Əslində bu sualın cavabı o qədər də çətin deyil.

Bir az keçmişə nəzər saldıqda, müqayisələr aparıb hadisələrin xronologiyasını dəqiq izlədikdə məsələnin mahiyyəti tam aydın olur.

Naxçıvanda bu işin təməli hələ Sovetdən təzəcə ayrıldığımız illərdə, daha dəqiq desək, ötən əsrin 90-cı illərinin əvvəllərində ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. Dahi şəxsiyyətin rəhbərliyi ilə Ali Məclisin sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarların qəbul olunması özəl mülkiyyətə əsaslanan aqrar münasibətlərin formalaşmasında və bunun tərkib hissəsi kimi fərdi təsərrüfatçılıq ənənələrinin yaranmasında ilkin addım idi.

1996-cı ildən sonra muxtar respublikada torpaq islahatlarının həyata keçirilməsi, aqrar sahəyə böyük diqqət və qayğı isə fərdi təsərrüfatların formalaşmasında və inkişafında yeni bir dövrün başlanğıcı oldu.

Bunun ardınca torpağın əkilib-becəriliməsində mövcud olan çətinliklər – texnika, gübrə və su çatışmazlığı aradan qaldırıldı. Yeni su anbarları tikildi, nasos stansiyaları və subartezian quyuları istifadəyə verildi, qapalı suvarma şəbəkələri quruldu, kanallar çəkildi.

Rayonlarda kolxozlarla birlikdə “ömrünü” başa vuran 2-3 salxaq-sökük traktor və kombaynların yerini hər ailənin sahib olduğu müasir kənd təsərrüfatı texnikaları aldı, aqrolizinq xidməti yaradıldı, muxtar respublikaya minlərlə müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları gətirildi, əl əməyindən istifadəyə son qoyuldu.

Torpaq mülkiyyətçilərinə güzəştlərin tətbiq olunması, subsidiyaların və gübrələrin verilməsi məhsul istehsalına marağı artırdı. Bol məhsul istehsal olunduqca isə digər həlli vacib məsələlərə sıra gəldi. Həmin məhsullar dövlət tərəfindən alındı, yaradılan soyuducu anbarlara tədarük edildi, daxili bazar qorundu, yerli məhsulların satışına üstünlük verildi. İş bununla bitmədi, kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olundu, kəndliyə deyildi ki, səndən nə vergi alan var, nə də rüsum tələb edən, məhsulunu bazarda rahat sata bilərsən. İstixana kompleksləri də fəaliyyətə başladı, əhali ilboyu keyfiyyətli bostan-tərəvəz məhsulları ilə təmin edildi. Bir də baxıb gördük ki, dünənə qədər xaricdən daşıdığımız keyfiyyətsiz bostan-tərəvəz məhsullarının yerini keyfiyyəti, dadı-tamı ilə seçilən Naxçıvan məhsulları alıb.

Əkinçiliklə yanaşı, heyvandarlıq da, arıçılıq da inkişaf etdirildi. Mal-qaranın cins tərkibi yaxşılaşdırıldı, hər kənddə baytarlıq xidməti təşkil olundu, suni mayalanmaya keçildi, arı aiələrinin sayı artırıldı, dövlət proqramı qəbul edildi, yaylaqlar verildi heyvandarların və arıçıların ixtiyarına. Artıq kiminsə öz təsərrüfatını genişləndirmək üçün hansısa bəhanə gətirməyinə əsas qalmadı.

Meyvəçilikdə də yeni yanaşma ortaya qoyuldu. Dövlət proqramları qəbul olundu, insanlarda iməciliklərlə əsası qoyulan ağac əkmək mədəniyyəti formalaşdı. Yazın gözü açılmamış çöldə-bayırda əlində balta ağacları “çiçəyə həsrət qoyan” odunyığanlar çönüb oldular bağban, min hektarlarla bağ saldılar. Naxçıvanın cəvizi, alması, tutu, əriyi, armudu, badamı, heyvası, şaftalısı, üzümü bazarda öz yerin tutdu, bununla da qalmadı tonlarla meyvə hər il daşınıb aparıldı ölkəmizin digər bölgələrinə və xarici bazarlara. 

Kəndlərimizdə geniş quruculuq işlərinə başlandı. İlk növbədə kəndə yol çəkildi, evlərə daimi elektrik, qaz verildi, yeni sosial obyektlər tikildi, internet, yeni texnologiyalar hər bir kənd adamı üçün əlçatan oldu. Müasir məktəblər, kənd və xidmət mərkəzləri fəaliyyətə başladı. Bununla da kəndli öz evinin içində şəhər rahatlığına qovuşdu. Ta o fikirləşmədi ki, kəndimi qoyub harasa getməliyəm, əksinə torpağını əkdi, təsərrüfatını genişləndirdi, gün-güzəran qurdu.

