Türkiyənin “www.siyasalbirikim.org” saytında “Siyasal Birikim” qəzetinin ictimaiyyətlə əlaqələr və reklam meneceri, “Balkan Birikim” qəzetinin reklam müdiri Aytən Alkaşının “Mədəniyyətlər diyarı Naxçıvandan Türkiyəyə salam” başlıqlı məqaləsi yerləşdirilib.

NUHÇIXAN həmin məqaləni təqdim edir:

Kiçik Qafqaz sıra dağlarının Zəngəzur və Dərələyəz silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının eyniadlı paytaxtı Araz çayına doğru uzanan yaşıl düzənlikdə yerləşir. Təyyarə səfərimdə ilk dəfə gedəcəyim Naxçıvan haqqında düşünürdüm. Orada nə ilə qarşılaşacağım haqda heç bir anlayışım yox idi. “Ən yaxşısı hər şeyi gedib görməkdir”, – deyə düşünərkən, sərnişinlərin “Naxçıvana düşdük” sözləri ilə birdən qəlbim döyünməyə başladı. Təyyarə uçuş-enmə zolağına enən anda içimdə inanılmaz rahatlıq hiss etdim və inanılmaz bir təbəssümlə təyyarədən endim. Mən Naxçıvandayam. Burada danışılan Azərbaycan türkcəsinin ana dilim türkcə ilə çox oxşarlıqları olsa da, mühüm fərqləri də vardır. Səfər boyunca məni gülümsədən, mehribanlığını hiss etdiyim bu şəhərdə daha nə ilə qarşılaşacağımı düşünürəm.

Naxçıvana gələrkən, buranın yaşadığım ölkə – Türkiyə ilə sərhədi olduğunu öyrəndim. Ağrıdağın qarlı zirvəsi uzaqlardan bu məlumatı təsdiq edərcəsinə bizi salamlayırdı. Düşünürəm ki, görəsən, Həzrət Nuhun gəmisi qədim Naxçıvan əfsanələrində deyildiyi kimi, Haçadağın, yoxsa Ağrıdağın zirvəsinə toxunub? Bu düşüncələrlə məni qarşılayan dəyərli naxçıvanlı dostlarımla şəhərin görməli yerlərinə gedirik. Naxçıvanda möhtəşəm bir məscid tikilir. Məscidə gedən yol üzərində olan Möminə xatın türbəsi isə XII əsrdə Azərbaycan Atabəyi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatının şərəfinə memar Əcəmi Əbubəkr tərəfindən inşa edilib. Türbənin xarici hissəsini bəzəyən həndəsi kompozisiyalar, firuzəyi rəngli plitələr və kufi xətti ilə yazılan “Yasin” surəsi o qədər gözəl işlənib ki, heyran qaldım. Fəxr edirəm ki, o dövrün şərtləri altında bir qadın üçün belə bir abidə ucaldılıb.

Ətrafa baxanda çox təsirlənirəm. Möminə xatın türbəsinin yanında yerləşən Açıq Səma Altında Muzey 2002-ci ildə qurulub. Burada Naxçıvan Muxtar Respublikasının ərazisində müxtəlif illərə aid daşdan düzəldilmiş qoç heykəlləri, daş kitabələr, müxtəlif daş fiqurlar və sənduqələr yer alıb. Tezliklə hər yeri görmək istəyirəm…

Naxçıvan şəhərindəki Bayraq Muzeyində 300-dən çox eksponat sərgilənir. Rəngli vitrajlar, sadə və bir o qədər də şanlı görüntü yaradır. Burada gün batışını seyr etməyi xəyal edirəm. Naxçıvanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılan muzeyə gedirik. Bizi çox gülərüzlə qarşılayırlar. Bələdçinin duyğulu şəkildə məlumat verməsi məni dərindən təsirləndirir.

1999-cu ildə qurulmuş muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) xüsusi sənəd və materiallar, məktublar, qərar və sərəncamlar, Türkiyə Respublikası və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzalanmış müqavilələrin və Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinin surətləri toplanıb. Burada dahi lider Heydər Əliyevin şəxsi əşyaları da saxlanılmaqdadır. Ümumilikdə, muzeydə 4536 eksponat vardır.

