Xətai və Yeni Havuş. Azərbaycanımın kiçik kəndləri böyük sevinc yaşayır. Salamlamaq istədik bu yurd yerlərini.

Yeni yolun mübarək olsun,-deyib, dayandıq Xətai və Yeni Havuş adlarının qarşısında. Bir fotoda əbədiləşdi bu adlar və hamar yollar. Gördüm iki gənc gəlir. Yaxınlaşdıq, salamlaşdıq. Xətai kəndindən olan bacı-qardaş-Əli və Xədicə ilə söhbətləşdik. Ali məktəbə hazırlaşan bu iki gəncə uğurlar arzulayaraq yola davam etdik.

İki kənd arasında sıralanan müasir binalar. Xoş arzu ilə dayandıq bu binalar qarşısında. Aidə adlı bir xanımla həmsöhbət olduq. Üç oğul anasıdır. Böyük oğlu sərhəddə yerləşən Havuşda xidmət edir. Əsgərlikdən yeni qayıdan digər oğlu bu günlərdə istifadəyə verilən xidmət mərkəzində çalışır. Kiçik oğlu... Elə bu an yanımızda öz dəcəlliyi ilə diqqətimizi cəlb edən Elnar gəldi. Birinci sinifdə oxuyur. Onunla qısa zamanda dostlaşdıq. Əlimdən tutub yeni məktəb binasını göstərdi. Əlavə sözə ehtiyac yox idi. Balaca ürəkli Elnarın sevinci gözlərindən oxunurdu. Elnarın sevincinin təkcə Şərurun deyil, Naxçıvanın, nəticə etibarilə ölkəmizin sevinci olduğunu düşünürük. Soruşanda nəçi olacaqsan: Uşaqların müəllimi, deyə cavab verir. Cavabına gülümsəyib yolumuza davam etdik.

Bir az irəlilədik. Yolun sol tərəfində köhnə məktəb binası və digər tikililər gözümüzdən yayınmadı. Dünənə qədər bu binalardan məktəb kimi istifadə olunub. Bu gün həmin binaları müqayisə olunmaz dərəcədə yeniləri əvəz edib. Bir daha sevinirsən ki, Yeni Havuşun sakinlərinin artıq bu köhnə və yararsız tikililərə ehtiyacı yoxdur.

Kənddə ən yaxşı müsahiblərim uşaqlar oldu. Gülay, Röyal, Murad və başqalarının arzuları böyük idi. Kimisi həkim, kimisi hərbçi, kimisi müəllim olmaq istəyir. Artıq onların qarşısında bir əngəl yoxdur. Səliqəli yollar və müasir məktəb binası. Şəhərdəki məktəblərdən fərqi yoxdur : müasir sinif otaqları, hərbi kabinə, tədris proqramına və dərs vəsaitlərinə uyğun avadanlıqları olan kimya-biologiya və fizika laboratoriyaları, şahmat və kompüter otaqları. Məktəbdə internet də var, 3 elektron lövhə quraşdırılıb. Və onlara yalnız yaxşı oxumaq və vətənpərvər gənc kimi yetişmək düşür. Belə olacağına isə heç də şübhə yoxdur. Söhbətimdə onlarda olan Vətən sevgisini gördüm. Əksəriyyəti də hərbiçi olmaq istəyir. Çünki tam yüksəklikdə-Havuş kəndində sərhədlərimiz qorunur, Vətənimiz qorunur. Onların bu arzusuna təəccüblənmədik. Vətənimizi göz bəbəyi kimi qoruyan gəncliyimiz yetişir. Sevindik, qürurlandıq. Əmin olduq ki, vətənpərvər olan bu yeniyetmələr indidən özlərini Vətənin gələcək qurucusu kimi hiss edirlər. Axı qurucu rəhbərimiz müasir məktəb binasının açılışında bir məsələni xüsusilə vurğulayaraq deyib ki, məktəbdə gənclərə təhsil vermək işin bir tərəfidirsə, onların vətənpərvər yetişdirilməsi isə qarşıda duran əsas vəzifədir.

Yeni məktəb binasının həyətində yeni əkilmiş ağaclar və güllər var idi. O anda düşündüm ki, bir neçə il sonra bu fidanlar qollu-budaqlı ağaclara, ətrafa rayihə yayan güllərə çevriləcək. Burada gördüklərimizdən bir əminlik hasil oldu ki, kənd sakinləri bu qurulub yaradılanları qoruyacaq, gələcək nəsillərə ötürəcək.

