Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Muxtar Respublikanın Dövlət Miqrasiya Xidməti əməkdaşları təltif edildi

Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidməti əməkdaşlarının  təltif edilməsi haqqında bu gün sərəncam imzalayıb.

Naxcivantv.az-n məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları da var.

Ölkə başçısının həmin sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Məmmədov Zakir Məhərrəm oğlu, Paşayev Qiyas Əhəd oğlu və Məmmədov Orxan Səfər oğlu “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

www.naxcivantv.az