Müstəqilliyimizin və dövlətçiliyimizin rəmzi-Azərbaycan bayrağı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il  noyabrın 17-də hər il 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi barədə Sərəncam imzalamışdır.

Xalqımız hər zaman qədim tarixi, zəngin mədəniyyəti, bütün dünyaya nümunə sayıla biləcək milli və mənəvi dəyərləri ilə qürur duyub. Dövlət rəmzlərimiz də mövcudluq nişanəsi kimi dünyaya xalqımızın inkişaf etdiyini, müstəqil ölkəyə sahib olduğunu bəyan edir. Dövlət atributlarımız dövlətçiliyimizin keçdiyi tarixi inkişaf yolunu əks etdirir, xalqımızın malik olduğu qüdrəti göstərir. Ulularımızdan bizə qalan tarixi irs isə bu gün də müasir Azərbaycanın inkişafında mühüm rol oynayır.

Azərbaycan öz müstəqilliyini əldə etdiyi dövrlərdə xalqın milli kimliyinin pasportu hesab edilən dövlət atributları yaradılmışdır. XX əsrdə xalqımız iki dəfə öz dövlət müstəqilliyini əldə etsə də, əsrin əvvəlində bu müstəqilliyi qoruyub saxlamaq mümkün olmamışdır. Azərbaycan xalqı ilk dəfə 1918-ci il mayın 28-də, ikinci dəfə isə 1991-ci il oktyabrın 18-də  imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlıq, dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti iki ilə yaxın mövcudluqdan sonra dövlət müstəqilliyini itirsə də, milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətə başlamasından sonra müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Hökumətin Gəncədəki fəaliyyəti dövründə–1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilmiş, bu qərara əsasən üzərində ağrəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq üçrəngli – mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunmuşdur.

Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında ümummilli liderimizin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiyada müstəqil Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olunmuş, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur.

Bununla əlaqədar Ali Məclisin Qərarında deyilirdi:

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:

1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il fevral ayının 5-də üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman dövlət atributlarına xüsusi diqqətlə yanaşıb. Ümummilli liderimiz dövlət bayrağına münasibətdə hər kəsin qarşısında vahid amal uğrunda birləşmək vəzifəsi qoyaraq demişdir: “Gərək hər bir evdə Azərbaycan bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.

Azərbaycanın müstəqilliyinin müqəddəs simvolu olan Dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının həyat idealına, Vətən qayğısına, millət duyğusuna çevrilmişdir. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamış, həmin ilin dekabrında Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.

Bu gün müstəqil Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə inamla irəliləyir, iqtisadi, siyasi və hərbi gücünü getdikcə artırır. Məhz bunun nəticəsidir ki, hər il müxtəlif sahələr üzrə böyük nailiyyətlər əldə edilir, müstəqil ölkəmizin şanlı bayrağı vaxtilə işğal altında olan bu gün isə düşməndən azad edilən torpaqlarımızda qürurla dalğalanır. Ölkə Prezidentinin ötən il iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda dediyi kimi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin  o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Azərbaycanın digər guşələrində olduğu kimi, onun Naxçıvan Muxtar Respublikasında da yaradılan bayraq meydanları dövlət atributlarımıza olan böyük sevginin və yüksək hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır... Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət      atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il noyabr ayının 17-si “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd olunur.

Naxçıvan şəhərindəki Bayraq Meydanında Bayraq Muzeyi yaradılmışdır. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yer almışdır.

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyində müxtəlif tədbirlərin keçirilməsi ənənə halını almışdır. Muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının kollektivləri muzeyi ziyarət edir, burada onlara dövlət və döyüş bayraqlarımız haqqında ətraflı məlumatlar verilir. Bayrağımıza ehtiram hissini gücləndirmək məqsədilə dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi onların bayrağımız haqqında daha geniş məlumata malik olmalarına şərait yaradır.

Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir".

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

23-01-2020-18-31 Xəbərlər

Vergi məcəlləsi və tibbi sığorta ilə bağlı maarifləndirici görüş

Naxçıvan Şəhər Vergilər İdarəsində sahibkarların iştirakı ilə Azərbaycan Respubl...

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-16-48 Xəbərlər

Xarici dillərin tədrisi vəziyyəti və qarşıda duran vəzifələr müzakirə edilib

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsin...

