Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda kikboksinq üzrə muxtar respublika birinciliyi başlayıb - YENİLƏNİB

Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunan idman tədbirləri çərçivəsində  bu gün kikboksinq üzrə muxtar respublika birinciliyinə start verilib.

Naxcivantv.az xəbər verir ki, İlham Əliyev adına Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 10 çəki dərəcəsi üzrə 100-ə yaxın idmançı mübarizə aparır. Görüşlər kikboksinqin lou-kik və layt-kontakt versiyası üzrə keçirilir. İki gün davam edəcək yarışda gənclər arasında 45 kiloqramda Tulin Ələkbərovla Ayhad İmranlı, 48 kq-da Həsən Kərimli ilə İbrahim Səfərov, 51 kq-da Əbülfəz Rəcəbli ilə Qurban Qənbərli, 54 kq-da Fərman Rzayevlə Ramin İsmayılov, 57 kq-da Rauf Həsənovla Əhməd Rzayev, 63 kq-da Bəxtiyar Qənbərovla Qaməddin Əliyev, 67 kq-da Araz Hüseynzadə ilə Abbas Qədimov, böyüklər arasında isə 60 kq-da Qumral Məmmədli ilə Həsən Həsənov, 85 kq-da Məhəbbət Abbasovla Rəhim Rzayev və 90 kq-da isə Mirəli Seyidovla Bəhruz Cabbarov adlarını finala yazdırmağı bacarıblar.

  Qeyd edək ki,  Naxçıvan Muxtar Respublkası Gənclər və İdman Nazirliyi və Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi yarış sabah yekunlaşacaq.

Elvin Quliyev

NTV xəbər

 

www.naxcivantv.az