Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

 Məmməd Səid Ordubadinin həyat və yaradıcılığı mövzusunda açıq dərs keçirilibNaxçıvan Tibb Kolleci və Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup tələbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Naxçıvanşünaslıq Mərkəzində açıq dərs keçiblər.

Naxcivantv.az xəbər verir ki, Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Emin Məmmədov  Məmməd Səid Ordubadinin həyatı və yaradıcılığı barədə  məlumat verərək bildirilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağı  böyük şəxsiyyətlər yetirib və həmin şəxsiyyətlər Azərbaycan elminə, mədəniyyətinə, ictimai fikir tarixinə mühüm töhfələr veriblər. Belə görkəmli şəxsiyyətlərdən biri də Məmməd Səid Ordubadidir. Mart  ayının 24-də Məmməd Səid Ordubadinin anadan olmasının 145 ili tamam olur.

Vurğulanıb ki, Ordubadi ilk təhsilini mollaxanada, sonra isə dövrün görkəmli maarifpərvər ziyalısı Məhəmməd Tağı Sidqinin “Əxtər” məktəbində alıb.  Tarixi romanlar müəllifi kimi  tanınan  Məmməd Said Ordubadinin yaradıcılığı Azərbaycan ədəbiyyatında  xüsusi yeri var. Ordubadinin “Qanlı illər” əsəri ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım faktlarını sənədlər və arxiv materialları əsasında ortaya qoyan dəyərli tarixi-sənədli nümunədir.

Açıq dərsdən sonra tələbələr mərkəzin  çap materiallarının fondu, elektron  oxu zalı ilə  yaxından tanış olublar.

 

                                                          Laləzar Hüseynova

NTVxəbər

www.naxcivantv.az