Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiya Nazirliyinin Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Nazirlik tərəfindən 2019-cu ilin oktyabr ayında Şərur rayonunun Muğanlı kəndində 384 yerlik, Alışar kəndində 192 yerlik və Babək rayonun Gülşənabad kəndində isə  384 yerlik NGN tipli yeni avtomat telefon stansiyaları qurulub.

Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması nəticəsində ötən ayda muxtar respublikada 227 yeni telefon nömrəsi istismara verilib.

Oktyabr ayında muxtar respublika ərazisində, ümumilikdə, 4425 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 807 yeni abunəçi internetlə təmin olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası Fövqəladə Nazirliyinin rəsmi internet səhifəsi hazırlanıb, qlobal şəbəkədə istifadəyə verilib.

Nazirlik qeyd olunan dövrdə kadr hazırlığı məsələlərinə də xüsusi diqqət yetirib, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kursları üzrə təhsil almaq üçün 167 dinləyici olmaqla 55 qrup təşkil edilib. Həmçinin Naxçıvan Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq “startup.nakhchivan.az” internet portalının təqdimatı olub.

www.naxcivantv.az