Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Çin Xalq Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Guo Minlə görüşüb.

Görüşdə iki ölkə arasındakı mövcud münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə yüksək səviyyəli, hərtərəfli əməkdaşlıq, həyata keçiriləcək yeni layihələr, rəsmi səfərlər, qarşıda duran vəzifələr və s. məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə xanım səfiri 3-cü katib xanım Xu Qing müşayiət edib.

www.naxcivantv.az