Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvan Aqrolizinq”ə yeni texnikalar gətirilib

“Naxçıvan Aqrolizinq”Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni kənd təsərrüfatı texnikaları alınıb.

Cəmiyyətin baş direktoru Vasif Məmmədovun naxcivantv.az-a verdiyi məlumata görə, sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları həm də iqtisadi cəhətdən səmərəlidir. Ötən il 9 “New Holland” markalı traktor, 25 kotan, 90 əl üçün ot biçən, 6 dəst yağış üsulu ilə suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla 240 ədəd texnika alınaraq muxtar respublikaya gətirilib. Hazırda muxtar respublikada yeni alınan suvarma sistemləri də 40 faiz güzəştlə satılır. 2017-ci ilin ötən dövründə isə 41 texnika alınıb. Onlardan 9-u kotan, 6-sı gübrəsəpən, digərləri isə müxtəlif texnika və texnoloji avadanlıqlardır.

“Müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcək”,-deyə Vasif Məmmədov bildirib.

 

 

www.naxcivantv.az