Naxçıvanlılar yaşadıqları yerin inkişafına, eləcə də adət və ənənələrinə böyük əhəmiyyət verirlər. Nəzir vermək və qurbanlar kəsmək, müxtəlif dua və niyyətlər üçün ziyarət edilən Əshabi-Kəhfə gedirik. Deyilənlərə görə, vaxtilə yeddi kimsənələrin yatdığı bu mağaradakı damcıxanada dilək dilənir və burada üstünə su damlasa, istəklərin qəbul olunacağına inanılır.

Əlbəttə ki, yavaşlamadan yolumuza davam edirik. Tarixboyu yerləşdiyi nöqtə ilə cazibə mərkəzi olmuş Naxçıvan sahib olduğu mineralları ilə, həm də şəfa mərkəzidir. Şəhər mərkəzindən 10-12 kilometr uzaqlıqdakı Duz dağının içində 110 metr dərinlikdəki mağaraları gəzərkən qısa müddətdə nəfəs aldığım duzlu havanın təsirini göstərməsi məni daha çox maraqlandırdı. Bizə məlumat verən dostlarımızdan öyrəndik ki, 1979-cu ildən xidmət göstərən fizioterapiya mərkəzinə hər il müalicə almaq məqsədilə fərqli millətlərdən yüzlərlə astma və bronxit xəstəsi gəlir. Uzaqdan gələn xəstələri oteldə yerləşdirmək üçün mehriban heyət mövcuddur. Naxçıvana heyranlığım bir daha artdı. Ən ucqar kəndlərdə belə, gözəl məktəblər var. İlk görəndə universitet olduğunu düşündüm. Lakin sonradan öyrəndim ki, məktəb binalarıdır. Məni təəccübləndirən kənd yollarının asfaltlanması, şəhərdən heç bir fərqin olmaması idi.

Batabat gölü və Üzən ada – Kiçik Qafqaz dağlarında yerləşən yaylaq yeri heyranedici idi. Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı, gül-çiçəkli çəmənlikləri, təbii gölü, sadə və təmiz dağ havası... Burada ən maraqlısı, təbiətin yaratdığı Üzən ada idi.

Əlincəqala möhtəşəm bir abidədir. Heyran qaldım... Bütün turistlər bu gözəlliyi görməlidirlər. Tarixiliyini qoruyaraq bərpa edilmiş, heyranedici gözəlliyə sahib qalaya çıxmaq üçün daş pillələr düzəldilib, tam zirvəyə çatmaq istəyirsinizsə, 2700 pilləni qalxmaq lazımdır. Pillələri qalxarkən Naxçıvanın möhtəşəm mənzərələrini görə bilərsiniz. Təbii ki, qaladan günbatımını izləmək də möhtəşəmdir.

Səyahətimizin son günü – şənbə günündə yerli məhsulların nümayiş edildiyi “Ailə təsərrüfatı məhsulları” festivalına getdik. Kəndlilər – ailə təsərrüfatçıları zəhmətlə yetişdirib, ərsəyə gətirdikləri məhsulları alıcılara təqdim edirdilər. Naxçıvanda qaldığım 4 günün necə keçdiyini hiss etmədim. Oradakı gənc jurnalist dostlarımıza verdiyimiz müsahibələr, etdiyimiz söhbətlər, onların gülümsəyən simaları, bizi müşayiət edən dostlarımızın qonaqpərvərliyi çox lütfkar idi. Biz bu mədəniyyəti çox axtarırıq. Yaxşı ki Naxçıvana gəldim.

Saat Meydanında dinlədiyim möhtəşəm musiqi hələ də qulağımdadır. Əminəm ki, bu şəhərə bir daha gələcəyəm, siz də mütləq gəlin. Mədəniyyəti, şəhərin təmizliyini görün, restoranların gözəlliyinə, xüsusən səliqə-sahmana, qonaqpərvərliyə şahid olun və özlərinəməxsus yeməklərdən dadın, o vaxt mənə haqq verəcəksiniz.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

11-08-2020-17-43 Xəbərlər

Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzi...