Dövlətimizin əsas məqsədi insan sağlamlığıdır və bunun da mühüm vasitələrindən biri sağlam qida məhsullarının istehsalından keçir. İstər bitkiçilik, istərsə də ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinə malik olması, bu məqsədlə aparılan profilaktik tədbirlər öz bəhrəsini verdi. Naxçıvan məhsulları brendə çevrilib. Əl-əl axtarılır.

Ailə təsərrüfatları əsasən aqrar sahə üzrə formalaşırlar. Aqrar sahənin inkişafında diqqət yetirilməli amillərdən biri isə elmi yanaşmanın ortaya qoyulmasıdır. “Araz” Elm İstehsalat Birliyinin yardımçı təsərrüfatlarında məhsuldar toxum sortlarının yetişdirilməsi, xüsusilə toxumçuluq təsərrüfatlarının fəaliyyətə başlaması, torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlərin aparılması imkan verdi ki, əkinçilikdə ən səmərəli metodlardan istifadə olunaraq bol və keyfiyyətli məhsul istehsal edilsin.

Nəticə uğurludur. Qürurvericidir. Artıq muxtar respublikada fərdi təsərrüfatlar inkişaf edərək ailə büdcəsinin əsas gəlir mənbəyinə çevrilib. Kənd yerlərində yaşayan ailələr öz məşğulluqlarını, dolanışıqlarını təsərrüfatla təmin edirlər. İstehsal olunan məhsulların çeşidi artıb. Təsərrüfatlar təkcə xammal istehsal etməklə deyil, həm də onun emalına da maraq göstərməyə başlayıb, ailə biznesi formalaşıb. Məhsulların qablaşdırılması, emalı, bazara çıxarılması istiqamətində səmərəli marketinq sistemi qurulub. Fərdi təsərrüfatlar genişlənərək iqtisadiyyatın, daha dəqiq desək özəl sektorun ən təkmil forması olan ixtisaslaşmış ailə təsərrüfatlarına çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi, 2019-cu ilin “Ailə təsərrüfatları ili” elan olunması muxtar respublikada bu məsələyə kompleks yanaşma ortaya qoyub. Ailə təsərrüfatlarının biznes planlarının tərtibi, onlara güzəştli kreditlərin və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının verilməsi, “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi istehsal edilən məhsulun həcminin və çeşidinin artmasına, tanıdılmasına və geniş alıcı kütləsinə çatdırılmasına, ən mühümü isə ixrac imkanlarının yaranmasına səbəb olub.

Yəni sözümün canı ondadır ki, bu gün ağız dolusu danışdığımız ailə təsərrüfatları heç də göydən düşməyib, birdən-birə yaranmayıb. Naxçıvanda sabitliyə, inkişafa, firəvanlığa, təhlükəsiz yaşayışa, necə ki, gecəli-gündüzlü fəaliyyət hesabına nail olunubsa, hər gün dükan-bazardan, festivallardan məhsullarını evlərimizə daşıdığımız, bir çoxumuzun elə sahib olduğumuz ailə təsərrüfatlarına da illər boyu çəkilən böyük zəhmət, yaradılan şərait və göstərilən diqqət nəticəsində nail olunub.

Naxçıvanda kəndli bugünün ailə təsərrüfatı sahibi, sabahın isə sahibkarıdır...

 

Ülvi Hüseynli

Jurnalist

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

31-03-2020-18-28 Xəbərlər

Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəyənlərin sayı artır - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

31-03-2020-18-27 Xəbərlər

Şahbuz rayonunda torpaqların elektron uçotunun aparılması başa çatdırılıb

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyində olan Dövl...

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

31-03-2020-17-46 Xəbərlər

Ən yaxşı kəşfiyyatçılar seçildi - VİDEO

Əsgərlərimiz “Ən yaxşı kəşfiyyatçı-istehkamçı” və “Ən yaxşı kəşfiyyatçı-qumbaraa...

Günün şeiri...

31-03-2020-17-25 Xəbərlər

Günün şeiri...

Bu gün 31 Mart - Azərbaycanlıların Soyqırım Günündən 102 il ötür. NUHÇIXAN Azərb...

Naxçıvanda sabaha olan hava proqnozu

31-03-2020-17-13 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə gözlənilən hava proqnozu açıqlanıb....

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

31-03-2020-11-40 Xəbərlər

Ordu sıralarından tərxis aprelin 20-dən 25-dək həyata keçiriləcək

Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması...

