.

 

Əbülfəz Dünyamalıyev

NTV xəbər

Bənzər məqalələr

www.naxcivantv.az