Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub

Avroliqada 1/4 finalçılar müəyyənləşdiNaxcivantv.az-ın xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” öz meydanında yunan nəhəngi “Olimpiakos”u qəbul edib.

Matça erkən qollarla başlayan "Qara qartal" ilk hissənin sonunda azlıqda qalsa da, yekunda böyükhesablı qələbə qazanmaqla mərhələ adlayıb. 

Turnirin favoritlərindən olan “Mançester Yunayted” “Rostov”u sınağa çəkib. İkinci hissədə vurulan yeganə qol Manchester təmsilçisinin növbəti mərhələyə adlamasına kifayət edib. 

“Rostov”dan fərqli olaraq, Rusiyanın turnirdəki digər təmsilçisi “Krasnodar”ın mərhələ adlamaq şansı heç də az deyildi. İlk matçda səfərdə “Selta”ya 1:2 hesabı ilə yenilən “Krasnodar” qol buraxmadan qələbə qazanmaqla, adını 1/4 finala yazdıra bilərdi. Lakin meydan sahibləri bunu bacarmayıblar. “Krasnodar” qapısında gördüyü 2 cavabsız qolla turnirlə vidalaşıb. 

Maraqlı oyunlardan biri də  Romada keçirilib. İtaliyanın eyni adlı təmsilçisi “Lion”la üz-üzə gəlib. "Roma" qələbə qazansa da, iki oyunun nəticəsinə görə fransızlar 1/4 finala yüksəlib.

Avropa Liqası

1/8 final, cavab oyunları

16 mart

“Ajaks” (Hollandiya) - “Kopenhagen” (Danimarka) 2:0
Qollar: 
Traore, 23, Dolberq, 45+2
İlk oyun - 1:2

“Anderlext” (Belçika) - APOEL (Kipr) 1:0
Qol: Acheampong, 65
İlk oyun - 1:0

“Roma” (İtaliya) - “Lion” (Fransa) 2:1
Qollar:
 Diakhabi, 16 (0:1), Strootman, 18 (1:1), Tousart, 60-avtoqol (2:1)
İlk oyun - 2:4

“Borussiya” (Münhenqladbax, Almaniya) - “Şalke” (Almaniya) 2:2
Qollar:
 Kristensen, 26 (1:0), Dahoud, 45+2 (2:0), Qoretzka, 54 (2:1), Bentaleb, 68 (2:2)
İlk oyun - 1:1

“Mançester Yunayted” (İngiltərə) - “Rostov” (Rusiya) 1:0
Qol:
 Mata, 71
İlk oyun - 1:1

“Beşiktaş” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan) - 4:1 
Qollar: 
Abubakar, 10 (1:0), Babel, 22 (2:0), Elyounuossi, 31 (2:1), Babel,  75 (3:1), Cenk Tosun, 84 (4:1)
Qırmızı vərəqə: Abubakar. 39 ("Beşiktaş")
İlk oyun - 1:1

“Genk” (Belçika) - “Gent” (Belçika) - 1:1 
Qollar: 
Kastagne, 20 (1:0), Verstraete, 84 (1:1)
İlk oyun - 5:2

“Krasnodar” (Rusiya) - “Selta” (İspaniya) - 0:2 
Qollar: 
Mallo,  52, Aspas, 80 
İlk oyun - 1:2

 

www.naxcivantv.az