Dağlar, sizdə nəyim qaldı

31-03-2020-10-30 Xəbərlər

Dağlar, sizdə nəyim qaldı

Şahidlərin dilindən yaddaşlara köçən Zəngəzur hadisələri

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

31-03-2020-09-40 Xəbərlər

Muxtar respublikada mağazaların ərzaqla təminatına diqqət artırılıb

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində ...

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

30-03-2020-16-11 Xəbərlər

Naxçıvanda Koronovirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsait 3 milyon manata çatıb - SİYAHI

Naxçıvan Muxtar Respublikasında Koronovirusla Mübarizəyə Dəstək Fonduna dövlət q...

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

30-03-2020-15-39 Xəbərlər

Türkiyə qəzetləri Naxçıvanda koronavirusa qarşı aparılan sistemli mübarizədən yazır

Türkiyənin nüfuzlu “Yeşil İğdır” və “15 Temmuz” qəzetləri “Naxçıvanda koronaviru...

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

30-03-2020-11-55 Xəbərlər

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı

Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadılıb.

Naxçıvanda sabaha olan hava proqnozu

29-03-2020-16-32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 30-na gözlənilən hava proqnozu açıqlanıb....

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

29-03-2020-16-04 Xəbərlər

Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb

Hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyann...

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

29-03-2020-13-59 Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam edir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-...

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

29-03-2020-13-57 Xəbərlər

Naxçıvanda koronavirus yoxdur - Rəsmi açıqlama

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma qeydə alınmayıb.

Bitki rənglərinin faydaları

29-03-2020-11-58 Xəbərlər

Bitki rənglərinin faydaları

Bitkilər insan orqanizmi üçün çox faydalı olan birləşmələrin və o cümlədən təbii...

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

28-03-2020-16-27 Xəbərlər

Sədərəkdə dezinfeksiya və tibbi profilaktika tədbirləri davam edir

Yaz və payız aylarında kəskin respirator virus infeksiyalarının artıb çoxalması ...

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

28-03-2020-15-59 Xəbərlər

Qarğıdalı iqtisadi səmərə verən bitkilərdəndir-VİDEO

Şərur rayonunun münbit torpaqlarında qarğıdalı bitkisi yaxşı inkişaf edir.

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

28-03-2020-15-32 Xəbərlər

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əli...

Naxçıvanda sabaha olan hava proqnozu

28-03-2020-14-54 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında martın 29-na gözlənilən hava proqnozu açıqlanıb....

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

28-03-2020-14-28 Xəbərlər

Şərur rayonunda yeni innovativ dərnəklər yaradılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Şərur Şəhər Fizika-Riyaziyyat Təma...

Çirişin bilmədiyimiz faydaları

28-03-2020-12-40 Xəbərlər

Çirişin bilmədiyimiz faydaları

Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif minerallar, vitaminlərlə zəng...

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

28-03-2020-11-48 Xəbərlər

Təhlükəsizliyimizin keşiyindəki təhlükəsizlik orqanları

Yaxud, sədaqət, vicdan, cəmiyyət və dövlət qarşısında məsuliyyət.

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

28-03-2020-10-48 Xəbərlər

Muxtar respublika ərazisində olan su ambarlarında 155 milyon kubmetr su ehtiyyatı vardır-VİDEO

Muxtar respublikada yaz suvarma mövsümünə hazırlıq diqqət mərkəzindədir. Bu mövs...

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

28-03-2020-10-20 Xəbərlər

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” kitabı çapdan çıxıb

NUHÇIXAN xəbər verir ki, ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrin...

Ötən günün mənzərəsi - VİDEO

28-03-2020-09-52 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

27-03-2020-23-07 Xəbərlər

Xoşqədəm Hidayətqızı Naxçıvan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul ayırdı

Məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirus (COVID-19) pandemiyası ilə m...

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

27-03-2020-22-32 Xəbərlər

Naxçıvandakı tələbələrdən etiraz: Onlar yayılan videoların təhrif olunduğunu bildirirlər-VİDEO

Tələbələr yaradılan şəraitə görə dövlət başçısına minnətdardırlar. 

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

27-03-2020-20-13 Xəbərlər

Naxçıvanda Polis Şöbəsi üçün yeni bina tikilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dəmiryol Nəqliyyatında  Polis Şöbəsi üçün yeni...

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

27-03-2020-19-43 Xəbərlər

Şərurda kommunal müəssisələr kombinatının təmizlik maşınları dezinfeksiya olunub

Muxtar respublikanın hər yerində olduğu kimi Şərur rayonunda da ərazilər təmiz s...