Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan, Şərur, Şahbuz və Ordubadşəhərlərində bayram yarmarkaları təşkil olunub

Novruz bayramı münasibəti ilə Naxçıvan şəhər, eləcədə Şərur, Şahbuz və Ordubad rayonlarında bayram yarmarkası təşkil edilib.

Naxcivantv.az xəbər verir ki, bir neçə gündür ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki mərkəzi bazarda bayram yarmarkası keçirilir. Burada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin Novruz süfrələrinin bəzəyi olan bol çeşiddə çərəz və şirniyyatlar satışa çıxarılıb. Məhsullar bazar qiymətlərindən orta hesabla 10-20 faiz ucuz qiymətə təklif olunur.

Şərur rayonunda təşkil edilən yarmarkada 80 çeşiddə ərzaq məhsulları satışa çıxarılıb.

Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildiriblər.

Şahbuz rayonunda keçirilən yarmarkaya istehsal müəssisələrinin 60 adda müxtəlif çeşiddə məhsulu çıxarılıb. Rayonun 22 kəndinin fərdi təsərrüfat sahibləri də məhsullarını yarmarkaya gətiriblər. Burada yerli meyvə-tərəvəz məhsulları ilə yanaşı, yumurta,  süd və süd məhsulları, dərman bitkiləri alıcılara təklif edilib.

Ordubad rayonunda da bayram yarmarkası təşkil edilib.

Qeyd edək ki, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar  əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaqdan ibarətdir.                                                                             

                                                               Röyal Kərimov

NTVxəbər

www.naxcivantv.az