Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Avrokuboklarda 1/4 final mərhələsinin  püşkü atılacaq

Bu həftə oynanılan  qarşılaşmalarından sonra Çempionlar Liqasında və Avroliqada  bütün 1/4 finala yüksələn komandaların adları artıq bəllidir.

 Naxçıvantv.az  xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi bu gün keçiriləcək. İsveçrənin Nyon şəhərində Çempionlar liqasının  cütlərinin bəlli olacağı  mərasim  Bakı vaxtı ilə   saat  15:00-da start götürəcək.Qitənin ən nüfuzlu klub turnirində  1/4 finalın ilk oyunları  11-12 aprel, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək. Qeyd edək ki, ÇL-də 1/4 finala yüksələn komandalar "Real", "Bavariya", "Barselona", "Borussiya" (Dortmund), "Yuventus", "Lester". "Atletiko" və "Monako"dur. 

“Beşiktaş”, “Genk”, “Selta Viqo”, “Ayaks”, “Anderlext”, “Şalke 04”, “Manchester Yunayted” və “Lion” un yer alacağı  xəyallar səhnəsinin püşkü isə saat 16:00-da atılacaq.

Avropa Liqasında 1/4 finalın ilk matçları 12 apreldə, cavab oyunları isə 1 həftə sonra oynanılacaq. 

www.naxcivantv.az