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

11-08-2020-15-56 Xəbərlər

Avqustun 13-14-də respublikanın 35 şəhər və rayonunda qəbul imtahanları təşkil ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-14-də respublikanın 35 şəhər...

Naxçıvanda sabaha olan hava proqnozu

11-08-2020-15-35 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 12-nə gözlənilən hava proqnozu açıqlanı...

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

11-08-2020-14-00 Xəbərlər

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.

Ötən günün mənzərəsi - VİDEO

11-08-2020-11-18 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

11-08-2020-10-36 Xəbərlər

Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir - VİDEO

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci...

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-08-2020-09-19 Xəbərlər

İmtahan iştirakçıları arasında maksimal bal toplayanların sayı açıqlanıb

11-ci sinif şagirdləri üçün 23-24 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxı...

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

10-08-2020-17-30 Xəbərlər

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının tarixi açıqlanıb

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust...

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

10-08-2020-17-12 Xəbərlər

Azərbaycan və Türkiyə HHQ-nin qırıcıları təlim-məşq uçuşları keçiriblər - VİDEO

"TurAz Qartalı - 2020" Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinc...

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

10-08-2020-16-09 Xəbərlər

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq i...

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

10-08-2020-12-53 Xəbərlər

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərin qeydiyyatı davam edir

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili ...

Azərbaycan Ordusunun generalı vəfat edib

10-08-2020-12-11 Xəbərlər

Azərbaycan Ordusunun generalı vəfat edib

Azərbaycan Ordusuna ağır itki üz verib. General-leytenant Məmmədov Fuad Nadir oğ...

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

10-08-2020-11-19 Xəbərlər

Peşə təhsili müəssisələrinə sənəd qəbuluna start verilir

Bu gün 2020/2021-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd qəb...

Qədim yeraltı tikili-40 pillə çeşməsi

09-08-2020-19-57 Xəbərlər

Qədim yeraltı tikili-40 pillə çeşməsi

Ordubad şəhərindəki 40 pillə çeşməsi yer altında inşa olunmuş çox maraqlı su mən...

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

09-08-2020-16-37 Xəbərlər

Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında...

El sənətini yaşadanlar

09-08-2020-13-20 Xəbərlər

El sənətini yaşadanlar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklər boyu təşəkkül tapan adət-ənənəl...

Naxçıvanda sabaha olan hava proqnozu

08-08-2020-17-40 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 9-na gözlənilən hava proqnozu açıqlanıb...

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

08-08-2020-16-20 Xəbərlər

Naxçıvanda gənc sərhədçilərin andiçmə mərasimi keçirildi - VİDEO

Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində sərhəd diviziyasının ma...

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

08-08-2020-15-30 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əs...

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

08-08-2020-15-09 Xəbərlər

Muxtar respublikada fövqəladə hallara hazırlıq işləri davam etdirilir

Muxtar respublikada pandemiyaya qarşı profilaktik tədbirlər davam etdirilərək Na...

Ötən günün mənzərəsi - VİDEO

08-08-2020-13-31 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

08-08-2020-11-48 Xəbərlər

Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

“Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbu...

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

08-08-2020-10-33 Xəbərlər

Azərbaycanda koronavirusa yoluxma hallarının 56,3 faizi paytaxtın payına düşür

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma...

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

08-08-2020-09-00 Xəbərlər

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-c...

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

07-08-2020-18-57 Xəbərlər

Naxçıvan Dövlət Universiteti beynəlxalq layihəyə imza atıb

“Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət me...

Naxçıvanda sabaha olan hava proqnozu

07-08-2020-17-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında avqustun 8-nə gözlənilən hava proqnozu açıqlanıb...

Püstə bağlarına qulluq göstərilib

07-08-2020-16-30 Xəbərlər

Püstə bağlarına qulluq göstərilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazi...

Ötən günün mənzərəsi - VİDEO

07-08-2020-15-10 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvantravel yeni saytını təqdim edib

07-08-2020-14-51 Xəbərlər

Naxçıvantravel yeni saytını təqdim edib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turistlər bu saytda Naxçıvanla ba...

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

07-08-2020-13-58 Xəbərlər

Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 13-də və 14-də keçiriləcək qəbu...