Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində Novruz tonqalı qalanıb

Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələrində silsilə tədbirlər keçirilir.

Bu tədbirlərin davamı olaraq qarlı dağların zirvəsində, düşmənlə ön xətdə yerləşən “N” hərbi hissədə Novruz şənliyi təşkil edilib.

Əvvəlcə əsgərlər bayram tonqalını alovlandırıblar. Tonqal ətrafında Kosa və Keçəlin şən, duzlu, məzəli zarafatları əsgərlərimizdə xoş əhval-ruhiyyə yaradıb.

Ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaran vətənpərvər, mənəvi-psixoloji, fiziki hazırlığı yüksək səviyyədə olan xüsusi təyinatlı bölmənin nümunəvi çıxışları maraqla və alqışlarla qarşılanıb.

Hərbi hissənin binasında davam etdirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov, Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy çıxış edərək əsgər və zabitləri bayram münasibətilə təbrik ediblər.

Çıxış edənlər şəxsi heyətə xidmətdə uğurlar arzulayaraq, tezliklə Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını diləyiblər. 

Sonra tədbir hərbi hissənin qonaqları və əsgərlərin iştirakı ilə bayram süfrəsi arxasında davam etdirilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında Kosa və Keçəlin səhnəcikləri bayram tədbirinə xüsusi ab-hava qatıb.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/2176-%C9%99lahidd%C9%99-%C3%BCmumqo%C5%9Fun-ordunun-%E2%80%9Cn%E2%80%9D-h%C9%99rbi-hiss%C9%99sind%C9%99-novruz-tonqal%C4%B1-qalan%C4%B1b.html?tmpl=component&print=1&layout=default&page=#sigProId2179d2b203

www.naxcivantv.az