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

23-01-2020-16-06 Xəbərlər

CBC televiziyasında Əshabi-Kəhflə bağlı film nümayiş olunub - VİDEO

Ölkənin tanınmış CBC telekanalında “Qafqazın sirrləri” layihəsi çərçivəsində haz...

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

23-01-2020-14-42 Xəbərlər

“Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitab...

Ötən günün mənzərəsi - VİDEO

23-01-2020-12-36 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

23-01-2020-11-29 Xəbərlər

Naxçıvanda 1386 layihənin maliyyələşdirilməsinə 153 milyon manatdan çox dövlət maliyyə dəstəyi göstərilib

Muxtar respublikamızda sa­hibkarlığın inkişafında dövlət dəstəyinin genişləndiri...

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

23-01-2020-11-13 Xəbərlər

Ali təhsil ocağında multikulturalizmlə bağlı elmi konfrans olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir ...

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

23-01-2020-10-08 Xəbərlər

Hərbi liseylərə və Hərbi Tibb Məktəbinə tələbə qəbulu iyulun 19-da aparılacaq

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların ta...

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

23-01-2020-09-00 Xəbərlər

Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Futbol Federesiyasının 201...

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

22-01-2020-18-43 Xəbərlər

Seçkilərin demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülür - VİDEO

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Resp...

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

22-01-2020-18-01 Xəbərlər

Bəhruz Kəngərlinin doğum günü qeyd edilib

Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça...

Maarifləndirici seminarlar davam etdirilir

22-01-2020-14-42 Xəbərlər

Maarifləndirici seminarlar davam etdirilir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Ötən günün mənzərəsi - VİDEO

22-01-2020-12-57 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

22-01-2020-12-42 Xəbərlər

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar keçirilir

NUHÇIXAN xəbər verir ki, yeni tədris ilinə hazırlıq planına uyğun olaraq Naxçıva...

Nuh yurdunun rəssamı

22-01-2020-12-21 Xəbərlər

Nuh yurdunun rəssamı

Bəhruz Kəngərlinin çox zəngin və mövzu etibarilə əhatəli yaradıcılığı gənclər üç...

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

22-01-2020-11-16 Xəbərlər

Muxtar Məmmədov tam səmimi: Çətin ki, xasiyyətimi dəyişəm - VİDEO

Yol boyu ilk sualımın ətrafında var-gəl elədim, haradan başlamalı?

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

22-01-2020-10-56 Xəbərlər

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb...

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

22-01-2020-10-38 Xəbərlər

Bəhruz Kəngərli şəxsiyyəti və sənət irsi vətənpərvərlik nümunəsi kimi təbliğ olunur

Muzeylər mədəniyyət, elmi-­tədqiqat və təbliğat müəssisələri kimi tarixi-mədəni ...

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

22-01-2020-09-00 Xəbərlər

Müasirliyə qovuşan Vənənd kəndi - VİDEO

Muxtar respublikada həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş...

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

21-01-2020-17-35 Xəbərlər

Dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsahibə mərhələsi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

MƏNALI ÖMÜR YOLU

21-01-2020-16-53 Xəbərlər

MƏNALI ÖMÜR YOLU

Elm elə bir ciddiyətdir ki...

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

21-01-2020-15-47 Xəbərlər

Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası inşa olunur - VİDEO

Muxtar respublikada enerji sahəsində alternativ və bərpa olunan enerji mənbələri...

Respublika çaylarında suyun səviyyəsi azalıb

21-01-2020-15-26 Xəbərlər

Respublika çaylarında suyun səviyyəsi azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin...

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

21-01-2020-13-20 Xəbərlər

“Araz”Elm İstehsalat Birliyində maarifləndirici tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə...

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

21-01-2020-12-31 Xəbərlər

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər izah olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXA...

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

21-01-2020-11-49 Xəbərlər

Fauna ehtiyatlarının mühafizəsi məqsədilə biotexniki tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Ötən günün mənzərəsi - VİDEO

21-01-2020-09-20 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

20-01-2020-18-57 Xəbərlər

20 Yanvar Azərbaycan xalqının qürur ünvanına çevrilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən N...

Bir ana həsrəti...

20-01-2020-16-27 Xəbərlər

Bir ana həsrəti...

Bir qələbəliyin tam qarşısındayam. Qələbəlik deyirəm, bildiyin insan karvanı.

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

20-01-2020-16-00 Xəbərlər

Naxçıvanda 20 Yanvar faciəsinin otuzuncu ildönümü yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-...