Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Boksçu qardaşlar finalda!

Naxçıvan boksçuları Sərxan və Tayfur Əliyev qardaşları Bakı şəhərində keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirində dünən yarımfinal görüşlərinə çıxıblar.

Milli komandamızı 60 kq çəki dərəcəsində təmsil edən Sərxan ikinci görüşünü də uğurla başa vurub. Mübarizəyə 1/4 final mərhələsindən qoşulan təmsilçimiz  Serik Temurcanovun ardından daha bir Qazaxıstan boksçusu Mirzobek Boladavu da rinqdən məğlub yola salıb. Boksçumuz qızıl medal uğrunda rusiyalı Vladimir Nikitinlə görüşəcək.

Sərxanın qardaşı, ölkəmizi 56 kq çəki dərəcəsində təmsil edən Tayfur Əliyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulub. Milli komandanın digər üzvü Malik Həsənovla qarşılaşmanı üstünlüklə tamamlayan Tayfur finala adlayıb. Həlledici görüşdə boksçumuzun rəqibi qazaxıstanlı Bekcan Kuralovdur .

Qeyd edək ki, bu gün keçiriləcək final görüşlərinə 14:00-dan start veriləcək. Turnirin həlledici qarşılaşmalarının “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanması gözlənilir.

Emil Səmədov

NTVxəbər.

www.naxcivantv.az