Yolumuza davam edirik. Payız fəslinin kənddə yaratdığı gözəlliklər musiqi, şer, qəzəl kimi ruhumuzu oxşayır. Sarı yarpaqların xalı naxışı Yeni Havuşa ayrı gözəllik qatıb. Sanki bu gələn payız da bilir ki, kənd yeni günlərini yaşayır. Kənddə hərə öz işində. Kimisi həyətində payızlıq məhsullarını tədarük edir, kimisi evini qışa hazırlayır. Bütün həyətlərdə arı yeşikləri görünür.

Həyətlərdən boylanan payız gülləri sanki bizi salamlayır. Bir evin həyətinin fotosunu çəkmək istədik. Evdən səs gəldi. Səkinə xala idi. Hal-əhvaldan, arzu-diləkdən sonra bizi həyət dəvət elədi. Həyətdə hər şey sadə, hər şey incə zövqlə. O andaca fikrimdən keçdi ki, doğurdan da çox gözəldir yurdumun insanları. Qonaqpərvərdilər. Bu, bizi ürəkdən sevindirdi. Lakin burada qeyri-adi bir şey yoxdur. Bu adət bizə dədə-baba mirasıdır, xalqımızın səciyyəvi cəhətidir. Bir hindistanlı turistin bu günlərdə dediyi kimi: Blokadada olub, eyni zamanda çox istiqanlı olmaq. İnsanlar çox səmimi və sevgi ilə doludur, dost qazanmaq bir gülümsəmə kimidir.

Yol alırıq Xətai kəndinə. Sıralanan yaraşıqlı evləri abad, səliqə-sahmanlı, həyət-bacaları da qəlb ovsunlayır. Söhbətləşdiyim insanlardan bir daha əmin oldum ki, bu insanlar milli adət-ənənələrimizə bağlı, qoçaq, mərd, qonaqpərvər, yurdsevər, səmimidir. Az sonra şəhərdən gələn qonaq kimi bizi kəndin uşaqları dövrəyə alır. Onların gülüş səsləri ətrafa yayılır. Bu kəndin uşaqları gülür. Deyirlər, uşaq gülürsə, demək bəşəriyyət gülür. Uşaqların gülüşü, rahatlığı cəmiyyətin xoşbəxtliyidir. O xoşbəxt uşaqlarla-Kənan, Sərxan, İnci, Ayşən, Südabə, Səkinə, Adəmlə söhbətləşdik. Vaxt gələcək onlar böyüyəcək, anlayacaq və qürur duyacaqlar ki, qurucu şəxsiyyət və rəhbər cənab Vasif Talıbovun tikib-qurduğu məktəbin yetirmələridirlər. Torpağına, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, ölkəsinin gələcəyini düşünən vətəndaşlar olmaq diləyi ilə kəndin payız mənzərələrini fotoaparatın yaddaşına köçürməyi də unutmadıq. 

Ana yurdum Azərbaycanın müasir kəndlərini gördükcə fərəhdən qürur duyursan, yerə-göyə sığmayırsan. Dönüb baxırsan bir daha. Günəş şəfəqləri ilə parlayır kəndlər. Bir də quruculuq günəşi. Onun nuru isə gələcəyimizi nurlandırır. Yeni günlərin mübarək deyib, Naxçıvan şəhərinə yol alırıq...

                                                                               Sara Əzimova

Jurnalist

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

08-07-2020-14-00 Xəbərlər

Elmi konfrans:Akademik Həbibulla Şahtaxtinski-120

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN ...

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

08-07-2020-12-39 Xəbərlər

Qida zəhərlənmələrindən qorunmaq üçün zəruri tövsiyələr

Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir.

DİM: iyulun 10-da 41 şəhər və rayonda imtahanlar keçiriləcək

08-07-2020-11-57 Xəbərlər

DİM: iyulun 10-da 41 şəhər və rayonda imtahanlar keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 10-da əvvəlki illərin məzunları ü...

Ötən günün mənzərəsi - VİDEO

08-07-2020-10-14 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

07-07-2020-19-14 Xəbərlər

Muxtar respublikada məhsulların keyfiyyət göstəriciləri tələblərə uyğundur - VİDEO

Muxtar respublikada yerli istehsal və xaricdən idxal olunan ərzaq məhsullarının ...

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

07-07-2020-18-16 Xəbərlər

Əvəzsiz müəllimimə son sualım - Gülay Tahirlidən yeni esse

VƏ YA USTAD HÜSEYN HƏŞİMLİYƏ ONUN OLMADIĞI DÜNYADAN MƏKTUB. Salam, Müəllim. M...

Məzun rəssamların sərgisi təşkil edildi

07-07-2020-15-36 Xəbərlər

Məzun rəssamların sərgisi təşkil edildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti İncə...

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

07-07-2020-15-15 Xəbərlər

Keçirilən test imtahanlarında şəffaflıq və obyektivlik diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələ...

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

07-07-2020-14-50 Xəbərlər

Muxtar respublikada operativ vergi nəzarəti gücləndirilir

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bil...

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

07-07-2020-13-26 Xəbərlər

Yorulmaz tədqiqatçı, fədakar jurnalist: Zaleh Novruzov

Uca Yaradanın insan oğlunun “əyninə biçdiyi”, müəyyən etdiyi bir yol var.

Ötən günün mənzərəsi - VİDEO

07-07-2020-11-44 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

145-in KADRARXASI - Şərəf Mənsimova

07-07-2020-11-23 Xəbərlər

145-in KADRARXASI - Şərəf Mənsimova

Bu il Azərbaycan milli mətbuatının yaradılmasının 145 illiyidir.

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

07-07-2020-08-45 Xəbərlər

Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il keçir

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ...

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

06-07-2020-17-35 Xəbərlər

Muxtar respublikada aqrar sahənin dinamik inkişafı təmin edilir - VİDEO

Muxtar respublikada son dövrlər qəbul olunmuş Dövlət proqramlarının uğurlu icras...

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

06-07-2020-16-10 Xəbərlər

Babək rayonunun kəndləri dezinfeksiya edildi - VİDEO

Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin davamı o...

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

06-07-2020-14-44 Xəbərlər

İyulun 10-da qəbul imtahanlarında iştirak edəcək şəxslərin nəzərinə

İmtahanlarda iştirak edənlər şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış...

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

06-07-2020-12-59 Xəbərlər

Almaniyalı pianoçu Veronika Glemser NDU-nun tələbələrinə ustad dərsi keçib

Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservator...

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

06-07-2020-11-19 Xəbərlər

Buraxılış imtahanlarının nəticələrindən narazı olanların nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı mürac...

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

06-07-2020-09-00 Xəbərlər

Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

İxtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müə...

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

05-07-2020-15-00 Xəbərlər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yayıb

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azə...

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

05-07-2020-12-21 Xəbərlər

Qablaşdırma məmulatlarının qidalarımıza təsiri

Qablaşdırma prosesinin məhsulların saxlanması, daşınması, marketinqi sahəsində ə...

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

05-07-2020-08-58 Xəbərlər

Dünyada ilin üçüncü Ay tutulması müşahidə olunur

Hazırda dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunur.

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

04-07-2020-17-57 Xəbərlər

Naxçıvanda yarmarkaya 55 tona yaxın məhsul çıxarılıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsind...

Babək rayonunda taxıl biçini davam edir

04-07-2020-14-50 Xəbərlər

Babək rayonunda taxıl biçini davam edir

Babək rayonunda taxıl biçini davam edir. 

Ötən günün mənzərəsi - VİDEO

04-07-2020-10-28 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

03-07-2020-18-42 Xəbərlər

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kursları başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti ixtisas hazırlığı kurslarının başa çatma...

Naxçıvanda sabaha olan hava proqnozu

03-07-2020-17-19 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. ...

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

03-07-2020-15-32 Xəbərlər

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksi 100 mindən çox insanı su ilə təmin edəcək - VİDEO

Şərur şəhərində inşa olunan Sutəmizləyici Qurğular Kompleksində işlər artıq yeku...

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

03-07-2020-14-52 Xəbərlər

Şahbuz rayonundakı hərbi hissəyə 4 ton meyvə verilib

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz Rayon İcra Hakimiyyəti tər...

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

03-07-2020-12-56 Xəbərlər

Muxtar respublikada rəqəmsal ödənişlərin tətbiq dairəsi genişlənir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsi i...