Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib.

 

NUHÇIXAN xəbər verir ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək bayrağın xalqımızın, millətimizin varlığının sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu deyib. O vurğulayıb ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mübarizəsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarixboyu özünü qabarıq göstərib. Bayraq daim xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Ölkə başçısının bu Sərəncamı dövlət rəmzlərinə hörmət və ehtiramın ən bariz ifadəsidir. Çünki dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qoruyublar. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Ona görə də bu gün dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən sevgisinə, millət duyğusuna çevrilib. Ölkə Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, bu gün şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır. Prezident İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək deyib: “Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

“Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq dövlət bayrağı kimi qəbul olunmuşdur.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərdə yaşamışdır. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur”, - deyə Bəxtiyar Əsgərov əlavə edib.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağımız da milli suverenliyin simvolu kimi təsdiq olunub, Azərbaycan Respublikasının dövlət bayrağı haqqında çoxsaylı normativ hüquqi aktlar qəbul edilib. Ulu Öndərimizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilib. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil, həm də bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidentinin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə göstərir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə dövlət bayrağının istifadəsi qaydaları müəyyənləşdirilib. Bu qanunla dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilib, onun rəsmi tədbirlər, matəm günləri və matəm mərasimləri zamanı istifadəsi, həmçinin digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi qaydaları təsbit olunub, dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər, habelə dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən isə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub.

Qeyd edilib ki, hər il noyabr ayının bu günlərində ölkəmizdə həm də Konstitusiya Günü qeyd edilir. 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu ana Qanunumuz xalqımızın yekdilliklə səsverməsi nəticəsində qəbul olunmuş, beləliklə, müstəqil Azərbaycanın ilk Konstitusiyası qüvvəyə minib. Odur ki, bu əlamətdar hadisəni də xalqımız yaxın tarixinə sədaqətinin nümunəsi kimi hər il qeyd edir. Ölkəmizin hər yerində yaradılan bayraq meydanları, ucaldılan üçrəngli bayrağımız dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” imzalanmış digər Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmasını nəzərdə tutur. Bu Sərəncam bir tərəfdən Naxçıvan Muxtar Respublikasının həmişə olduğu kimi, bu gün də müstəqil dövlətçiliyimizə olan dərin sevgisinin göstəricisidirsə, digər tərəfdən, ümummilli lider Heydər Əliyevə dönməz sədaqətinin təntənəsidir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri deyib: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır... Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə dövlət bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.

Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcək. Əbədi müstəqilliyimizin simvolu kimi daim uca zirvələrdə dalğalanan bayrağımız milli dəyərimiz, əyilməyən başımız, qürurumuzdur. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Tədbir digər çıxışlarla davam etdirilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

19-11-2019-16-49 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında noyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanı...

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

19-11-2019-16-11 Xəbərlər

İlin sonunadək Şərur Sənaye Məhəlləsində ilk müəssisənin qurulması işlərinə başlanılacaq

Şərur Sənaye Məhəlləsində artıq layihə-planlama işlərinə başlanılıb, qısa müddət...

Nakhchivan news - VİDEO

19-11-2019-14-52 Xəbərlər

Nakhchivan news - VİDEO

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

19-11-2019-14-31 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri Malaziya səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası Daimi nümay...

Ötən günün mənzərəsi - VİDEO

19-11-2019-12-47 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

19-11-2019-12-05 Xəbərlər

Şəhid ailələrindən olan uşaqların ekskursiyası təşkil olunub

20 noyabr-Ümumdünya Uşaq Günü münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ail...

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

19-11-2019-11-01 Xəbərlər

Siyavuş Novruzov: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı və təhlükəsizliyi daim Azərb...

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

19-11-2019-09-00 Xəbərlər

Muxtar respublikada payız suvarma mövsümü mütəşəkkil keçirilir

Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən...

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

18-11-2019-17-50 Xəbərlər

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

Sahil Tahirli yazır... Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar ...

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

18-11-2019-17-24 Xəbərlər

Əli Erbaş Naxçıvanla tanış olub - VİDEO

Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Erbaş Naxçıvan Muxtar Respubl...

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18-11-2019-16-08 Rəsmi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası ...

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

18-11-2019-13-51 Xəbərlər

Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda

Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə nəslinin davamçıları - ədibin ...

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

18-11-2019-13-28 Xəbərlər

Cəlil Məmmədquluzadənin nəticələri ədibin məzarını ziyarət etdi

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş...

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

18-11-2019-12-40 Xəbərlər

Muxtar respublikada qanunvericiliyin tətbiqi diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

18-11-2019-10-58 Xəbərlər

Naxçıvan Muxtar Respublikası stendi “Caspian Ecology” sərgisində - VİDEO

Noyabrın13-dən 15-dək Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 10-cu Azərbaycan B...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

17-11-2019-18-20 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi...

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

17-11-2019-17-43 Xəbərlər

Şərur adının mənşəyi və buradakı qədim arxeoloji abidələr

«Şərur» adının yaranması qədim Şumer əsatiri ilə bağlıdır.

Hər qarışı cənnət məkanım

17-11-2019-16-59 Xəbərlər

Hər qarışı cənnət məkanım

Deyirlər hər kəsin Vətən adlı bir dünyası var. Bəlkə elə buna görədir ki, dünyad...

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

17-11-2019-14-57 Xəbərlər

Naxçıvan öz dərin və gizli ruhu ilə möhtəşəm bir yerdir

Statistik məlumat: 1 sentyabr 2019-cu il tarixə olan məlumata görə, Naxçıvan şəh...

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

17-11-2019-14-00 Xəbərlər

Muxtariyyət dövründə Naxçıvan energetikasının keçdiyi inkişaf yolu

Elektroenergetikanın inkişafına təkan

Bu şəhərin payızı

17-11-2019-10-25 Xəbərlər

Bu şəhərin payızı

Bu şəhərin payızı bütün şəhərlərin payızından daha gözəldir, daha cazibədardır, ...

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

17-11-2019-00-00 Xəbərlər

Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasın...

Ötən günün mənzərəsi - VİDEO

16-11-2019-16-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

16-11-2019-15-33 Xəbərlər

Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb - VİDEO

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq TələbəGənclə...

Operativ vergi nəzarəti tədbirləri görülür

16-11-2019-13-06 Xəbərlər

Operativ vergi nəzarəti tədbirləri görülür

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

16-11-2019-12-21 Xəbərlər

Naxçıvanda əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradılıb

Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə diqqət göstər...

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

16-11-2019-11-09 Xəbərlər

Daimi nümayəndəliyin rəhbəri Əkrəm Məmmədlinin yubiley gecəsində iştirak edib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

16-11-2019-09-00 Xəbərlər

Havuş kəndində 600-ə yaxın cəviz tingi əkilib

NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Havuş kəndində yeni cəviz bağı salınıb....

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

15-11-2019-17-35 Xəbərlər

Gənc dövlət qulluqçuları intellektual oyunda biliklərini sınayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

15-11-2019-15-45 Xəbərlər

Litva səfiri muxtar respublikada bir sıra istehsal müəsisələrində olub - VİDEO

Xəbər verdiyimiz kimi Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyy...